…biz bu gün özümüzdən ayrı düşmüşük…(Tanımadığımız tanışlar silsiləsindən XXI yazı)

image

Bu gün daha bir gənclə sizi tanış etmək istəyirəm. Fərid bəyi blogger kimi tanımışam və xüsusi hörmətim var. Baxmayaraq ki, çoxumuzun zəmanə gənclərindən şikayətimiz var, amma Fərid bəy həm savadı, həm dünyaya baxışı, həm düşüncəsi ilə yaxşı mənada seçilən gənclərdəndir. Mənə elə gəlir verdiyim suallarla müsahibimi daha yaxından tanıda bilmişəm.  Buyurun, siz də tanış olun, münasibətinizi bildirməyi də unutmayın. 

Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdım etməlisiniz.
1. Müsahibim kimdir, sizi necə tanıyaq? 
– 14 avqust 1988-ci ildə Bakıda, sadə bir Bakılı ailəsində dünyaya gəlmişəm. 13 yaşında ikən atam dünyasını dəyişib, anamın himayəsində böyümüşəm. Ailəliyəm, bir övlad atasıyam. İxtisasca ilahiyyatcıyam, yalnız hazırda öz ixtisasım üzrə işləmirəm. Müxtəlif mətbuat orqanlarında işləmişəm.
2. Vaxtdan ağıllı istifadə etsək , kifayət qədər vaxtımız olar. Zamandan şikayətçi deyilsiniz?
– Bugün artıq elə bir zamanda çalışırıq ki, yalnız iş həyatı zamanımızın çox hissəsini əlimizdən alır. Bəzən bu həyat tərzi monotonluq tərzinə gəldiyi üçün bir çox şeylərə vaxt ayırmaq olmur. Bu səbəbdən dolayı, zamandan insan şikayətçi qala bilir.
3. Çayımda şəkər ol demirəm sənə, çayın içində şəkərin əskikliyini hiss etdirməyəcək qədər yanımda ol, bəsimdir…çayınızda şəkəri əvəz edən biri varmı?
– Təbii ki, hər insanın həyatında mütləq şəkildə olaraq çayında şəkər olan insan və ya insaları olur. Mənim də həyatımda çayımın şəkəri ailəmdir.
4. Sizcə xoşbəxt olmaq üçün insanın nəyə ehtiyacı var?
– Xoşbəxtlik məhfumu geniş bir məhfumdur. Kimisinə görə bu pulda, kiminə görə isə mənəvi zəngilliklə olur. Çalışıram xoşbəxtliyi mənəvi aləmimizi doldurmaq ehtiyacı il təmin edim.
5. Cingiz Abdullayevin bir deyimi var: “Azərbaycanlılar dünyada yeganə millətdir ki, müəllimə pul verirlər ki, uşaqları oxumasınlar”. Sizcə niyə belədir?
– Əfsuslar olusun ki, bizim ölkədə rüşvət halları mövcuddur. Bu vəziyyəti yaradan biz özümüz oluruq. Müəllimə pulu veririk ki, oxumayan övladımıza qiymət yazsın. Valideyin olaraq anlamırıq ki, verdiyimiz pul övladımızın savadlanması üçün deyil, tam əksinə, həyatda bir peşəyə sahib olmaması üçündür. Verilən pullar isə zamanı çatdıqda hədər olaraq gedir.
6. “Quşlar kimi uçmağı, balıqlar kimi üzməyi öyrəndik, lakin bu vaxt çox sadə bir sənəti unutduq. İnsan kimi yaşamağı.” Sizcə, insan kimi yaşamaq unudulub?
– İnsan kimi yaşamaq sənəti dünyada ən gözəl sənətdir. Bəli, əfsuslar olusun ki, müasir zamanımızda insanlıq məfhumu getdikcə azalmaqdadır. Bunun səbələri isə müxtəlif və çoxdur. İlk öncə olaraq insanlığın mənəviyyat səviyyəsi tükənməkdədir. İnsan kimi yaşamaq tam unudulmasa da unudulmaq yolunda hərəkət edir.
7. “Sən bir şeylər verdikcə dost görünən çox olar. Bir də sən istə gör, hamısı birdən yox olar!” Mövlanə hikmətidir bu. Sizin münasibətinizi də öyrənmək istərdim. Həqiqətənmi belədir?
– Allah Quranın müxtəlif ayə və surələrində insanın nankor varlıq olduğunu buyurur. Mövlanə Həzrətlərinin də bu hikmətli kəlamı Qurana əsəslanaraq deyilib. Bu səbəbə görə də insan oğluna edilən yaxşılıqdan qarışılıq gözlənilməsə daha yaxşı olar.
8. Hansı xüsusiyyətli insanlarla birgə işləmək sizi ən sevdiyiniz işinizdən əl çəkməyə məcbur edər?
– Həyatda bu zamana qədər dostum olmayıb desəm doğru olar. İş həyatımda da həmçinin. Çalışıram hər zaman pozitiv düşüncəyə sahib olmayan insanlardan uzaq olum. Kiminsə dalıyca yanımda danışan insandan iş həyatında və həyatda uzaq durmağa çalışıram. Həyatda bircə dəfə iş yoldaşıma görə işimdən öz istəyimlə çıxmışam. Onun səbəbi isə iş həyatımızda yalan danışması olub.
9. İnsan ürəyi bir sandıqdır. Dodaqlar onun kilidi, dil isə açarıdır.. İnsana o açarı yaxşı mühafizə etmək düşər… Çoxmu güclü mühafizə edirsiniz öz sandığınızı?
– Təximini olaraq belə bir deyim var. Hər səhər dil bədən üzvlərindən onların halını soruşar onlar isə belə qarşılıq verərlər. Sən bugün özünü yaxşı aparsan bizdə yaxşı olacağıq. İnsan övladının başına hər nə hal gəlirsə dilinin ucbatından gəlir. Çalışdığım qədər mühafizə edirəm.
10. Sizcə yaşamaq qadınlar üçün asandır, yoxsa kişilər?
– Həm qadın, həm də kişi həyatı ortaq olaraq bölüşərək yaşamaqları daha gözldir. Dünyada yeganə millət olaraq biz öz xanımımıza həyat yoldaşım deyirik. Bu ən gözəl söz, eyni zamanda qadın və kişiyə verilən ən yüksək dəyərdi.
11. Sizi həvəsdən salan nələrdir?
– Həyatda insanın müxtəlif amalları olur. Bəzən bu amallar yolunda yaranan əngəllər insanı həvəsdən salır. Həvəsdən düşməmək üçün isə ən gözəl söz Rəbbim xeyirlisini nəsib etsin deməkdir. Demək ki, xeyirlisi bu işin alınmamasıymış deyib, üzərindən keçmək lazım olur, çətin olsa belə.
12. Musiqi ruhun qidasıdır deyirlər. Lakin bəzi din xadimləri musiqi dinləməyi haram sayırlar. Fərid bəy, bu mövzuya münasibətiniz maraqlı olardı.
– Mənim üçün musiqi ruhun qidasının bir parçasıdır. Musiqini haram hesab edən alimlərlərin özlərinə görə əsasları var. Kimisi hər musiqinin haram olmadığını, kimisi isə ümumiyyətlə, haram hesab edir. Təbii ki, elə musiqilər varki onların dinlənilməsi haramdır. Misal üçün bizim bəzi musiqilərin içərisində Yaradana qarşı çıxmaq kimi ifadələr var. Məsələn kor ərəbin mahnısında bir deyim var: “Nə xəlq olaydı nə xaliq”. Burda yaradana qarşı çıxılır. Bu tipli sözləri olan musiqilər dinləmək doğru olmaz. Bəzən isə insanı öz halından çıxaran musiqi janırları da var. Rock musiqinin bir qolu. Bucür musiqilərdən də uzaq durmaq lazım. Mən özüm, adətən, bəstəkar musiqiləri dinləyirəm. Eldar Mansurov, Emin Sabitoğlu, Vaqif Mustafazadə və.s
13. Almazı yerin dərinliyində axtardığımız kimi, həqiqəti də düşüncələrimizin dərinliyində axtarmalıyıq. Həqiqəti görmək son zamanlar niyəsə qəliz olubdur, bəlkə insanların düşüncəsində problem yarandığı üçündür bu?
– İnsan oğlu hər zaman həqiqət axtarışında olub. Dünəndə, bugündə, sabahda. Həqiqəti tapmağın yolu isə insanın özüylə söhbətləşməsidir. Amma biz bu gün özümüzdən ayrı düşmüşük. Qəliz olan yönü isə budur.
14. Gənclərimizin vətənpərvərlik ruhu sizi qane edirmi?
– 25 yaşlı müstəqil bir dövlət. Biz millət, ölkə olaraq çox gəncik. Maləsəf vətənpərvərlikdə bir çoxlarından geridəyik. Zamanla daha da möhkəmləşəcəyinə inanıram. Bugünkü vəziyyət bizim gənclərin öz ölkəsiylə deyil də, ən çox qonşu ölkələrin halı ilə maraqlanmasıdır. Onların siyasi liderləri, futbol klubları, hərbi gücləri, filmləri və.s daha çox maraqlanmaları və öz millətləri kimi müdafiyə etmələridir. Əfsuslar olsun ki, bu halları biz öz ölkəmiz üçün az yaşayırıq.
15. “Saxladığın bir sirr sənin əsirindir. Aşkar etsən sən onun əsiri olarsan.” Tanış hiss deyil ki sizə?
– Bəzən o sirri saxlamağa çalışır insan. Əgər o sirr hər hansısa bir çətinlik isə, o zaman ailəmlə bölüşməyə və çıxış yolu axtarmağa çalışıram.
16. Adam o zaman özünə yer tapa bilmir ki, yerini başqa yerdə axtarır. Yerinizi müəyyən etməkdə çətinliyiniz yoxdur ki?
– Həyatda hələki öz yerimdə olduğumu düşünürəm, şükürlər olsun. Yalnız insan xəyallar aləmində yaşayır bəzən. Xəyal isə gələcəyin planıdır. Çalışıram həyatdakı yerimi daha da iriləşdirmək üçün qurduğum xəyyaları gerçəkləşdirmək yolunda irəliləyim.
17. Yalnız özü üçün yaşamaq həyatdan sui-istifadə etməkdir. Siz həyatdan sui-istifadə etmirsiniz ki?
– Həyat paylaşdıqca gözəldir. Özü üçün yaşam paxıllıq əlamətdir.
18. Eybəcər sifətə adət etmək və uyğunlaşmaq olar, çünki o həmişə eyni cür təzahür edir; eybəcər mənəviyyata isə uyğunlaşmaq olmur, çünki o həmişə müxtəlif formalarda təzahür edir. Eybəcər simalar, yoxsa eybəcər mənəviyyatlar çoxalıb?
– İnsanın daxili nə qədər gözəl olarsa, bu gözəllik onu xarici görünüşünə də sirayət edir. Mənəvi eybəcərliklər günümüzdə artır.
19. İnsan dünyası üç təməl üzərində qərar tutur: söz, zəka və əməl. Sözünüzlə əməliniz ağlınızın məhsulu olaraq təzahür edir, yoxsa sizi istiqamətləndirən biriləri var?
– Digər insanların haqqlarına girməmək üçün bəzi qərarlar, illada mənim dediyim kimi olmalıdır, düşüncəsindən uzaq durmaq lazım olur. Buna görə də bəzi məsələlərdə istiqamət qarşı tərəfdəkilərlə bərabər seçiləndə tam yerinə düşümüş olur.
20. Keçmişi də, gələcəyi də ancaq indinin işığında görmək olar. Qaranlıq olan tərəfiniz yoxdur ki?
– Bu yaşıma kimi qaranlıq işlərdən uzaq durmağa çalışdığım üçün qaranlıq tərəfimin olduğunu düşünmürəm.
21. Müasirlik zəmanəyə bənzəməkdir. Zəmanəni müasir adlandıra bilərik? Yoxsa insanlar zorla onu müasirləşdirməyə can atırlar?
– Zamanənini müasir hesab edə bilərik.
22. Deyilənə görə insan bəzən dəyəri o zaman verir ki, artıq itirmiş olur. Olubmu siz də itirdikdən sonra dəyərli olduğunu fərq etmisiniz?
– Cabir Novruzun dediyi kimi sağlığında qiymət verin insanlara. Çalışıram sağlığında dəyər verim.
23. Gələciyimiz üçün ən yaxşı sərmayə etdiyimiz yaxşılıqlardır. Siz yaxşılıq etməyi nələrdə görürsünüz?
– Yaxşılıq etmək çoxşaxəlidir. Qarşındakı insanın ehtiyacına görə yaxşılıq etməlidir insan.
24. Dinimizə görə ilk insan bəşəriyyətin atası hesab olunan Adəm peyğəmbərdir. Allah onu yaratdıqdan sonra Həvvanı yaradıb. Lakin elm, fəlsəfə inkişaf etdikcə bu fikrə qarşı təzadlar, həmçinin bu iddianı inkar edə biləcək qədər elmi əsaslar irəli sürüldü. Bu haqda sizin fikirlərinizi də öyrənmək istərdim.
– Bir müsəlman Allahın buyurduğu Quran ayəsində şərtsiz inanandır. Biz Allahın insanı hansı şəkildə yaratdğını ayələri vasitələri ilə oxuyuruq. Bu gün isə elm də bu ayələrin həqiqət olduğunu isbat edir.
25. Şekspir deyir: “Allah sizə bir üz verib; bir dənə də siz əlavə etməyin”. Sizcə insanları ikiüzlü olmağa vadar edən nədir?
– İki üzlülük həyatın çətinliklərindən doğur adətən.
26. Kişinin qadına nəzakətlə davranması, ona olan sevgidirmi?
– Nəzakətlilik dəyər verilən insana qarşı olur. Qadına qarşı isə bu sevgidən irəli gəlir.
27. Biz böyük Yaradan qarşısındakı borcumuzu onun yaratdıqlarına ödəməliyik. Borcunuzu layiqinci ödəyə bilirsinizmi?
– Yaradana borcu tam haqqı ilə ödəmək çətindir. Biz yalnız bu yolda irəliləməliyik.
28. Ən böyük kəşf insanın özündə olanı tapmaqdır. Fərid bəy özündə olan nələri kəşf edib?
– Hərgün yeni bir xüsusiyyətimi kəşf etməyə çalışıram.
29. Qadınlar üçün maraqlı olan bir sual var: görəsən kişilər qadınlar haqqında nə düşünür? Bəzi kişilər qadınların zərif yox, zəif olduğunu düşünür, bəziləri “qadın yıxan evi fələk də yıxmaz” deyir, bəziləri isə qadınlar kişilərdən ağıl sarıdan da geridə qalır deyə fikir yürüdürlər. Maraqlıdır, sizin qadınlar haqqındakı düşündükləriniz nədir?
– “Qadın gülərsə bu issız mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək” (Hüseyn Cavid) nə gözəl buyurub. Tarixə nəzər salsaq qadın bir peryğəmbərin gəldiyini görməmişik amma bütün peyğəmbərlər bir qadından doğulub. Bu iki varlıq biri-birini tamamladıqdan o zaman insan adlı bir varlıq çıxır ortaya.
30. Özünüz haqda danışsanız, kişi üçün sıxıcı olarsınız; başqası haqda danışsaz, dedi-qodu edən kimi yadında qalarsınız; onun haqda danışsanız, dünyanın ən ağıllı və xoşxasiyyət qadını olarsınız. (Linda Sanşayn) Bu fikir nə dərəcədə doğrudur, kişilər tərifi, özünə diqqəti bu qədərmi sevirlər?
– İnsan oğlunun daxilində bir mənlik duyğusu var yəqin buna görədir ki, insan tərifi hər zaman sevir. Yalnız insanın üzünə deyilən tərif mənəvi baxımdan onu çox geri salır.

Maraqlı müsahibə və yaxından tanışlıq üçün təşəkkür edirəm, Fərid bəy💐

29/03/2016 tarixində Yazılarım içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 15 Şərh.

  1. Yeniyetməlik dövründə, hansı ki, o yaşda ata qayğısına ehtiyac daha çox duyulur, siz atanızı itirdiniz. Yeri cənnət olsun…
    Amma buna baxmayaraq, ayaqlarınız üstə dik durmağı bacardınız. Bu, sizə həm ata, həm da ana olan bir ananın zəhmətidir, bu sizin aldığınız tərbiyə, bu sizin bacarığınızdır. Allah, çayınızda şəkəri əvəz edən ailənizi sizə çox görməsin. Fikirlərinizi bölüşdüyünüz üçün bir daha minnətdaram.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Təşəkkür edirəm Sevinc xanım. Gözəl şərhiniz üçündə minnətdaram sizə

    tərəfindən bəyənildi 1 şəxs

  3. Axwaminiz xeyir Sevinc xanim evvelce size oz derin tewekkurumu bildirirem bize bele savadli gencleri tanitdiginiz ucun cox sagolun.Ferid bey Allah dinini imanini kamil etsin,tutdugun dogru yoldan ayirmasin.Atasiz uwaq boyutmek,hemde bu cur savadli,agilli derin zekaya ve intelekte malik bir ogul boyutmek cox cetindir.Ananiza halal olsun ! Cox sevindirici haldir ki,gencliyimiz emin ellerdedir,bele genclerimizle her birimiz fexr etmeliyik.Allah sizleri qorusun 🙏

    tərəfindən bəyənildi 2 şəxs

  4. Salam.cox gozel bir musahibe alinib.dolgun semimi ve mentiqli cavablar..hemiwe oldugu kimi suaallar da cox maraqli idi..cox xowum geldi zovq duyaraq oxudum..ikinize de tewekkur edirem gozel musahibeye gore..

    tərəfindən bəyənildi 1 şəxs

  5. Xow gunun olsun Sevinc xanim,inaninki hem suallar hemde cavablar cox maraqli duwundurucudur,musahibeni 2defe oxudum .Cox xowuma geldi musahibeniz size ugurlar 😘🙏🌹🌷💐

    tərəfindən bəyənildi 1 şəxs

  6. Hər birinizə öz dərin minnətdarlığımı bildirirəm. Çox sağolun rəyləriniz üçün

    tərəfindən bəyənildi 1 şəxs

  7. Sevinc, sizinle raziyam, musahibinizi yeterince tanida bildiniz ☺️ Siz bunu nece bacarirsiniz, suallari nece ustaliqla sechirsiniz, sanki kimin artiq kim oldugunu bilirsiz ve bizim uchun achmaq isteyirsiniz. Teshekkur edirem her ikinize .

    Bəyən

  8. Mən də müsahibəni,Sevincimin verdiyi sualları, Fərid müəllimin ünvanladığı cavabları çox bəyəndim.Əla😇😊
    Fərid müəllim, Allah atanıza rəhmət eləsin,nur içində yatsın inşaAllah.Qalanlara da can salığı, uzun ömür. Amin..

    tərəfindən bəyənildi 1 şəxs

  9. Heyran qaldım heqiqeten verilen suallarada alınan cavablarada çoxx sağolun Sevinc xanım ibret götürülesi bir müsahibedi Ferid beyide tanımağıma sizin sayenizde çıx şad oldum Allah razı olsun her ikinizden ..

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: