Sən bizə ən gözəl nağıldan danış…

image

Günəş xanımı çoxumuz tanıyırıq, nəinki tanıyırıq, həmçinin çox sevirik. İki gün əvvəl paylaşdığım  “Mənim nağıl ömrüm” adlı şeirimdən çox təsirlənib və mənə növbəti şeirini ərməğan edib. Bu mənimçün təkcə şeir deyil. Bu ən gözəl arzulardır, bu bir xanımın içdən gələn xoş niyyəti, təmiz hissləridir.  

Çox təşəkkür edirəm, əzizim Günəş xanım. Çox xoşbəxtəm sizin kimi bir xanımın sevgisini qazana bilmişəm. Şeirdə dediniz üzünü çevir, mən də çevirdim ☺️

Ad günün mübarək, mübarək danış.
Nə talehdən danış, nə bəxdən danış.
Göydən üç alma çoxdannan düşüb,
Yanında böyüyən körpədən danış.

Səni təbrikə gəlib, neçə dost, tanış,
Arzu edir həmişə, sevgidən danış.
Çevir gül üzünü doslara sarı,
Bax, sənə bu qədər sevgidən danış.

Nağıla inanma, gerçəkdən danış,
Özünə xəyal qur, arzudan danış.
Zamanla düzəlib həllin tapacaq,
Tanrıya güvənib, qismətdən danış.

İllər quş tək uçub keçəcək,
Qarşıdan ən gözəl günlər gələcək.
Ədalət axtarıb, dumana düşmə,
Duman çəkiləndə, günəşdən danış.

Kələflər, düyünlər hamıya tanış,
Sən “min bir gecə”nin sonunnan danış.
Bəxtəvər obrazın qəhrəmanı ol,
Sən bizə ən gözəl, nağıldan danış.

26/03/2016 tarixində Sevdiyim şeirlər içində dərc edildi və olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 3 Şərh.

  1. Dəyəriniz, xoş arzularınız üçün bir daha minnətdaram sizə, Günəş xanım. Allah xoşbəxtliyinizi o qədər parlaq etsin ki, Günəşin özü bu xoşbəxtlikdən pay umsun🌞🌞🌞🌞🌞🌞😍😍😘😘❤️❤️❤️❤️

    tərəfindən bəyənildi 1 şəxs

  2. Günəş xanımın qələminə qüvvət
    Seva ümüd edirəm ki hələ bizə danışacağın gözəl nağıllar irəlidədir

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: