Kaş ki həyatda heç nə üçün gecikməyim… (Tanımadığımız tanışlar silsiləsindən XX yazı)

image

Bu gün tanış olacağınız müsahibim instagram dostlarımızdan sayılır. Gənclərimizi sizinlə tanış etməyim məncə ürəyinizcədir. Çünki gələcəyimiz bu gəncliyin əllərində olacaq. Arif insanlar da qarşısındakının bir kəlmə sözündən necə biri olduğunu həmən anlayacaq. Buyurun daha bir tələbə qızın fikirləri ilə tanış olun. Cavabları lokanik olsa da düşüncələri məni qane etdi. Siz də öz fikirlərinizi bölməyi unutmayın.

Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdım etməlisiniz.
1. Müsahibim kimdir, sizi necə tanıyaq?
– Sevda, tələbəyəm, subayam. 
2. Bəs sizi digərlərindən fərqləndirən cəhət nədir?
– Sıradan biriyəm, o dərəcədə fərqliliyim yoxdur.
3. Bir ailə ilə bir krallığı idarə etmə arasında çox böyük bir fərq yoxdur” –Fikriniz?
– Düzdür, ailə idarə etmək çox da asan iş deyil. Ailə bir yumruq kimi olmalıdır.
4. Qızıl olsam, dəyərimi hər kəs bilər.
Mən sadə bir dəmir olum …
Dəyərimi yalnız anlayan bilsin! – Qızıl, yoxsa dəmir olmağı seçərdiniz?
– Əlbəttə dəmir olum dəyərimi bilən bilsin .
5. Qadın kölgə kimidir: onu izləyəndən qaçar, özü isə önündəkinin arxasınca düşər…Razısınız bu fikirlə?
– Bəli, mən asan olan heç nəyi sevmirəm. Əlçatmazı seçirəm həmişə.
6. Yalnızlıq insana çox şey öyrədirmiş. Niyə?
– Yalnızlıq insana dəyər verməyi öyrədir. Yalnız qalanda itirdiklərinin dəyərini anlıyırsan.
7. Dost onu da dartıb yıxacağını bilə-bilə, sən yıxılan zaman əl uzadandır…Belə dostunuz varmı həyatda?
– Var, şükür onun varlığına.
8. Edə biləcəyimiz hər şeyi etsəydik, buna özümüz də təəccüblənərdik.  Sizi edə bildikləriniz, yoxsa edə bilmədikləriniz üzür?
– Edə bilib, etmədiklərim üzür məni.
9. Pis xəbərlərin qanadları var, yaxşı xəbərlərin ayaqları belə yoxdur”…Niyə belədir axı?
– Nə deyim vallah…
10. İnsanın özünə qarşı edə biləcəyi ən böyük pislik, özünə olan etibarını itirməsidir… Bu pisliyi etmədiniz ki, özünüzə?
– Hələ ki, yox. İnşAllah etmərəm də yəqin…
11. Yəqin ki, bu fraza sizə tanışdır: “Abasqulu ağanın nazıyla çox oynayırıq, Kərbəlayi!” – kimin nazıyla çox oynadınız vəçya oynayırsınız?
– Heç kimin, həmişə nazımı çəkdilər.
12. Bir insan Allahdan başqa heç kimə ehtiyacı olmadığına inansa, Allah da onu başqasına möhtac etməz … – möhtac olduğunuz biri varmı?
– Var, bəli.
13. İnsanlar çox tez-tez həyatı filmə, özlərini – ətrafdakı insanları isə aktyorlara bənzədirlər. Bəs sizin həyatınızdakı ən böyük premyera və ən yadda qalan obraz hansıdır?
– Həyatımda ən yadda qalan biri varsa, o da anamdı.
14. “Quşlar kimi uçmağı, balıqlar kimi üzməyi öyrəndik, lakin bu vaxt çox sadə bir sənəti unutduq. İnsan kimi yaşamağı.” Sizcə, insan kimi yaşamaq unudulub?
– Bəziləri üçün hə, bəziləri üçün yox.
15. Bəzən sözlər, şüşə qırıqları kimidir, Ağzına dolar insanın…Sussan, ağrıdar…Danışsan, qanadar… Oldumu sizdə belə bir hal?
– Oldu, həm də çox oldu. Amma susdum…
16. “Oxuya bilsəniz, hər insan bir kitabdır”. Bir kitab olsaydınız, oxucularınız çox olardımı?
– Onu deyə bilmirəm. Oxucumda nə dərəcədə maraq yarada bilərdim bilmirəm.
17. “Kaş ki, ……………….” bu cümləni necə tamamlamaq istəyərdiniz?
– Kaş ki həyatda heç nə üçün gecikməyim, kaş ki…
18. İnsanların dini sizin üçün nə qədər vacibdir?
– Hər bir dinə xüsusi hörmətim var.
19. Görünüşcə hər kəs insana bənzəyə bilər. Sizin görünüşünə aldanıb insan bildikləriniz oldumu?
– Oldu, amma şükür ki, tanıdım, tez tanıdım həm də.
20. Həyat nə qədər gözəl olardı… Bir insan həm aşiq, həm də sadiq olmağı bacara bilsəydi…! Necə düşünürsüz, həm aşiq, həm də sadiq olmaq çətindirmi?
– Çətindi, amma onu bacarmaq üçün gücümüz yetər həmişə, buna inanıram.
21. Sevgi və mərhəməti çox olan insanlar acı çəkərmiş. Acı çəkməmək üçün bu hisslərin sizdə olmamasını istərdinizmi?
– Yox, qoy olsun, onlarsız həyatın nə mənası var.
22. “Hər kəs layiq olduğu həyatı yaşayar deyirlər” – sizcə bu doğru deyilmiş fikirdirmi?
– Qismət necədi elə yaşayırıq.
23. Susmaq insanın içindəkilərlə söhbət etməsi demək imiş. Çoxmu susdunuz?

– Çox susdum, çox…
24. Hər şey çox olunca ucuzlaşar, ədəb bunun əksinədir, o çoxaldıqca dəyəri artar. – İndiki gənclərin ədəbi suzi qane edirmi?

– Edəni də var, etməyəni də. Amma elə gənc tanıyıram ki, inanın həsəd aparılacaq dərəcədə ədəb-ərkanı var.
25. Şansınız olsaydı, peşənizi dəyişərdinizmi? Və hansına?

– Sevdiyim peşəyə sahib olacam, inşAllah. Xeyr, dəyişmərəm.
26. Dua ibadətin özüdür deyilir. Daima dualarınızda olan birinin adını deyə bilərdinizmi?

– Daima dualarımda olan şəxs anamdır.
27. Qadınların saxlaya biləcəkləri tək sirr, bilmədikləri sirrdir… – Gördüyünüz kimi qadınlar sirr saxlamamaqda günahlandırılır. Bu belədirmi?

– Hardasa razıyam…
28. Vaxt bütün qapıları səbirli insanların üzünə açır… Səbirli insansız?

– Səbrliyəm, hamıya da arzulayıram və səbir diləyirəm.
29. Yaşadığınız ömürdə elə bir səhnə varmı ki, bunu əminliklə “mən yazdım” deyərdiniz?

– Var, bunu əminliklə deyirəm ki, var.
30. Freydin çox maraqlı, bir qədər də ironiya çalarlı fikri var:
“Hələ cavabı tapılmayan və qadın ruhuyla əlaqədar otuz il davam edən araşdırmalarıma qarşı mənim də cavablamağı bacara bilmədiyim çox əhəmiyyətli bir sual var: Qadın nə istəyir”. Öz dünyanızla əlaqələndirib deyin, istədiyiniz varmı, nədir bu istədiyiniz?

–  Diqqət istəyirəm, layiq olduğum yerdə olmağı istəyirəm,  sevmək, sevilmək istəyirəm və ömrümü ləyaqətlə sona yetməsini istəyirəm, təbii vaxtı çatanda.

Müsahibəyə razılıq verdiyiniz və cavablarınız üçün minnətdaram💐

25/03/2016 tarixində Yazılarım içində dərc edildi və olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 17 Şərh.

  1. Heç vaxt, heç nəyə gec qalmamaq diləyi ilə bir daha təşəkkür edirəm🌷💐🌹☺️

    Bəyən

  2. Canim menim cox dagol herweycun..gozel suallar ucun…duyan ureyine qurban..seni coox istiyiremm herweyden coox

    Bəyən

  3. Sevfa xanim size de tewekkur edirem.cavablar qisa idi..ama ne demek istediyinizi amladim..wad oldum

    Bəyən

  4. Gözəl görən gözlərinə qurban, bitanəm💖💖💖💖😻😻😻😻😘😘😘😘😘😘

    Bəyən

  5. Sevda Xanım cavablarınız meni Cox qane etdi teşekkür edirem 😘

    Bəyən

  6. Çox sagolun 😊

    Bəyən

  7. Allah qorusun Sevda qızımızı gəncdi amma maşallah olsun ağıllıdı əsasda ki səbirlidi Gözəl istəyləri İnşallah bu ağılla səbrlə istəylərinə də yetər
    Sevam sənə təşəkkürlər Hə bu arada deyim ki səni arada instaqramnan da izləyirəm Hərçənd ki öz səhifəm deyil amma mənimçün əziz olan bir gözəlin əl işlərinin səhifəsidi)))

    Bəyən

  8. Çox sağolun Zümrüd xanım diqqetiniz üçün minnetdaram ..

    Bəyən

  9. Sağol Züleyxa canım inşAllah heç ne üçün gec qalmarıq heyatda ..uğurlar

    Bəyən

  10. Çox sağolun Gülüm xanım Allah razı olsun diqqetinizi az da olsa çekdimse ne xoş mene ..birde instada bilmirem hansı sehifeden izleyirsiz bilmek isdeyerdim çox sağolun fikirlerimi beyendiyiniz üçün ve her şeye göre Sevinc xanıma minnetdaram …

    Bəyən

  11. Sevda kimi gözəl düşüncəli gənclərimiz var imiş! Çox-çox şad oldum ki, belə açıq fikirli daha bir gənclə tanış oldum. Allah yolunu açıq etsin!

    Bəyən

  12. Teşekkür edirem xanım (İrinka)çox sağolun xoş sözler üçün ,deyer verdiyiniz üçün Allah razı olsun .

    Bəyən

  13. Duzdur Sevinc qeyd etdiyi kimi qisa cavablardir, amma cavablar aydindir, muhasibin kimliyini tutmaq olur, axirinci cavabini xususile beyendim 😍
    Teshekkurler ikinize de 😍😍😍💞💞💞💞💞

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...