Düşüncələrim…
Dünyaya gəlişimizdən gedişimizə qədər bir çox insanlar olur heyatımızda, sayını bilməyəcəyimiz qədər çox…ömür çox uzun yol gedən qatara bənzəyir, dayanmadan sərnişinlərinin biri minər biri düşər, gah dolar gah boşalar. İçərisində hər xasiyyətdə, hər biçimdə, hər yaşda sərnişinləri olan hər sərnişinin bir iz qoydugu qatar… o qatar ki, yolu çox uzun olar bizim həyat yolumuz kimi…o qatar ki, dayanacaqlarda dayanar, bizim yorulub artıq dayandığımız kimi…o qatar ki, dayanmaqçün olan qısa vaxtı tamam olanda yenidən yoluna davam edər, bizim hər şey bitdi dediyimizdə həyata yenidən baglandıgımız kimi.
Ömrümüzdən bir çox insanlar keçər, uzun yol gedən qatarın sernişinleri kimi; Bəziləri həzin, ilıq, yaz küləyi kimi üzümüzə toxunar, saçlarımızı, ruhumuzu oxşayar, ən gözəl duyğularımızı oyadar, bəlkə də bu meh bir müddət çəkər, amma xatirimizdə çox qısa, bitməyən ən gözəl duyğu kimi qalar. Bəziləri,bir anda hardan gəldiyi bilinməyən burulgan kimi gələr həyatımıza..,o, burulgan ki, çox güclü olar qarşısına çıxan hər şeyi sovurub aparar.., aparar özüylə, illərlə çalışaraq yığdiqlarımızı, qurduğumuz sevgi adlı dunyamızı.
Bəziləri qasirğa kimi gələr həyatımıza, bütün xəyallarımızı, planlarımızı, arzularımızı belə yıxar məhv edər, bütün hislərimizi, duygularımızı, varlıgımızı puç edər, gəlişiylə ürəklərimizi dondurub kimliyimizi belə unutdurar … unutdurar hər şeyi. Bu qasırğanın burulğanın ardındansa, bəziləri qarda təslim olmayan çiçəklər tək həyatın özünə inad yazı, hər şeyin yaxşı olacagını ümüdlə gözləyər, bəziləri də əlini-qolunu sallayıb acılara təslim olar, donub həyatdan yavaş-yavaş itər. Bir çox insanlar gələr həyatımıza, bəziləri sınagımız, bəziləri mükafatımız olar; Həyatımızda elə insanlar olar ki, dilimizdəki ən gözəl duamız, hər gün edəcəyimiz şükürümüz olar. Elə insanlar da olar ki, həyatımızda həyatı öyrənib anlamaga, dərs alıb düzgün yol tutmaga, gələcəyə ümüdlə baxıb yaşam tutunma səbəbimiz olar…
Elələri də olar ki, yaşatdığı hər acı, hər kədər özü də bilmədən bizi böyüdər, həyatın çətin yolunda bərkidər, çox güclü edər və ayaq üstə möhkəm dayanmağı, həyatın gözünə dik baxmagı öyrədər…Ömür çox uzun yol gedən qatara bənzər, o qatar ki, dayanmadan sərnişinlərinin biri minər biri düşər, hər sərnişin də bir iz buraxar həyat səhifəsində…
Müəllif: Xəyalə
23/03/2016 tarixində Hekayələr içində dərc edildi və ömür qatarı, düşüncələr olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 12 Şərh.
Biz də istər-istəməz həmin qatarın sərnişinlərindən biriyik və beləcə yazılan ömrümüzü yaşayırıq…
BəyənBəyən
Kimlər gəlmiş, kimlər getmiş bu dünyadan, bu dünyadan…
BəyənBəyən
Çox deyerli eziz Sevinc xanım yazımı bloqunuza layiq bildiyinizçün teşekkür edirem
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Düşüncələrini bölüşdüyün üçün mən sənə təşəkkür edirəm, canım.😘💐🌹🌷
BəyənBəyən
Coox gozel yazmisan canim menim..menim de bir yazim var bele fikir qatarim adli.. omrumuz bu qatarin serniwinlerini qarwilamaqla ve ugurlamaqla kecir.. bu heyatin yazilmiw qanunudur.. o insanlar var ya..yaxwiki varlar..hem pisler hem yaxwilar..cunki pisler olmasa yaxwilarin qedrini bilmezdik.ve heyata bele guclu sarilmazdiq..her insanin heyatinda pis yaxwi insanlar yer alir.biz secmirik onlari..Allahim gonderirki dersimizi..sehvimizi..goturek..duzgun yol secmeyi oyrenek.ayaqda durmagi mucadele etmeyi oyrenek.. o bezi insanlar var ya..ki yaxwiki tanimiwam dediyim..sen de o insanlardan birisen..yaxwiki tanimiwam seni..yaxwiki Allahim seni menim qarwima cixarib.yaxwiki varimsan.var ol herzaman canim menim.seni cox istiyirem..
BəyənBəyən
Coox sagol bi bi bitanemm..yaxwiki varimsannn..sen menim duamsan.. bezi insanlar var ya dua kimidir..bax sen menimcun elesen bi bitanemmm
BəyənBəyən
Sən də sağ ol, biiitanem mənim. Sənin tanıtdığın biri sənin kimi dəyərli olmalıydı, canım😘🌹🌷💐
BəyənBəyən
Xeyirli axsamlar deyerli Sevinc xanim hormetinizcun tesekkur edirem.Bu diqqetinize deyerinize layiq olduguma umud edirem.Allah razi olsun
BəyənBəyən
Axsamin xeyir ezizim gozel ureklim Zumrudum.Duz yazmisan her insan bir sey oyredir bize ister pus ister yaxsilar.Bu dunya gor goturcundu ag ve qara renglerden ibaret.Lakin esas olan biz etrafimizi hansi renge boyamagi bacarmagimizdi.Bezilericun dunya sadece uc gunluk kederlerden ibaret omurdu,bezileriycunse yasamcun ayaqda mohkem durmagi bacarmaqcun mubarize meydani.Genis ureklim gozel bacim varligina rastima cixisina sukur yaxsiki varsan ve ne yaxsiki seni kimi heyat dolu,sevgi dolu bir xanimi tanidim.Seni cooooxxxx isteyirem.
BəyənBəyən
Axşamınız xeyir ezizlerim. Çox xoşum geldi yazıdan. Menim de çox hessas yerimdi bu mövzu. İnsanlar var bizim ruhumuzu oxşayır, insanlar var bizi heyata küsdürür. Amma belke de hamı yaxşı olsa heyat daha gözel olardı. İnsanlar daha güclü, daha yaradıcı, daha da ne bilim daha da yaxşı olardı her şey.
BəyənBəyən
Sabahın xeyir, canım. Xoş gəldin, həmişə sən gələsən. 😘😘💖💖💐🌹🌷
BəyənBəyən
Sabahın xeyir canım, çox sağ ol!😘😘😘
Bəyəntərəfindən bəyənildi 1 şəxs