Üçüncü dünya (hekayə)

image

Bu körpü uzandıqca uzanırdı, bitmək bilmirdi, sonu görünmürdü, həm də çox tərpənirdi, sanki asma körpülər təki yellənirdi, elə bil çürük idi, hardasa onu yerə buraxacaqdı , körpü yolu uzun, ümidləri qırıq, ayaqları yorğun idi, amma hələ ayağında qüvvət qalmışdı, körpünün inadına daha möhkəm irəliləyirdi… Nəfəsi də təngimək üzrə idi, illər idi yol gedirdi sanki, illərin yolçusuna bənzəyirdi, nə illər , nə aylar, nə həftələr, nə də günlər… Heç biri onu oğluna qovuşdura bilməmişdi. Getmə, oğul, demişdi, yalvarmışdı, amma çifayda , oğlu getmişdi…

İndi oğlunu körpünün o başında görəcəkmiş kimi nə olur olsun bu körpünün sonuna kimi getməyi düşünürdü, üzünə külək vurur, əl-ayağını şaxta kəsirdi, sanki bu dəqiqə körpünün üstündə donub qalacağından qorxurdu. Hər gün bu yolu getmək haqqında düşünürdü, amma yolun ortasında qala bilər deyə qorxurdu, nəhayət ki, özündə güc toplaya bilmişdi, günün bu gününə qismət imiş, yəqin oğlunu görmək… ata qocalmışdı, illər qocaltmışdı onu, yox, illər qocaltmamışdı, oğlunun gedişi qocaltmışdı onu. Oğlum, sən kamikadze oldun, pis peşə deyil, təcrübə üçün yaxşıdır, lənətə gəlsin sənin bu peşən, illərdir bitmir, orda telefon yoxdumu, zəngimə də cavab vermirsən, heç olmasa sən bir zəng et, səninçün ölümə belə getməyə hazır olan ananı soruş, hə, anan getdi ölümə, dedi, orda oğlumla görüşəcəm, sən bəlkə də … yox həqiqətən indi körpünün o başındasan, körpünün başına çatsam səndən soruşulası sözlərim var. Uçdun əlimdən, uçdun, ilin günün bu vaxtında…
Daha sürətlə getmək istəyirdi, amma gücü – taqəti qalmamışdı… nəsə arxadan səs gəlirdi , elə bil kimsə onun arxasınca gəlirdi, yox o bu körpünün üstündə tək idi, tənha… kim ola bilərdi ki, bəlkə arxadan onu kimsə izləyirdi, yox … onu izləyəcək, qayğısına qalacaq kimsəsi yox idi, bircə oğlu ola bilərdi ki, o da əlindən illər öncə uçmuşdu… Nəsə körpünün başı da qaranlığa bənzəyirdi son ucunda qaranlıq nə idisə nöqtə kimi bir şey idi… Allahu Əkbər , kimdir arxamca gələn , sanki nəfəsi az qala kürəyimə çatacaq… qara basır məni yoxsa… Bir az da irəlilədi, irəlilədi, körpü uzandı, uzandıqca uzandı, arxasınca gələn gəldikcə gəldi, sən kimsən axı, məni bu yoldan döndərməyə gəlirsənmi arxamca… yox dönmərəm, oğlum lap o başda məni gözləyir, ora çatmalıyam düşündü…
-Ata… qayıtdım … ata… bir daha getməyəcəm Marsa….
Səsə diksindi , geri çevrildi, arxasında qoca bir kişi durmuşdu, başı ağarmış, gözlərinin ətrafı torbalanmış , üzü – gözü tüklü birisi idi, gözlərinin lap dərinliklərində kədər çoxdan məskən salmışdı özünə, sanki üzündən əlacsız insanlara bənzəyirdi, gözləri təşnə idi, bəbəklərində həyat eşqinə heç bir ehtiyac görünmürdü… Eşqi sönmüş bir cüt göz bəbəyi… O bəbəklərdə eşqin heç bir növündən əlamət yox idi, bircəsindən başqa, öləzimiş olan gözləriylə anasını axtarırdı , bəlkə ana eşqi idi… Diqqətlə gözlərinin içinə baxmaqda davam etdi, o bəbəklərdə özünə doğma olan bir əlamət görmək istəyirdi, yox
idi heç bir nişan, heç bir baxış, donmuş , sönmüş , ümidsiz bir cüt gözlərin lal baxışları idi…
-Sən ki məndən də qocasan, mənə niyə ata deyirsən ki? Üzündə illərin kədəri var , sənindəmi oğlun əlindən uçdu ?
-Ata… mənəm … ata…
-Kimsən, arxamca niyə gəlirsən, bax , lap o başda , oğlum ordadır , qara nöqtəni görürsənmi, sonda … məni orda gözləyir…

– Ata…yadındamı, anam mənə həmişə layla oxuyardı, yadındamı… mənim yadımdadır, gəldim o laylanı dinləyim, anamın laylasını, darıxdım, ata, anamdan ötrü, vətən torpağından ötrü darıxdım, ata….

-Bəs onda niyə getdin ?

-Orda sərhədlər yoxdur, orda heç dövlətlər də yoxdur, nə qədər ki, orda dövlətlər yoxdur , müharibələr də yoxdur … yalnız insanlar var, onlar da torpaqsız, vətənsiz… amma Yerdən ora gedəcəklər , bizi təcrübə üçün yollayıblar, ata… gələcəklər oraları da bölüşdürməyə, əzib tökməyə, insan qanı dəyməmiş torpağı qana bulamağa… gələcəklər… bu dünyada gözlərini doydura bilməyənlər… orda anamın şirin laylası da yoxdur, ata… yadındadırmı, mən uşaq olanda anam mənə hansı laylanı oxuyurdu, yadındadırmı, ata, niyə susursan… yoxsa anam mənim laylamı özünə oxudu… Ata , gəldim sizi də özümlə aparım…

-Gedək , oğul, körpünün o başında bircə dünya var, oğlumsansa gedək… sən bax, körpünün lap o başındasan, sən məni orda gözləyirsən…

Oyandı … şirin deyildi, acı da deyildi, övlad dadı verən bir röya idi…

Müəllif: Pərvanə Alxaslı

06/03/2016 tarixində Hekayələr içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 8 Şərh.

  1. Alisam, təşəkkür edirəm sənə. Sənin qələmini, sənin imzanı sevdiyimi bilirsən. Bu yazın çox kövrəltdi məni, Allah heç kimə övlad acısı yaşatmasın….

    tərəfindən bəyənildi 2 şəxs

  2. Axsamin xeyirli gunlerin ugurlu olsun ezizim Sevincimiz..bayaqdan gozlerimi qirpmadan heyacanla oxuyuram hekayeni…bitdiyinde ozumu donmus hiss etdim coix duygulandim kovreldim…oxumagi cox sevirem her gunumu her animi hec ne bilmeyen korpe kimi nelerise oyrenmeye ozumcun ders almaga calisiram..ve bu hekayede gedenlerin arxada qalanlara verdiyi acini dogurdanda yasadim..o qeder tesir etdiki size yazdiqca yavas yavas donmus vucudumun acildigin hiss edirem..elinize gozel ureyinize sagliq yaxsiki varsiz..ister burda ister instaqramda varliginiz paylasimlariniz davamli olsun İnsallah Amin

    tərəfindən bəyənildi 3 şəxs

  3. Muellif Pervane xanimada tesekkur edirem ureyine eline sagliq qelemi mohkem keserli olsun Amin

    tərəfindən bəyənildi 3 şəxs

  4. Pərvanə bacı, qələminizə qüvvət. Mənalı, düşündürücü hekayədir. Yaxşı ki yuxular var, adam itirdikləri ilə orda görüşür.
    Sevinc, təşəkkür edirəm paylaşdığınız üçün.
    Pəriş bacı, davamını gözləyəcəm inşəAllah.

    tərəfindən bəyənildi 2 şəxs

  5. Pərişimiz yenə gözəl qələmini işə salıb deyəsən. Qələmin yorulmasın, sözün tükənməsin, Pəriş. Çox sağ ol, həyəcansız oxumaq mümkün deyil. Allah heç kimə övlad acısı yaşatmasın!
    Özün hardasan, niyə çoxdandır görünmürsən?

    tərəfindən bəyənildi 2 şəxs

  6. Sarışın bacım mənim kövrəltdin məni Heç bir ata-ana yaşmasın bu yazılanları Təhssüf ki ,,bu günümüzün real yaşanan problemlerindendir bu yazılanlar

    tərəfindən bəyənildi 1 şəxs

  7. Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: