Od çərşənbəniz mübarək

image

Su çərşənbəsini niyyət və ümidlərimizlə qarşıladıq, yola saldıq. Bu gün isə Od çərşənbəsidir.

İlaxır çərşənbələrin ikincisi Od çərşənbəsidir. Buna xalq arasında “İkinci çərşənbə” və ya “Üsgü çərşənbə” də deyilir. Od çərşənbəsi qədimdə xalqımızın Günəşə, odu saxlayıb qorumağın vacibliyinə inamı ilə bağlıdır. Od yerə nəfəs verir, isidir, qışda donmuş torpaqların donunu açır. Od çərşənbəsində də su çərşənbəsindəki kimi tonqal qalayar, məşəllər alışdırar, şamlar yandırarlar.  Uşaqlar, böyüklər, qızlar, oğlanlar tonqal ətrafında halay vuraraq, rəqs edər, mahnı oxuyar, “ağırlığım uğurluğum odda yansın” deyərək tonqal ətrafından tullanarlar. Su kimi od da insanları təmizə çıxarıb, şaxtadan qorumuş, ölməyə qoymamışdır.
Odla bağlı da bir çox xalq deyimləri – inanclar, atalar sözləri, andlar, alqışlar, qarğışlar, tapmacalar bu günə qədər yaşamaqdadır.

Atalar sözləri:

– Od imandandır,
– Odla zarafat eləyən ağlar qalar,
– Odla oynayan odsuz qalar,
– Od eləyəni fələk eləyə bilməz,
– Oda dərdini deyən xeyir aparar,
– Odu söyən qara günə qalar.
İnanclar:
– Ocaq yananda səslənirsə, demək, kimsə sözünü danışır,
– Ocağa yanaşanda salam verərlər,
– Ocaq dağıdanın ocağı dağılar,
– Gün güzəranlıq gətirər.
Andlar:
– Od haqqı!
– Gün haqqı!
– İşığa and olsun!
– Çıraq haqqı!
Alqışlar:
– Oduna nur çilənsin!
– Ocağın nurlu olsun!
– Ocağın qaralmasın!
Qarğışlar:
– Günəş sənə qənim olsun!
– Od-ocağa həsrət qalasan!
– Ocağın qalanmasın!
– Ocaq üzü görməyəsən!
Xalqın inamına görə odu insanlara verən ağac olub.
Ağacla bağlı inanclar var:
– Ağacın istisinə isinərlər,
– Od çərşənbəsində “ağlayan” ağacı kəsən sonsuz qalar.
– Od çərşənbəsində ocaqdan od verməzlər,
– Palıd ağacının istisi sağlamlıq gətirər.

01/03/2016 tarixində Tariximiz içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.

  1. Canimin ici od cerwenben mubarek.Allah seni sevdiklerinle ezizlerinle birlikde neçe bele gozel bayramlar qismet etsin.evinizden ruzi bereket sevgi mehribanliq eksim olmasin canim menim.

    Bəyən

  2. Çox sağ ol, Seva, səninlə bahəm. Allah sevdiklərinlə birlikdə bol-bol ruzili neçə belə bayramlar nəsib etsin.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: