Balın faydaları haqqında

image

Ən yaxşı bal saf və nisbətən qatı halında olandır. Tünd rəngli, bəzən yaşılsayağı, sarımtıl rəngli və iki ildən çox qalan bal keyfiyyətcə pis bal hesab olunur.
Bal selikli qişaları yumşaldır, öskürəyin qarşısını alır. O, mədə üçün münasibdir, ağrısını sakitləşdirir, bağırsaq üçün faydalıdır. Balın sidikqovucu təsiri də vardır.
Ümumiyyətlə, bal istilik gətirir, ilkin mərhələdə quruducu xüsusiyyətə malikdir. Bəlğəmi və rütubəti kəsir, bədən daxilindən rütubəti özünə çəkir. Bal damarları genişləndirir ki, bu da qan dövranını yaxşılaşdırır. Başqa dərmanlara bal qatdıqda onların təsiri çox qalır.  Sinə, nəfəs borusu, mədə, qaraciyər xəstəlikləri, sarılıq, böyrək daşı, sidik tutulması, iflic, mədə köpü, iştaha zəifliyi hallarında bal yemək olduqca müsbət təsir göstərir.
Balı su ilə qatıb yemək bədəni rütubətləndirir, sidikqovucu təsir göstərir, sidik kisəsi yarası üçün xeyirlidir.
Qara çörəkotundan alınan yağı bal ilə qatıb oynaqları ovmaq ağrıları sakitləşdirir. Ətə bal sürtdükdə o yaxşı qalır və iylənmir. Bu da balın mikroblara məhvedici təsir göstərməsinə dəlalət edir. Buğda unu ilə balın qatışığından qoyulan təpitmə isti şişləri, çibanı yetişdirir və deşir.
Bal yemək ağız və damaq yarası üçün münasibdir. Balı şüyüdlə qaynadıb dəriyə sürtdükdə əzikləri və qoturu sağaldır. Bal ilə qarqara etmək boğaz ağrısını sakitləşdirir, badamcıqların irinini təmizləyir. Bala bağayarpağı suyu qatıb imalə etmək bağırsaq yarası üçün çox faydalıdır. Bu əməliyyat üç gün təkrar olunmalıdır.

29/02/2016 tarixində Sağlamlıq içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 7 Şərh.

  1. Bu qədər faydası varkən və mən də bunu bilərkən niyə mən bu balı sevmirəm. Mən balı ancaq üzümə maska kimi istifadə edirəm. Allahın hər nemətinə həmd olsun, yararlanmaq lazımdır. Təşəkkür edirəm, Sevincim, özümü məcbur da edirəm ballı şərbət içməyə yenə də içə bilmirəm.

    Bəyən

  2. “Bəyin oğurlanması” filminə baxmısan, mələyim? Orda deyir aa, o əjdaha var aa, o əjdaha… İndi o bal var idi aaa, o bal…qızım dedi mən hələ belə dadlı bal yeməmişəm indiyə qədər. Sən belə faydalı baldan niyə yararlanmayasan? Allah bol eləsin, pətəyi də, balı da, mələyim. Yeyənlərin ağzı bal kimi şirin, əziyyət çəkınlərin də zəhməti xeyirli olsun.😘💐🌷🌹

    Bəyən

    • Nuş olsun, Sevinc, ürəyiniz nə vaxt istəsə, heç problem deyil inşəAllah 🙂 Allah razı olsun.😘😘😘😘😘
      Bir-iki belə faydalı nemət var ki, mən yeyə bilmirəm. Səhər Sonay yağ-bal yeyir. Heç ürəyimdən keçmədi ki, heç olmasa bircə dəfə də özüm yeyim. Mən süzmə-çörək yemişəm səhər 🙂

      Bəyən

  3. Bizim evdə hər il 7-8 kilo bal yeyilir bəlkə çox alsam daha çox yeyilər Düzdü 4 kilosun alıram qalanı isə pay olur Beləki baldızımgil arı saxlayır yoldaşımın bibisi oğlanları da hər il bizim bal payımızı əksik etmirlər Balın çoxunu kiçik oğlumla yoldaşım yeyir Böyük oğlumsa ancaq şanlı bal yeyir süzmə balı heç dilinə də vurmaz Mənsə Sonay demişkən balı ancaq maskada istifadə edirəm amma üzümə yox saçlarıma amma bərk ağarmış bal olur bilmirəm ona xaralanmış bal da deyirlər deyəsən bax ondan heç cürə vaz keçə bilmərəm amma bilirəm ki o da ancaq may balından əldə edilir Beçə balını da rənginə görə çox sevirəm Bir də onu da deyim ki balın rəngi arının yaşındanda aslı olur bir də qidalandığı mühütdən və çiçəklərdən də aslıdır
    Hələ uşaqlığımdan evdə görmüşəm ki atam aloe gülündən baldan dərman hazırlayıb mədəsinə görə qəbul edib Müalicəvi effektlərin mən çox görmüşəm

    Bəyən

    • Mən də balı ancaq pətəkli halda çayla içməyi sevirəm. Mənə görə bir şanı süzülməmiş gəlir. Allah canlarını sağ eləsin, mallarına bərəkət versin. Amma Gülüm bacı, mən bilən may balı duru olur, payız balı isə daha keyfiyyətli olur. Dəqiqləşdirmək lazımdır inşəAllah. Yadıma düşsə axşam soruşaram inşəAllah.

      Bəyən

    • Nə bal kimi söhbət gedir burda. Ağız dadımız bal olsun həmşə, əzizlərim. Dəyər verib oxuduğunuz, fikirlərinizi bölüşdüyünüz üçün təşəkkür edirəm. 😘💐🌹🌷
      Mələyim, sən də təklifin üçün sağ ol, Allah bol eləsin ruzini😘

      Bəyən

  4. Vallah ola bilər Sonaycım duru olur amma onu bilirəm ki may balı əsl dərmanlıq baldı Həm də onu deyim ki adı may balı da olsa bu bal iyun ayında kəsilir

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: