Bu dünyada zamanın dəyəri Namazdır…(Tanımadığımız tanışlar silsiləsindən XII yazı)

image

Əziz dostlar, bildiyiniz kimi hər həftənin çərşənbə axşamı və cümə günləri müsahibə günüdür və maraqlı bir müsahibimlə hamınız tanış olursunuz. Lakin bu həftənin cümə günü ağrımız, acımız olan Xocalı faciəsinin ildönümünə təsadüf etdiyi üçün, bu yazını bu gün dərc etməyi düşündüm.

Bu günkü müsahibim, elə mənimçün də tanımadığım tanışlardan biridir. Amma hər sözündən, hər cavabından dini, imanı olan biri olsuğunu hiss etdikcə, tanıdığıma çox şad oldum. Mənə elə gəlir ki, siz də məmnun qalacaqsanız. Müsahibim mənim suallarımı cavablandırdı, əgər sizin də suallarınız olarsa, buyurub şərh bölümündən ünvanlaya bilərsiniz. 

Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz.
1. Müsahibim kimdir, sizi necə tanıyaq? 
– Əvvəla hər kəsi salamlayıram və sən, Əziz bacımız Sevincimiz, bu müsahinəyə məni də dəvət etdiyin üçün təşəkkür edirəm. Mən Axundova Vəfa, 32 yaşım var. İbtidai sinif müəllimiyəm.
2. Sizcə xoşbəxt olmaq üçün insanın nəyə ehtiyacı var?
– Xoşbəxt olmaq üçün insanın sevgiyə eytiyacı var. Xoşbəxtlik insanın içindən doğan bir hissdir.
3. Hz. Əli deyir ki, Allahdan qorxmasaydım siyasətçi olardım. Siyasətçi olmaq üçün Allahdan qorxmamaqmı lazım?
– Mənim fikrimcə əsas odur ki, adam olasan, Allahdan qorxasan.
4. Çətin olduğu üçün cürət edə bilmədiyimiz şeylər, əslində biz cürət edə bilmədiyimiz üçün çətindir deyirlər…Sizcə doğurdan belədir?
– Bəli, doğrudan belədir..
5. Azərbaycan qadını çarşabdan çıxıb başını açanda, müasirləşdi deyə sevincimdən papağımı çıxarıb göyə tulladım. O gün bu gündür papagımı tapa bilmirəm…(Cəlil Məmmədquluzadə) Sizin fikrinizcə qadın çarşabda qalsaydı bu gün həyat daha gözəl olardımı?
– Çox gözəl olardı Anam Zəhranın çarşabından olsaydı. Hicab Xanım Zəhradan bizə yadigardır. Onu Zeynəb edib bizə etibar. Hicabsız bu dunya bizə dar. Canımızdan keçərik, ondan keçmərik..
6. Sən kimin üçün ağladığını de, mən sənin kim olduğunu deyim. – İnsan kimin üçün ağlayar? Göz yaşınız hədər oldumu?
– Bəli, olub. Həyat İnsanı bilinməz, ummadığı yerlərə getirər.
7. Vaxtdan ağıllı istifadə etsək , kifayət qədər vaxtımız olar. Zamandan şikayətçi deyilsiniz?
– Yox, çünki vaxtımı gözəl dəyərləndirirəm. Zamandan heç kim şikayət etməsin. Hər şeyin dərmanı zamandır deyənlər bu sözu tərsinə oxusalar onda bilərlər bu dünyada zamanın dəyəri Namazdır…
8. Sən gərək özünü tanıtmayaydın,
Mənə bu üzünü tanıtmayaydın… – Tanıdığınıza peşman olduğunuz biri varmı?
– Bəli, var.
9. Bəzi fürsətlər qapını yüngül döyər…qaçırdığınız fürsət oldumu?
– Çox olub. Amma şükr edirəm Rəbbimə qaçırdığım fürsətlərin qismətim olmadıgı üçün.
10. Bu dünya səsiylə səsləşənindir,
Dövranla düz gəlsən, dövran sənindir… Dövranla fərqli yollarda addımlayırsınız, ya yolunuz birdir?
– Yolum birdir.
11. “Hər kəs layiq olduğu həyatı yaşayar deyirlər” – sizcə bu doğru deyilmiş fikirdir?
– Doğrudur, hər kəs layiq olduğu həyati yaşayiı.
12. Pozanınız qələminizdən əvvəl bitirsə, yanlışlarınız çox deməkdir…Sizdə necədir, hansı tükənmək üzrədir, ya pozanınız?
– Yanlışsız İnsan yoxdur.
13. “Vərdişlərin zənciri eşidilməyəcək qədər yüngül, sonra qırılmayacaq qədər də güclü olarlar”. Ən pis vərdişiniz nədir?
– Ən pis vərdişim yoxdur
14. İnsanın dəyəri onun nəyin marağında olması ilə verilir, belə deyirlər hikmət sahibləri. Siz nəyin marağındasınız, həyatı, yaşamağı nədə görürsünüz? 
– Hər şeydən öncə gərək sağlamlıq olsun ki, hər kəs həyata öz anlamını verə bilsin. Ətrafında səni sevənlər və sənin sevdiklərin varsa demək ki, həyat maraqlı və mənalıdır.
15. İlana yaxşılıq eyləsən əgər,
O sənin aşına bil zəhər tökər…
Tanış deyil ki, bu sözlər sizə? Yaxşılıq edib pislik gördünüzmü?
– Həyatımda ən tanış sözdür mənə.
16. Evlilik qala kimidir, xaricindəkilər girməyə, içindəkilər çıxmaqla məşğul olarlar. Razısınız bu fikirlə?
– Yox, razı deyiləm.
17. Gəlin və qayınananın bir evdə yaşamağına münasibətiniz necədir?
– Çox gözəl. Qaynana Anadır, gəlin də bir gün qaynana olacaq. Hər ikisi bir-birini anlasalar çox gözəl olar.
18. Dərdimizi öz dərdi kimi yaşayan dostumuzun varlığı, dünyanın ən dəyərli sərvətindən dəyərlidir. Varmı belə dostunuz?
– Mənim dostum Allahımdır. Həmd olsun…
19. Mənim fikrimcə sosial şəbəkədə həyat olduğu kimi təqdim olunmur. Sizcə necə? Belədirsə buna səbəb nədir?
– Canım mənim, mənim fikrimcə sosial şəbəkədə həyat olduğu kimi təqdim olunsa, baxmağın bir mənası olmaz…
20. “El-aləm nə deyər?” – yəqin ki, tanış ifadədir. Necədir bu fikrə münasibətiniz?
– Pisdir münasibətim. Həyatı özün ailən üçün yasayiısan el-alem üçün deyil.
21. Mən heç vaxt gələcək haqda düşünmürəm. O, kifayət qədər tez gəlib çıxır…Çox düşünürsünüzmü gələcək haqqında?
– Yox, düşünmürəm, çünki bu gün üçün yaşaıiram. Sabaha, gələcəyə ümid arzu edirəm.
22. Vaxt bütün qapıları səbirli insanların üzünə açır… Səbirli insansız?
– Bəli, çox səbirliyəm. Həmd olsun.
23. Azad qadın – elə bir qadındır ki, hələ özünə ondan asılı ola biləcək bir kimsə tapa bilməyib. Sizcə azad qadın necə olmalıdır?
– Bu sual mənə çox çətin oldu, cünki azad qadından söhbət gedir. Sizin fikrinizcə azad qadın elə bir qadındır ki, hələ özünə ondan aslı olacaq bir kimsə tapa bilməyib.
24. Heç bir iş görmədən də yorula bilirmiş insan. Düşündükləri ağır gəlirmiş…oldumu belə halınız?
– Bəli, olub, çox belə halar olub.
25. Qadın ərini daha az sevməli, daha çox anlamalıdır. Kişi isə qadınını daha çox sevməli, daha az anlamalıdır… Razısınızmı bu fikir ilə?
– Məncə hər iki tərəf Allah üçün sevməlidilər. Bir-birlərini onda daha çox anlayarlar.
26. Birinə güvənmək lazımdır bu həyatda. Səni heç vaxt tərk etməyəcək birinə. Kimdir o? Həyatınızda belə bir insan varmı?
– Gözəl bir sözdür. Səni heç vaxt tərk etməyəcək birinə güvənmən…
27. Edə biləcəyimiz hər şeyi etsəydik, buna özümüz də təəccüblənərdik. – Sizi edə bildikləriniz, yoxsa edə bilmədikləriniz üzür?
– Bəzən olur hər ikisi də üzür.
28. Təsəvvür edin ki, dırmandığınız bir dağ var və bu dağda bir mağaraya rast gəlirsiniz. Mağaranın içi də qızıl, almaz dolu bir xəzinədir. Bu zaman qarşınıza bur canavar çıxır və siz qorxaraq çölə qaçırsınız. Elə bu andaca zəlzələ baş verir, mağara uçulub dağılır, qapısı bağlanır, siz yolu itirirsiniz. Həmin an düşündüyünüz nə olardı? 
– Həmin an şükür edərdim Allahıma.
29. İnsanların dini sizin üçün nə qədər vacibdir?
– Əhəmiyyətlidir, mən öz dinimdən olanlara üstünlük verirəm.
30. Freydin çox maraqlı, bir qədər də ironiya çalarlı fikri var:
“Hələ cavabı tapılmayan və qadın ruhuyla əlaqədar otuz il davam edən araşdırmalarıma qarşı mənim də cavablamağı bacara bilmədiyim çox əhəmiyyətli bir sual var: Qadın nə istəyir”. Öz dünyanızla əlaqələndirib deyin, istədiyiniz varmı, nədir bu istədiyiniz?
– Bu dünyadan heç nə istəmirəm.

Müsahibə üçün təşəkkür edirəm, sizinlə tanışlıq həqiqətən xoş oldu 💐

27/02/2016 tarixində Yazılarım içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 10 Şərh.

  1. Vəfa, əziz bacım, maraqlı müsahibən üçün bir daha təşəkkür edirəm. Allah könlündən imanı, Yaradana sevgini heç zaman azaltmasın. Allahın sevimli qullarından ol…

    Bəyən

  2. Seva bir daha təşəkkürlər bizi daha bir xanımla tanış etditçün Məncə müsahibələrin içində ən qısa lokanik cavablar Vəfa xanım cavabları oldu Şükürlü bir xanıma bənzətdim Vəfa xanımı Mən də ki şükürlü bəndələri sevirəm

    Bəyən

  3. Vəfa xanımın müsahibəsi mənim üçün çox maraqlı oldu. Çünki dininə belə bağlı,dilində şükür kəlməsi olan insanlar mənə daha yaxındır. Təşəkkür edirəm, Sevincim😇❤Təşəkkür, Vəfa xanım.
    Vəfa xanımın cavablandırdığı 11-ci sualın cavabı ilə qismən razı deyiləm.Bəzən insan layiq olmadığı həyatı yaşayır,fikrimcə. Amma bir gün hərkəsin layiq olduğu yerdə olacağına inanıram😇
    Xanıma belə bir sual vermək istəyərdim,sizcə insan öz qismətini dəyişdirə bilərmi?yoxsa başımıza gələn bütün pis və yaxşı hadisələri Allah belə yazdığı üçün yaşayırıq?
    Təşəkkürlər😇😇

    tərəfindən bəyənildi 1 şəxs

  4. Daha bir həmkarımla tanışlıq çox xoş oldu.

    Bəyən

  5. Müsahibəyə görə təşəkkürlər, Vəfa xanım. Böyük məsuliyyətli peşənizdə sizə uğurlar arzulayıram.
    Sevinc, bu müsahibinizi mən, deyəsən, indi tanıdım. Tanışlıq üçün də sizə təşəkkür edirəm.

    Bəyən

  6. Doğrudur, mələyim. Vəfa mənim də tanımadığım tanış idi, tanıdım və tanıtdım☺️🌷💐

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: