Novruzun ilk çərşənbəsi – Su çərşənbəsi

image

Hər bir xalqın tarixində müxtəlif bayramlar, el şənlikləri olmuşdur. Onlardan bəziləri xalqa yad müəyyən bir ideologiya ilə bağlı olduğundan zaman keçdikcə unudulmuş, yaddaşlardan silinmişdir. Yalnız o bayramlar əsrlərin sınağından keçir ki, onların əsasında humanist milli və bəşəri ideyalar durur. Azərbaycan xalqının uzaq qədimlərdən bu günədək sevə-sevə qeyd etdiyi belə bayramlardan biri də Novruz bayramıdır. Kökü hələ “Kitabi- Dədə Qorqud” erasına gedib çıxan Novruza tarixən qadağalar qoyulsa da, o, bu gün də öz adət-ənənələri bir sıra türkdilli xalq və dövlətlərdə təntənə ilə qeyd edilir. Bunlara Azərbaycan, Türkiyə, Türkmənistan, İnqusetiya, Qaraçay, Kabardi-Balkar, Dağıstan, Çeçenistan, Tuva Altay və s. aiddir. 
Yer üzündə yaşayan bir çox xalqların, eyni zamanda Azərbaycan xalqının milli bayramı olan Novruzda uşaqları yaddan çıxarmaq olmaz. Səbəbi odur ki, malik olduğumuz milli dəyərlərimizi gələcəkdə uşaqlar yaşadacaqdır. Məşhur “İlyas baba və onun nəvələri”, “Novruzla Yazgülün başına gələn əhvalatlar” min illər boyu Novruz çərşənbələrində sevə-sevə təkrarlanır. Bu bayramın ilaxır çərşənbələri isə xüsusi səbirsizliklə gözlənilir. Hamının, hərkəsin ürəyində nə qədər arzu-diləklər var. Onlar bu arzularla tonqal ətrafına cəm olur, Novruzla başbaşa qalırlar. Bu gün ilk çərşənbəni qeyd edirik.

Su çərşənbəsi- Bu çərşənbəyə “Əzəl çərşənbə”, “Sular Novruzu” da deyirlər. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər.Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılanAban və Yadanın şərəfinə nəğmələr oxunur.Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr vərəvayətlər var. Məsələn, inanclarda deyilir:

Süfrəyə su dağılması aydınlıqdır,
Su içən adamı qəfil vurmazlar,
Su içən adamı ilan çalmaz,
Lal axan sudan keçərkən suyum irəlilə deyərlər
Bir çox atalar sözündə də suyun müqəddəsliyi əks olunur:

Su olan yerdə dirilik olar,
Su ehsandır,
Su murdarlıq götürməz,
Suyu çirkləndirənin nəşini yumağa su tapılmaz.

23/02/2016 tarixində Yazılarım içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: