Uşaq ensiklopediyası (XXI)

image

Bülbül

Murtuza Məşədi Rza oğlu Məmmədov

(1897-1961)

   1897-ci il iyunun 22-də Şuşa yaxınlığındakı Xanbağı adlı yerdə bir uşaq doğuldu. Anası Gövhər aylı gecədə dünyaya gəlmiş oğlunu Aydınlıq çağırdı. Atası Məşədi Rza isə onu Murtuza adlandırdı. Murtuza lap kiçik yaşlarından mahnı oxumağa həvəskar idi. O, bəzən saatlarla bülbüllərin cəh-cəhinə qulaq asar və qəribə də olsa, onları çox gözəl yamsılayardı. Səkkiz-doqquz yaşlarından artıq hamı onu Bülbül deyə çağırırdı. Bülbül 1907-ci ildə ilk dəfə dini tamaşada yetim qız rolunda oynamış, sonra bir neçə il müxtəlif şəhərlərdə oxuyaraq çörəkpulu qazanmışdı. Onun teatr səhnəsində ilk çıxışı isə 1916-cı ildə Gəncədə olmuşdur. 

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra, 1920ci ilin axırlarında Bülbül Bakıya opera teatrına dəvət edilmişdi. Sonrakı il Bülbül konservatoriyaya daxil olmuş, təhsilini başa vurduqdan sonra isə dövlət onu ifaçılıq ustalığını artırmaq üçün İtaliyanın Milan şəhərinə, dünyanın ən məşhur opera teatrlarından biri olan “La Skala” teatrına göndərmişdi.
Bülbül orada tanınmış pedaqoqlardan dörd il dərs almışdı. 1931-ci ildə vətənə qayıdan Bülbül 1959-cu ilədək opera teatrında çıxış etmişdir. Güclü, oxuduqca məlahətli, axıcı səsi olan Bülbülün həm də gözəl aktyorluq istedadı var idi. Bülbül opera səhnəsində bir-birindən fərqlənən müxtəlif obrazlar yaratmışdır. Bununla belə, onun səhnə yaradıcılığının zirvəsi Üzeyir Hacıbəyovun “Koroğlu” operasındakı xalq qəhrəmanı Koroğlu obrazıdır. Bülbül Koroğlu rolunu 400 dəfədən çox oynamışdır. O, təkcə Azərbaycan deyil, Qərbi Avropa, rus və sovet bəstəkarlarının operalarında da eyni müvəffəqiyyətlə çıxış edirdi. Onun bütün uğurları yalnız gözəl səsi, aktyorluq bacarığı ilə deyil, həm də son dərəcə əməksevər, özünə qarşı hədsiz tələbkarlığı ilə bağlıidi.

Bülbül həm də yaxşı müəllim, Azərbaycan xalq musiqisinin mahir bilicilərindən və ifaçılarından biri idi. Bülbül və onun tələbələri Azərbaycanın rayonlarını gəzir, xalq mahnılarını, el havalarını toplayırdılar. Bülbül əsl xalq müğənnisi idi. Onu tez-tez neft mədənlərində, fabrik və zavodlarda, kolxoz tarlalarında əmək adamları arasında görmək olurdu. Bülbül uşaları da çox sevir, onların heç bir xahişini yerə salmırdı. Uşaqlar ona mehribanlıqla “Bülbül əmi” deyərdilər. O, həyatın mənasını doğma xalqına, vətəninə xidmət etməkdə görürdü.Musiqi sənətinin inkişafında Bülbülün xidmətləri yüksək qiymətləndirilmişdir. Ona SSRİ xalq artisti adı verilmiş, o, SSRİ Dövlət mükafatına layiq görülmüşdür. İki dəfə Lenin ordeni,üç başqa ordenlə, İtaliyanın Qaribaldi ordeni ilə təltif olunmuşdur.          Xalqımız böyük müğənninin xatirəsini əziz tutur. Bakıda Bülbülün adına musiqi məktəbi, küçə var.

Bülbül

     Heyrətamiz gözəlliyi olan zərif səsli bu quşun cəh-cəh vurması, oxuması adamı heyran qoyur.Yəqinki, çoxunuz bu quşu görmüsünüz. Hətta evlərinizdə qəfəsdə saxlayanınız da var. Bülbül çox incə, zərif və balaca quşdur. Onun uzunluğu 17 sm, çəkisi 25 qramdır. Ən çox yayılanı Şərq bülbülüdür. Tükləri qonurumtul, quyruğu kürəndir. Köçəri quşdur. İsti ölkələrdə qışlayır. Kolluqlarda, çay vadilərində yaşayır. Yuvasına yaşılımtıl, maviyəçalan, ləkəli-xallı olan 4-6 yumurta qoyur. Əsasən gecələr və ala-toranlıqda oxuyur. Azərbaycanda iki cür bülbül yuvalayır: cənub bülbülü və seyrəbülbül. Respuiblikamızın düzənliklərində və dağ ətəklərində onlara rast gəlmək olar.

Bürclər

      İnsanlar hələ qədimdən bəzi ulduzların göydə qəribə fiqurlar əmələ gətirdiyini müşahidə etmişdilər. Onlar bu fiqurları bürclər adlandırmışdılar. Bir çox bürclərə əfsanəvi qəhrəmanların adları verilmişdir. Ulduzları asan müşahidə etmək və öyrənmək üçün ulduzlu səma 88 bürcə bölünmüşdür. Bunlardan 47-si qədim yunan əsatiri ilə bağlıdır. Şimal yarımkürəsinin səmasında Kassioeya, Andromeda, Peqas, Persey,Orion, Böyük Ayı bürcləri parlayır. Bürclərdən biri də qədim yunan əsatirinin qəhrəmanı Herkulesin adını daşıyır. Şir vəHidra bürcləri Şirin əfsanəvi igidliyini xatırladır. Peqas (qanadlı at), Əkizlər (Zevsin oğuları Kastorvə Polluks) də əfsanəvi adlardır.

    17-ci əsrdə yeni bürc adları meydana gəldi: Tovuz, Tukan, Hindli, Cənnət quşu. Bu adlar avropalılara kəşf etdikləri yeni ölkələrin özünəməxsus xüsusiyyətlərini xatırladırdı.18-ci əsrdə astronomlar bir çox bürclərə də ad verdilər: Saat, Miar, Kompas, Teleskop, Mikroskop, Soba.

    Zodiak bürcləri isə xüsusi yer tutur. “Zodiak” yunan sözü olub, “vəhi heyvanlar zolağı” deməkdir. Zodiakda 12 bürc yerləşir: Əkizlər, Tərəzilər, Dolça, Qız, Oğlaq, Şir, Qoç, Xərçəng, Balıqlar, Əqrəb, Oxatan, Buğa. Maraqlıdır ki, Günəç ilboyu məhz onların fonunda yerini dəyişir və hər bürcdə Günəş təqribən bir ay olur.

    Möhkəm yadda saxlamaq lazımdır ki, bürclər səmada yalnız görünən parlaq ulduz qruplarıdır. Əslində isə Kainatda eyni bürcün ulduzları bir-birindən çox uzaqda yerləşə bilər. Əsas bürcləri tanımaq dənizçi, səyyah, təyyarəçi, geoloq üçün çox lazımdır.Çünki bürclər gecə vaxtı nabələd yerdə düzgün yol tapmağa kömək edir. Siz “bürc” sözünün memarlıqda işlədiləın mənasına da rast gələ bilərsiniz. Bu bürclər qədim şəhər hasarlarının üzərində tikilən müşahidə və müdafiə qurğularıdır. İri qəsr və qalaların künclərində tikilən dairəvi hündür çıxıntılara da bürc deyilir. Bu bürclər daşdan, ağacdan, kərpicdən tikilirdi.

Vavilov Nikolay İvanoviç

 (1887-1943)

      1927-ci il idi. İsti Afrika cəngəlliklərindən bir karvan keçirdi. Karvanda cəmi 12 adam var idi. Onlardan 11-i yerli, on ikincisi isə ekspedisiyanınrəhbəri – sovet alimi N.İ.Vavilov idi.

      Bu, çox da asan səyahət deyildi. Ekspedisiya iştirakçılarına gah dağları dırmaşmaq, gah da atəş açmaqla timsahları qovmaq, dayaz çayları ayaqla keçmək lazım gəlirdi.Qatırlar da bu çətinliklərə tab gətirmirdi. Hətta bir neçəsi tələf olmuşdu. Adamlar isə yollarına davam edirdilər.

     Vavilov öz karvanını təşkil edəndəonaözü ilə qandal götürməsini məsləhət görmüşdülər: birdə yolda efioları cəzalandırmaq lazım gələ bilər. Lakin Vavilov razı olmadı. O, sovet ölkəsinin vətəndaşı idi, sadəadamlara inanırdı. Nikolay İvanoviç yanılmadı. Tana gölü yaxınlığında ağır titrətmə-qızdırmaya tutularkən, yol yoldaşları xəstəni atıb getmədilər, əksinə, onlar öz başçılarına yaxşı qayğı göstərib onu sağaltdılar və ekspedisiya yoluna davam etdi.

     Bu ekspedisiya sovet aliminə nə üçün lazım idi? Əfqanıstanda və Çində, İranda və Monqolustanda, Koreyada və Yaponiyada, Afrika, Avropa Şimali və Cənubi Amerika ölkələrində onlar nə axtarırdı?

     Vavilov mahir “bitki ovçusu” idi. O, piyada yüz kilometrlərlə yol keçmişdi. Hər yerdə öz herbari torunu və toxumlar üçün saysız-hesabsız torbalarını bitki nümunələri və toxumlarla doldururdu.

      Becərilən bitkilər insan məişətində necə və nə vaxt meydana gəlmişdir? Məsələn, buğda və çəltiyin vətəni haradır? Dünyanın hansı yerindən bu bitkilər bütün ölkələrə yayılmışdır. Bu suallar Vavilovu ömrü boyu maraqlandırırdı.

      Vavilov belə güman edirdi ki, hər bir bitkinin bizə lazım olan xüsusiyyətlərini məhz həmin bitkinin öz vətənində tapmaq mümkündür. Vavilov bu vətəni “mənşə mərkəzi” adlandırırdı.

     Odur ki, alim bütün dünyanı gəzir, mədəni bitkilərin “mənşə mərkəzini” axtarırd. Gəmilərdə də, təyyarələrdə də, karvan yollarında da Vavilov doğma vətəni haqqında, kəndlilər haqqında düşünürdü. 20-ci illərdə gənc Rusiya qüvvə toplayırdı. İlk kəndli kommunaları yaranırdı. Tarlalara ilk maşınlar çıxırdı. Bu vaxt aşkar edildi ki, bitkilər əllə yetişdirilməyə və əllə yığılmağa alışıblar. Onlar maşın üçün həddən artıq zərifdirlər. Sünbüllər taxılbiçən maşınların bıçaqları altında əyilir, dənlər səpələnirdi.

     Vavilov hamıdan əvvəl başa düşdü ki, quraqlıqdan, şaxtadan qorxmayan, həm bol məhsul verən, həm də maşın yığımına davamlı olan yeni bitki növləri yetişdirmək lazımdır.

     Vavilov hara gedirdisə, oradan Rusiyaya toxum göndərirdi. Toxumları əkir, diqqətlə tədqiq edir, yeni növlər alırdılar. Vavilovun və onun ardıcıllarının topladığı bu “canlı kolleksiya” indi də qalır. Bu kolleksiyadan bir çox yeni əla bitki növləri becərilmişdir.

     “Mədəni bitkilərin mənşə mərkəzləri” Vavilovun yeganə kəşfi deyil. Demək olar ki, onun bir ömür ərzində gördüyü iş bir neçə ömrə kifayət edərdi. Heç də təsadüfi deyil ki, dünyanın bir çox elmi cəmiyyətləri akademiyaları bu görkəmli alimi özlərinin üzvü seçmişdilər.

22/02/2016 tarixində Birlikdə öyrənək içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.

  1. Oy nə maraqlı 🙂 Vavilovun həyatı lap xoşuma gəldi. Yerinə olsaydım onun.
    Qəfəsdə bülbül olmaz ki 😦 Qoy o elə təbiət qoynunda olsun.
    Təşəkkürlər Sevincimizə.

    Bəyən

    • İnan mənə, mələyim, bu bölümü yazanda ancaq səni düşünürdüm. Bilirəm ki, maraqlı məlumatları sən çox sevirsən. Sənə də təşəkkürlər, canım, bu silsilə xəbərimin heç bir bölümünü qaçırmadığın üçün😘🌹💐💖

      Bəyən

      • Sevinc, yəqin mənə inanırsınız, hansısa dəb xəbəri mənə maraqlı deyil, amma belə xəbərləri çox bəyənirəm. Yalandan eqoistliklə deyil ki, o qədər adam var ki, uşaq səviyyəsində də olsa belə ensiklopedik biliyə malik deyil. Məs., mən 🙂 Bu silsilədən bilmədiklərimi ən azından oxuyuram, indi nə dərəcədə yadımda qalır deyə bilmərəm. Ən azından məlumatım olur. Buna görə də, sizə çox təşəkkür edirəm bu silsilə xəbərə görə. Əziyyət çəkirsiniz bizimlə paylaşırsınız.

        Bəyən

  2. Mənim anam sinif müəlliməsı işləyıb Mən təzə ailə quranda bir gün gördüm ki uşaq ensklapediyaları var onlarda Soruşdum ki bu hardan olub heç bizim vaxtımızda belə kitablar yox idi Dedi ki bunu əlavə vəsait kimi almışam ki uşaqlara sinifdən xarıc oxu kimi keçim Sonra oğlum məktəbə gedəndə o kitablardan aldım ki onunçun da oxuyum həqiqətən uşaqlara lazım olacaq çox faktlar var idi orda Sonra o kitabları oğlumun sinif müəlliməsinə verdim ki ara sıra uşaqlara oxusun Həqiqətən də o sinif məktəbdə çox qabaqcıl bir sinif idi Müəllimələri olduqça uşaqla işləməyi sevirdi Yadımdadır ki 11-ci də oxuyanda siniflərində 22 uşaq vardı onun 18-i alı məktəbə daxil olmuşdu

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: