Qabusnamə (1-ci fəsil)

image

Birinci fəsil
ALLAhI DƏRK ETMƏK YOLU HAQQINDA
Ey oğul, bil və agah ol ki, dünyada olan, olmayan və ola bilən hər nə varsa, hamısını olduğu kimi adam dərk edə biləndir, yalnız o böyük yaradandan başqa. Onu dərk etməyə yol yoxdur, ondan savay nə varsa, hamısı dərk edilə bilər. Sən yalnız o zaman haqq-taalanı dərk edə bilərsən ki, özün dərketməz olasan.

Dərk edilən naxış, dərk edən isə nəqqaş kimi bir şeydir, əgər maddə naxış qəbul etmirsə, heç bir nəqqaş onun üzərinə naxış vurmağı bacarmaz. Görmürsənmi, mum daşa nisbətən daha tez naxış qəbul edən olduğundan ondan möhrə hazırlayırlar, daşdan isə hazırlamırlar. Deməli, dərk edilmiş hər bir şeydə bir dərkolunma xüsusiyyəti var və o, yaradanın nəyə qabil olduğunu göstərir. Ona görə sən özünə bax, yaradana baxma. Sən yaradılmışa diqqət et ki, yaradanı əql ilə dərk edə biləsən. Ayıq ol, vaxtı əldən verməyəsən, çünki vaxt keçicidir, keçici şeyin isə əvvəli və sonu olar.
Bağlı gördüyün bu dünyanın bağlılığına heyran olma və güman etmə ki, bu bağ həmişə açılmamış qalacaqdır. Sən
yaradanın yaxşılıqları və ne’mətləri haqqında fikirləş, özü barəsində fikirləşmə, çünki yolu o adam daha çox azmış olar ki, yol olmayan yerdə yol axtarsın. Peyğəmbər əleyhissəlam demişkən: “Allahın ne’mətləri haqqında fikirləşin, zatı haqqında fikirləşməyin”. “Əgər bizi yaradan Allah şəriət sahibləri vasitəsi ilə öz bəndələrinə onun yolunu tapmağa cəsarət etmək ixtiyarını verməsə idi, heç kəsdə o cür’ət ola bilməzdi ki, Allah-taalanın dərk edilməsi haqqında bir söz deyə bilsin, çünki sən haqqı nə adlandırırsan adlandır, ona nə kimi sifət verirsən ver, bu, yaradanın ilahilik və rübubiyyətinə deyil, yalnız sənin acizlik və miskinliyinə dəlalət edər, çünki sən Allahı heç vaxt layiq olduğu qədər tə’rifləyə bilməzsən, belə olan təqdirdə sən onu necə dərk edə bilərsən? Əgər sən tövhidin nə olduğunu bilmək
istəyirsənsə, bil ki, sənin üçün mümkün ola bilməyən hər şey onun üçün mümkündür, məsələn, təklik kimi. Kim təkliyin mahiyyətini anlasa, o, müşriklikdən azad olmuş olar. Təklik yalnız böyük yaradana xasdır, ondan başqa nə varsa, hamısı cütdür.
Xüsusiyyətinə görə ikiləşən hər şey ya tərkibinə görə ikiləşər, cisim kimi, ya parçalanmağına görə ikiləşər ədəd kimi,
ya cəmlənməsinə görə ikiləşər, sifət kimi, ya təzahürə görə ikiləşər, cövhər kimi, ya mənşəyə görə ikiləşər, əsli və fər’i kimi, ya məkana görə ikiləşər, fəza və boşluq kimi, ya vəhmə görə ikiləşər, ağıl və nəfs kimi, ya müvazinətə görə ikiləşə bilər, təbiət və surət kimi, ya qarşılaşmaya görə ikiləşə bilər, oxşarlıq və fərqlilik kimi, ya quruluşuna görə ikiləşə bilər, maddə və ünsür kimi, ya hadisənin başlanğıcına görə ikiləşə bilər, məkan və zaman kimi, ya həddinə görə ikiləşə bilər, ehtimal və qətilik kimi, ya qəbul edilmə nöqteyi-nəzərindən iki cür ola bilər, azlıq və çoxluq kimi, ya dərk edilmə nöqteyi-nəzərindən iki ola bilər, varlıq və yoxluq kimi. Bunlar nə qədər ziddiyyətli və əksli olsalar da, yenə ikilik əlamətinə malikdir və həqiqətdə onları tək adlandırmaq olmaz. Təklik yalnız Allah-taalaya aiddir. İkilik xüsusiyyəti olan nə varsa, onların heç biri Allah ola bilməz. Tövhidin mahiyyəti ondan ibarətdir ki, ürəyinə gələn hər şeyin Allah olmadığını biləsən, onların şəriki və tayı olmayan bir Allah tərəfindən yaradıldığını qəbul edəsən.

22/02/2016 tarixində Birlikdə öyrənək içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 6 Şərh.

  1. Belə valideyni olan övladın nə xoş halına. Tövhidi dərk etdikdən sonra müsəlman olur insan. Əgər tövhidində problem varsa, xəbərdə də qeyd edildiyi kimi o Allahdan heç nəyi əskiltməz, əksinə özü zəlalətə düşər. Allah hamını Öz doğru yoluna yönəltsin, günahlarımızı bağışlasın.
    Mən Qabusnamənin sizdən oxumuşam. Maraqlı yazıya görə təşəkkürlər, Sevincə. Davamını gözləyəcəm.

    Bəyən

  2. Hə, mələyim, bilirsın də müəyyən səbəblərdən sona çatdlra bilmədim. Allah ömür versin heç olmasa Qabusnaməni də, Uşaq ensiklopediyaslnı da bitirə bilim.

    Bəyən

  3. Tovhid dini-Islam. Allah her bir muselmana tovhidin lezzetini daddirsin.
    Allah razi olsun ki, eziyyet chekib derc edirsiniz. Haqqinizi halal edin. InsheAllah imkanim olduqca behrelenecem. Teshekkurler, Sevincimiz

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: