Şabalıd halvası – Qəbələ mətbəxindən

image

Azərbaycan – hər qarış torpağında bərəkət, hər bitirdiyində min bir dərdin dərmanı var. Hər bölgəsi öz neməti ilə fərqlənən Azərbaycanımız dünya mətbəxində öz təamları ilə xüsusilə seçilir.

Söhbət mətbəximizdən düşdüsə, günlərlə danışsaq da mövzu bitməyəcək. Mən çalışıram ki, bloqun mətbəx bölümündə bölgələrimizin mətbəxini də işıqlandıırım. Daha çox isə, unudulmuş və qeyri-adiliyi ilə seçilən yeməklərə üstünlük verirəm. Bu gün Qəbələ mətbəxinə aid bir desert resepti təqdim edəcəm. Bilirik ki, Qəbələ şabalıdın vətəni sayılır. Xüsusən də Bum kəndi öz yetişdirdiyi şabalıdla çox məşhurdur. Şabalıdı bol olan bir məkanda yəqin ki, müxtəlif çeşiddə də şabalıd yeməkləri hazırlanacaq, buna şübhəmiz yoxdur. Amma təqdim edəcəyim resept isə desert sayılır və çox fərqli bir dada malikdir. Televiziya proqramlarının birində görmüşdüm, diqqətimi çəkdiyi üçün də qeydimi aparıb bişirməyi düşünmüşdüm. Nəhayət, bu gün bunu reallaşdıra bildim. Buyurun, siz də tanış olun.☺️

Lazım olan ərzaqlar:

200 qram şabalıd

100 qram kərə yağı

50 ml duru yağ

100 ml süd

2 x/ q şəkər tozu

Bir çimdik duz

100 qram un

Fıstıq

Hazırlanması:

Əvvəlcə şabalıdı tam yumşalanadək bişirib, isti-isti əzib püre halına gətiririk. Sonra tavaya duru yağı əlavə edirik. Bu ona görədir ki, kərə yağı əridikcə yanmış dad gəlməsin. Sonra kərə yağını, unu əlavə edib qovururuq. Bir çimdik duz əlavə edirik, unu bir qədər qovrurduqdan sonra şəkər tozunu və südü əlavə edirik. Un südü və yağı tam özünə çəkdiyində, şabalıdı əlavə edirik. 5-6 dəqiqə az odda kütləni taxta qaşıqla yaxşıca qarışdırırıq. Sonda adi halva bişəndə necə olursa, şabalıd halvası da bu cür alınır. Süfrəyə ilıq halda təqdim edilir. Zövqə görə üzərinə fıstıq ovuntusu əlavə edilir. Nuş olsun☺️🌹

21/02/2016 tarixində Mətbəximiz içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 7 Şərh.

  1. Mən heç adını da eşitməmişdim, o ki qala dadını bilim. Nəsə axır vaxtlar beynimə yaman halva düşüb, sadəcə ard-ardınca o qədər şirniyyat bişirdim, pay gəldi ki, saxladım gələcəyə. Sevinc, təxminən mənim ağız dadımı bilirsiniz, sizcə mən bunu yeyə bilərəm????????
    Görünüşü qəşəngdir, təqdimatı lap qəşəng, bir dənə dad qalır müəmmalı 🙂
    Allah süfrənizə bərəkət versin, əlləriniz yorulmasın heç.

    Bəyən

    • Mələyim, əgər şabalıdı sevirsınsə, yeməyə bir problemin olmayacaq. Desert bilirsən də elə bir yemək növüdür ki, onu az miqdarda yemək kifayət edir. Bu da onun kimi. Bir növ halva yeyirsən, amma şabalıd dadlnda. Reseptdəki qaydada şəkər tozu bir az dadını kəmşirin edir, şirin xoşlayanlar üstünə əlavə etməklə yeyə bilər. Bizim uşaqlar kimi. Çox uzun danışdım deyəsən, inşAllah ekler etməyi düşünürəm. Bu gün, ya da sabah alınsa dadını əyani özün biləcəksən😘🌹💐🌷

      Bəyən

      • Şabalıda hayıl-mayıl deyiləm, amma yeyənəm yeməkdə. Qovurulmuşunu da xoşlayıram. İşim yoluna düşsün, sınaq üçün azca edərəm inşəAllah.
        Eklerə heç vaxt risk eləməmişəm 😦 Həmişə almışam. Amma bir müddət əvvəl evdə hazırlanmışını yedim, yaxşı idi.

        Bəyən

  2. Şabalıdı cooox lap çox sevirəm Bu halvanı eşitməmişdim amma bir başqa cürəsin yemişəm o qozlu istiotlu ədavalı idi Həqiqətən dadlı idi Dekabr ayında bizə 5-6 kilo şabalıd göndərmişdilər Zaqataladan Üç kilodan bir az artıq olar ki təmizdədim qovurdum yığdım salafan torbalara buz dolabında saxlayıram Qalanını da uşaqlarçun tavada partladırdım Çox xoşlayırdılar Şabalıdı qabıqlı neçə dəfə saxlamaq isdəmişəm yaxşı qalmayıb sonra internetdən öyrəndim ki bir az pörtlədib yağda qovuranda yaxşı qalır Həqiqətəndə çox yaxşı qalır Həm də plov edəndə tez dadıma çatır Bir iki gün əvvəl Speys kanalından Qax rayonunda şabalıq supu bişirməyi göstərdilər Elə şabalıdı bütöv bütöv tökdü yağ soğanlı suya iki dəqiqə qaynadı götürdü Amma məncə onu bir az xırdalasaydılar yaxşı olardı Həm də həlimli çıxardı

    Bəyən

  3. Sevincin hazırladığı şabalıd halvasından mən daddım 🙂 Qəşəng idi, xoşuma gəldi. Allah süfrənizə bərəkət versin.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: