Sümük əriməsinin qarşısını necə almalı

Mature older people lifting weights

Əgər bədənimizi təşkil edən sümüklərin qeydinə vaxtında qalmasaq, orta yaş həddinə çatanda bir çox problemlərlə qarşılaşacağımız qaçılmazdır. Buna görə də sümüklərin sağlam olması üçün hər an mübarizə aparmalıyıq.

Bunun üçün heç də bahalı və tapılmayan qidalar tələb olunmur. Hamımızın tapa, yeyə biləcəyimiz, sümüklər üçün faydalı olan qidalar və məsləhətlərlə tanış olaq.

Ən az 2 stəkan süd için: 

Hər gün lazımi miqdarda kalsium almağı qarşınıza vəzifə qoyun. (1-10 yaş üçün 800 mq, 11-24 yaş üçün 1200 mq, digər yaşlar üçünsə, yenə də 800 mq. Aybaşından kəsilmə dövründə isə 1200 mq). Kalsium üçün ən yaxşı qaynaq süd və süd məhsulları hesab olunur. Elə buna görə də gün ərzində 2 fincan süd və ya qatıq və iki kibrit qutusu boyda pendir yeməlisiniz. Gənclərdən fərqli olaraq, bir qədər yaşlı olanlar yağlılığı aşağı faiz olan süddən istifadə etsinlər.

Daha nələr yeyilməlidir:
Süddən başqa brokkoli, kələm, ispanaq, fındıq, yerfıstığı, badam və qoz, bəkməz də bu qidalara aid hesab olunur. Hər gün mütləq göyərtilərdən istifadə edin.

15 dəqiqədən az olmayaraq gün işığından yararlanın:
D vitamini sümük sağlamlığı, kalsium və əzələlərin quruluşu üçün əhəmiyyətli rola sahibdir. 50 yaşdan sonra qəbul edilən gündəlik D vitamininin qədəri 800 – 1000 arası olmalıdır. D vitaminin əsil qaynağı isə Günəş işığıdır. Sümüklərin qüvvətli qalması üçün gün ərzində 15 dəqiqə, günorta saatları olmamaq şərti ilə üzünüzün və qollarınızın Günəş şüası görməsi mütləqdir.

Hər kiloqrama görə 1 qram protein qəbul edin:
Yüksək proteinli pəhrizlər, sidiklə bədənimizdəki kalsiumu itirməyimizə səbəb olduğu halda, bunun əksi də əzələlərin boşalmasına, sallanmasına və sınıq hallarının çoxalmasına səbəb olur.

İki fincan qəhvə için:
Gündə 2 fincandan çox qəhvə içməyin. Həmçinin, çay və kola qəbuluna da diqqət ayırın. Spirtli içkilər və siqaret isə sümüklər üçün olduqca zərərli sayılır.

Sadəcə 6 qram duz:
Duz qəbulunu mütləq azaltmalısınız. Çünkü düzdan çox istifadə etmək sidik vasitəsiylə kalsiumu orqanizmdən xaric edir.

Lif qəbulunu 20 -25 qramdan çox etməyin:
Lifli qidaları artıq dərəcədə qəbul etməkdən də çəkinin. Çünkü liflə zəngin qidaların qəbulu çox olarsa, bağırsaqlarda və sümüklərdə kalsium itkisinə yol açar.

Kəpəkli qidalar, çovdar çörəyi, tərəvəz və meyvələrin qabıqları və paxlalı bitkilər qədərində qəbul edilməlidir. Gün ərzində 30-25 qram lif sağlam olmanız üçün kifayət edir.

Həddindən çox arıq olmayın:
Güclü sümükləriniz olmasını istəyirsinizsə, arıq olmaqdan qaçmalısınız. Çünkü klimaks zamanı və sonrası bədən orqanizmdə toplanmış estrogeni də mənimsəyir və məlum olduğu kimi klimaksdan sonra bədəndə sümük əriməsinin səbəbi, məhz bu hormonun çatışmamasıdır.

Həftədə 3-4 dəfə gəzintiyə çıxın: 
Fiziki aktivlik sümük sağlamlığı üçün çox vacibdir. Əgər insan gəncliyində fiziki aktiv olarsa, bu sümüklərin bərkiməsinə səbəb olur, yaşlı vaxtı fiziki aktivlik isə sümük əriməsinin qarşısını alır.

Gəzmək, qaçmaq, ağırlıq qaldırmaq və rəqs etmək sümüklər üçün çox faydalıdır. Üzgüçülük kürək nahiyəsindəki sümüklər üçün faydalıdır. Sümükləri gücləndirməkdən ötrü həftədə ən az 3-4 dəfə 30-45 dəqiqə iti addımlarla gəzmək çox vacibdir.

Daima sağlam olmanız diləyi ilə…

18/02/2016 tarixində Sağlamlıq içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 1 Şərh.

  1. Faydalı xəbərdir, demək olar ki, əməl edirəm, amma ən vacibi qalıb kənarda: Gün işığı. Qalmışam gün işığına həsrət göstəbəklər kimi 🙂 Nadir hallarda gün görürəm, heyif deyil məzuniyyət, rayon. Kef elə ki, edəsən: Bulaq suyu, Dağ havası, Gün işığı
    Təşəkkürlər Sevincə.

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: