O, bizim təsəllimiz

image

Əhvalımız hansısa səbəbdən pisləşəndə-mənəvi, fiziki ağrılar çəkib, sıxıntılarla üzləşəndə ətrafımızdakı insanlardan təsəlli umuruq. Bizi nə iləsə ovutmalarını gözləyirik. Söylədikləri sözlər yaramızı sağaltmasa belə… Dərdli olduğumuz zaman yanımızda biriləri öz böyük dərdindən danışarkən bir anlıq da olsa sakitləşirik… Yox, bu başqasının ağrısına sevinmək deyil. Sadəcə çoxumuz daxilən zəif olduğumuz üçün sakitliyi başqalarının bizim beynimizə yeritdiyi bu fikirdə tapırıq: ”Bu problemi yaşayan nə ilk, nə son insan sən deyilsən! Bax, mən səndən də betərəm.” Və o adam öz “betər hal” ını bizə anlatdıqca yolumuza çıxan maeələrlə rastlaşan ilk və son insan olmadığımızı, başımıza gələn uğursuzluqları başqalarının da yaşadığını bilərkən tək olmadığımızı bir daha xatırlayırıq.  Eyni zamanda da özümüz yaxınlarımıza təsəlli verərkən belə edirik. Bəzən, hətta olmayan şeyləri uydurub danışırıq ki, ona bədbəxt halımızla “təsəlli” olaq. Xüsusən də zərif və eyni zamanda zəif (gəlin bunu etiraf edək!) olan biz xanımlar hər şeyi ürəyimizə saldığımız üçün belə təsəllilərə ehtiyacımız kişilərdən daha çox olur.

Təbii ki, bu deyilənlər hər kəsə aid edilə bilməz. Bir qism insan da var ki, həyatda onları heç nə və heç kəs təsəlli edə bilmir. Acıya dözümsüz olduqları üçünmü, ya boş təsəllilərə inanmadıqları üçün, fərqi yoxdur..

TV-də və ya realda bir yetimin əhvalatını dinlərkən göz yaşlarımız dayanmır. Bəzən öz yoxluğumuzu düşünəndə yetim qala biləcək övladlarımızın halını təsəvvür etmək belə istəmirik. Özümüzə ömür arzulayırıq ki, onların xoş günlərini görək. Qəza nəticəsində həyatını itirən bir yaxınımızın övladlarını hər gördükcə ürəyimiz qan ağlayır.Az qala Allaha asi düşək ki, niyə o günahsız körpənin valideynlərini əlindən aldı. Niyə ona qıydı?Buna oxşar hissləri hamımız yaşadıq.
..O da yetim idi. Atasının üzünü belə görmədi.Anasını itirəndə yaşı çox az idi.Yetimliyini az da olsa unutdura biləcək bacı-qardaşı belə yox idi. Deyirlər yetimlər ürəksiz olur, sevgiləri az olur. Bu hissi yaşamadıqları üçün. Amma hər kəsi sevəcək ürək vardı onda. Bütün insanlara yetə biləcək qədər sevdi…

Bir anlıq xəyanətə yenicə uğramış qadını təsəvvür edin. Sevən və ona qovuşması üçün min əziyyət çəkən qadın uzun illər sonra xəyanətə uğrayıb. Onun halını təsəvvür etmək elə də çətin deyil. Həyata küsmüş, sınmış, ona qarşı günah işləyən, qəlbindəki böyük sevgisini bir an içində nifrətə çevirən insanın yerinə o özünü günahkar sayır.Daha insanlar arasında başı dik gəzə bilmir. Hər kəsdən utanır. Bəziləri daha böyük depressiyaya girir. İntihar edənlər belə ola bilir. Bu dərdi yaşayan qadına qohum-tanışının təsəllilərini də düşünək. Lap elə özümüz olsaq nə deyərdik? Nə desək belə çeynənmiş sözlərdən başqa bir söz olmayacqdı:”Ehh, kişilər hamsı belədir. İlanın ağına da lənət, qarasına da. Fikir eləmə. Vecinə də alma. Xəyanət etməyən kişi varmı?” və s.

Xəyanət-cinsindən asılı olmayaraq hər kəsə ağır təsir edən bir hadisədir. Xəyanət deyərkən nədənsə ağlımıza sevdiyimiz əks cins nümayəndəsi gəlir. Mən deyərdim ki, ondan da ağır olanı qanı qanından olan insanın arxadan vurduğu zərbədir. Qardaşın, bacının, övladın, bəzi hallarda valideynin…

O da zamanında bu cür xəyanətə məruz qaldı. Qanı qanından olan əmiləri, sülaləsindən olanlar qanını içməyə hazır idilər. Ölümünə fərman verdilər. Amma O sınmadı, mübarizəsindən dönmədi. Səbr etdi. Buna görə hər iki dünyada mükafatını da aldı…

Ən yaxın insanını itirən, ürəyinə həmişəlik dağ çəkilən, ölənədək övlad (və ya ana) dağı ilə yaşayan birini gördünüzmü? Elə hey ağlayır. Həyatın mənası itib gözündə…Ona təsəlli edilir. Bəlkə də mininci dəfədir eşidir o bu sözləri:”Dünya ölümlü-itimli dünyadır. Kim dünyanı tutub gedəcək axı?Hamımız öləcəyik.” Hələ rəhmətə gedən insanın əməllərindən asılı olmayaraq (pis və ya yaxşı olmasından) onun Cənnətdə olmasını da deyirik bəzən. Özümüzdən nələr uydururuq, nələr. Sanki öz aləmimizdə ona “xoş xəbər” vermiş olduq.

O da övlad acısı çəkdi. Yeddi övladının altısı gözləri qarşısında can verdi. Öz əlləriylə torpağa tapşırdı onları..Yenə də halına şükr etdi. Allahına sığındı…Allah bütün müqəddəslər kimi Onu da çox sınadı. Həyatda ən böyük acıları yaşatdı. Sınaqların hər birindən üzüağ çıxdı.

O sınaqlar ki, onların tək birinə dözə bilmirik. Dözmək nədir, taleyimizə qarşı çıxır, Yaradana üsyan edirik.. Bəs biz, onun ümməti olaraq niyə belə naşükürlük edirik? Bir dəfə Onu, yaşadıqlarını xatırlarsaq özümüz özümüzü ovuda bilərik axı. Daha kimsələrin boş təsəllisinə ehtiyac qalmaz. Kimsənin mərhəmətinə də möhtac olmarıq… Başını dik tut və hər zaman öz halına şükr et, ey Müsəlman! Tutduğun yolda səni büdrətməsin fani dünyanın çətinlikləri…

Müəllif: Yazar Gülşən Xanım

17/02/2016 tarixində Dinimiz, imanımız içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 8 Şərh.

  1. Çox təşəkkür edirəm sənə, Gülşın, əzizim. Çoxdan oxuduğum bir yazı olmaslna baxmayaraq, çox yerinə düşdü bu gün bu yazını yenidən yada salmağım. Həm öz içimi rahatlatdı, həm də günümüz üçün çox vacib sayılan bir yazı oldu.
    Çox təəssüf ki, insanlar pis günləri üçün bəzən asi düşməkdən çəkinmirlər, amma yaxşı günləri olan kimi, onu bəxş edəni unudurlar. Bəlkə illər öncə mənim də cahilliyim, Allahın bəndələrindən kömək istəməyim olmuşdu. Amma indi Ondan başqa kimsədən bir şeylər ummuram. Umduqlarımı da verəcəyinə inanıram.
    Nə yaxşı ki, şükr etməyi bacaranlardanam. Həm də hər halıma şükür deməyi. Mən şahidi olmuşam, insan əzab içində gözündə yaş əllərini Yaradanın dərgahına uzadıb “şükür bu halıma” deyib. Çox keçmədən mükafatın alıb da.
    Allah bizim hər birimizi doğru yoldan, haqq yolundan döndərməsin inşAllah. Bir daha təşəkkürlər sənə, canım.🌷🌹💐

    Bəyən

  2. Gülşən xanım, sizin çox yazınızı oxumuşam. Sevinc dediyindən belə başa düşdüm ki, o oxuyub, amma mən nə qəribə ki, oxumamışam. Bu yazı daha çox xoşuma gəldi. Yəni bütün yazılarınız düşündürücü, maraqlı olsa da, bu lap çox xoşuma gəldi.
    Hərdən o qədər acığım tutur ki, özümə 😦 Allah islah eləsin məni, günahlarımı bağışlasın, yazığam. Biz Muhəmməd (Allahın ona salavat və salamı olsun) ola bilmərik təbii ki, çünki o bir peyğəmbər idi, məhz bu cür insani keyfiyyətlərinə görə seçilmişdi. Amma sələflərimizdən nümunə götürməliyik. Yadıma bir hadisə düşdü, ilk müsəlmanlarla bizim aramızdakı fərqi hiss edəcəksiniz. Döyüşlərin birindən geri dönən dəstənin qarşısına ənsarlardan bir qadın çıxır. Bu qadına deyirlər ki, ərin, qardaşın, oğlun şəhid oldu. O isə elə hey sual verir: “Rasulullah (s.a.s.) hardadır, sağdırmı”. Peyğəmbərimizin sağ olması xəbərini eşidənə qədər bu sualı verir və cavabdan rahatlanır. Biz demirəm, mən ola bilərdimmi görəsən bu qədər cəfakeş? Məhz bu keyfiyyətlərinə görə Allah onları Peyğəmbərinə yoldaş seçmişdi. Onlar Rasulullahı özlərindən də artıq sevirdilər, amma biz Allahın, onun rəsulunun əmrlərinə yüz bəhanə ilə asi çıxırıq (səbəblə yox, bəhanə ilə).
    Nəsə… Çox yazdım deyəsən. Başım açılsa, ürəyimdə qalmış bir mövzu var, onu yazacam inşəAllah.

    Bəyən

  3. Əvvəlcə yazını oxudum sonra da şərhləri Şərhlər sanki yazının davamı kimi gəldi mənə Bəlkə hər gün yüz dəfə Allahıma şükr edirəm və yalvarıram ki evladlarımı da şükürlü bəndələrindən etsin Həmdə baxıram ki Rəbbimə şükr etdikcə buna səbəbləri daha da artırır Qızlar çox sağolun hər şeyçün Əgər günün bu vaxtında bucürə təsəlliverici yazıları oxudumsa elə buna da min şükür

    Bəyən

  4. Sən də sağ ol, Gülüm. Allah arzularına qovuşdursun səni də😘🌹💐🌷

    Bəyən

  5. Cox maraqlidi tewekkur edirem Gulwen xanima gozel yazidi ve ibretamiz. Sene de tewekkur edirem ureyim bu gozel yazini bizle paylawdin deye. Insanlarin coxu naawur olurlar.. onlara verilenlerle yetinmirler.. dahasini istiyirler.. eyer Allah sene verirse demeli sen de geri vermesini bilmelisen.. dar gununde el acib Tanridan komek istiyirik.ama sevincli gunlerimiz ucun Tanriya tewekkur eymeyi unufuruq.bunu cox az adam edir indi..sizce de bele deyilmi.. biz sirf bu dunya ucun yaradilmamiwiq axi..butun vaxtimizi da bu dunyanin iwlerine serf edek..

    Bəyən

    • Naşükür olub dahasını istəyənlər çox vaxt əlindəkini də itirirlər, bitanəm. Bəli, insan paylaşmağı bacarmalıdır, dünya sevgiylə gözəlləşəcək ancaq. Sevgini paylaşmaq lazımdır. Dəyərini bilən ona sahib çıxacaq onsuz da.
      Sənə də təşəkkür edirəm, bi bi bitanəm💖💖💖🌹🌹💐🌹💐🌹

      Bəyən

  6. Teşekkür edirem her birinize reyleriniz ve şükür eden qelbleriniz üçün. 😊
    Sevinc canım, size de ayrıca teşekkür edirem ki çoxdan yazdığım yazıları yada salırsız. 😘

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: