Mətbəximizin qonağı Arzu xanımdır

image

Bu gün mətbəximizin qonağı, yenə də Arzu xanım olacaq. Azərbaycan xanımlarının əlləri qızıldır vallah…

On il bundan əvvəllə indiki zamanı müqayisə etdikdə, qadınların iş dünyasında, siyasi arenada xeyli irəlilədiyinin şahidi oluruq. Bunu bir qadın olaraq yox, doğru addım olduğu üçün dəstəkləyirəm. O cəmiyyətdə ki, qadın qul yerinə qoyulur, qadının söz azadlığı olmur, qadına evin işlərini idarə edəcək bir “element” kimi baxılırsa, o cəmiyyətdə heç vaxt tərəqqi də olan deyil, azadlıq da, ədalət də. Qadınlar ictimai həyatın hər bir sahəsində sözünü demək haqqına sahib olmalıdırlar. Amma təbii ki, bu fürsətdən sui-istifadə edərək yox. Yəni bir qadın hansısa idarə rəhbəri, hansısa şirkətin sahibi, millət vəkili, lap nazir belə olsa, evinin kandarından içəri addım atanda qəbul etməlidir ki, bu evin xanımıdır və bu evdə ondan bir pillə üstündə olan həyat yoldaşı var.

Bəli, dostlar, mənim fikirlərim bəlkə çoxunun qəbul etmədiyi hal ola bilər. Amma mən belə gördüm, belə qəbul etdim və belə də davam edəcəm. Cəmiyyətdə nə qədər kişi-qadın hüquqlarının bərabərliyini önə çıxarıb müzakirə obyekti edib qəbul etsələr də, ailə daxilində evin böyüyü kişi sayılır, sayılmalıdır.

Mövzudan uzaqlaşmayaq, Arzu xanım da evinin, ailəsinin dəyərli xanımıdır. Qabiliyyətli bir xanım, zəhmətkeş anadır. Biz belə xanımlarımızla ancaq fəxr etməliyik.

17/02/2016 tarixində Mətbəximiz içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 8 Şərh.

  1. Süfrən həmişə bol, halal ruzili olsun, Arzu. 🌷🌹💐

    Bəyən

  2. Bu yaxınlarda bir köşə yazarının yazısına rast gəldim, qadının soba arxasında təsvirini az qala ikrah hissi ilə vermişdi. Mənim zatən jurnalist tayfası ilə aram yox idi 🙂 Mənim fiziki cəhətdən ehtiyacım var kiminsə köməyinə, amma ailəmə qıymıram, nə qədər mənə çətin olsa da, mən istəmərəm ki, mənim yoldaşım, uşaqlarım başqa qadının əlindənn çıxan yeməyi yesinlər (nə qədər yanlışdır, doğrudur bilmirəm). Axı yad adam mənim qədər sevgi qata bilməz o yeməklərə.
    Arzu xanım, Allah süfrənizə bərəkət versin, ailəniz üçün, xeyirli işlər üçün bişirəsiz, düşürəsiz həmişə. Reseptlərini də paylaşın da nolar ki 😦

    Bəyən

    • Sən xasiyyətimi bilirsən də, mələyim. İstər qadın olsun, istər gözümün işığı, haqsızdırsa onun tərəfində durmayacam. Sözümü sənin misalına gətirirəm. Nə yazıq ki, indi qadınların əksəriyyətinin psixolojiyası dəyişib. Bir də baxırsan ki, “ulduz” olmuş biri mətbəx, yemək bişirmək adı gələndə sifətin elə hala salır ki, guya bunun bir on il əvvəl kənd yerində ocağın üstündə yemək bişirdiyini görən, bilən olmayıb….bax, belə hallar məni cin atına mindirir.

      Bəyən

      • Öz adıma deyirəm, mən utanmıram, əksinə fəxr edirəm ki, ailəmin aşpazıyam 🙂 Sonayın “Mənim anam ən gözəl aşpazdır” sözünü heç nəyə dəyişmərəm.
        Atalar misalı var: “Əslini danan haramzadadır”.

        Bəyən

  3. Halal olsun Arzu xanıma Ay Sonaycım Mən nəinki ailəmin aşbazıyamda kulinarıyamda Hələ üstəlok bütün nəslin aşbazına çevrilmişəm Rəhmətlik qaynanam biz kəndə gedən kimi çömçəni verirdi əlimə ta evə qayıdana qədər Özdə ocaq qırağı ola gəl görəsən. Elə indidə qardaşımgilə, atamgilə gedəndə məni şirin dilləri ilə ötürüllər mətbəxə ki çox da ki sən yemirsən bişir bu ləziz şirniyyatdardan tortdardan biz yeyək İnan ki yaxın adamların evinə getdikdə belə boş dura bilmirəm kecirəmee qazın arxasına Onu da deyim ki en çox sakitlik tapdığım yerdə elə evimin mətbəxidi

    Bəyən

    • Mən nəslin aşpazı deyiləm düzü 🙂 Mən işləyirəm deyə onlar bilirlər ki, rayona getdimsə, deməli, tətil vaxtıdır. Onda da mən qıymırlar. Onlar bişirirlər, mən yeyirəm 🙂 Bircə rayona valideynlərimin evinə gedəndə qardaşımın uşaqları mənə hökmən pizza bişirtdirirlər, bir Panço tortu, bir də mimoza salatı hazırlatdırırlar. Nəsə mənim bu əl qabiliyyətimi xoşlayırlar. Mən də sizin kimi mətbəxi çox sevirəm, geniş mətbəximin olmasını o qədər arzulayıram ki. Azı 20 kv.m.-lik 🙂
      Ocaqda mən də bişirmişəm kənddə. Hərdən indi də bişirirəm, amma çox vaxt kişilər edir bizdə ocaq yeməklərini. Gülüm bacı, mən də müəyyən müddət qaynanamla yaşamışam, o da çömçəni mənim əlimə vermişdi. Nəsə bəyənirdi mənim yeməklərimi. Allahın məsləhətinə min şükür

      Bəyən

  4. Salam canım, deyesen bloqa gire bildim, bundan sonra, her defemi bu ad ve emeyli yazmaq lazım olacaqmı

    Bəyən

  5. Çox şükür, çox şükür🌹😘🌹😘💐😘 xoş gəldin, canım.
    Çıxış etməsən lazım olmayacaq, etsən yazmalısan.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: