Sevgililər bayram günün qeyd etməsinlər, günlərini bayram etsinlər…

image
Əvvəlcədən bunu qeyd edim ki, yazının bu günə təsadüf etməsi bu bayramı dəstəkləyib qeyd etməyə çağırış deyil…
…Sevgi İlahi nemətdir, Allahın xoşuna gələn hissdir. O, bütövlükdə insanı dəyişir, onu fədakar edir. Sevgidən şəfqət doğur. Hər kəs sevdiyinə şəfqət göstərər, ona qarşı mərhəmətli olar, onun nöqsan və qəbahətlərini görməməyə çalışar. Ürəyində sevgi olan insan sevdiyi uğrunda hər şeyə hazır olar – lazım gələrsə ac da, susuz da qalar, hər cür əziyyət də çəkər – təki sevdiyinə bir xətər toxunmasın, təki o məmnun olsun.
Hər hansı bir heyvana nəvaziş göstərsək, ona qayğı ilə yanaşsaq, qarşılığında onun bizə qarşı xoş münasibətini, hətta bizə bağlılığını, sədaqətini də hiss etmiş olarıq. Tarix boyu at, it, pişik, hətta vəhşi heyvanlarla belə insanların dostluğuna, onlar arasında sədaqətə dair hadisələrə, faktlara çox rast gəlinib.
Sevgi haqqında saatlarca, günlərcə danışmaq olar, amma bu mövzu bitməz. Bu gün mənim məqsədim sevgidən danışmaq yox, onun qeyd edildiyi gün haqqında fikirlərimi bölüşməkdir.
Yuxarıda yazdıqlarımızı əsas götürsək, görərik ki, sevgi bəşəriyyət mövcud olan gündən yaranıb. Daha doğrusu bəşəriyyətin yaranmasının təməli elə sevgidir. Zənnimcə bu fikirlə çoxunuz razılaşacaqsınız. Yaxşı, bəs əgər bu belədirsə, niyə sevgi və sevgililər günü kimi hansısa bir tarixi əsas götürmək mübahisə obyektinə çevrilib?
Məqsədim sevgililər günü kimi tanınan “Valentin” gününü araşdırmaq, tarixini ortaya çıxarmaq deyil. Hər halda hər kəsin müəyyən ölçüdə bu haqda məlumatı vardır.
Artıq neçə ildir ki, bu günü milli düşüncəmizə, İslamiyyətə yad olduğu üçün təqvimdən qismın çıxarmağa nail olublar. Bunun tam lehinəyəm, alqışlayıram.
Sevgililər günü kimi İlham və Fərizənin toy günləri olan 30 iyun qeyd edilir. Bir tərəfdən bu fikrə münasibətim müsbətdir. Hər halda tarixi, kökü çox qədimə bağlı olan, dinimizə uyğun olmayan elementləri daşıyan bir günü örnək götürməkdənsə, şəhid ruhlarına hörmət naminə seçim etmək doğrudur.
Amma ümumi götürəndə bunun da əleyhinəyəm. Müəyyən günləri qeyd etmək tarixlə bağlıdır, bunu bilirik hamımız. Əgər sevgini bəşəriyyət üçün ən ali hiss hesab ediriksə, mənə elə gəlir sevgi üçün, sevgililər üçün özəl bir günü qeyd etməyə lüzum yoxdur.
Sevginin tükəndiyi gün kainatın yerlə-yeksan olacağı gündür. O günü rəsmiləşdirib bir günün içinə sığışdırmaq sevgiyə qarşı biganəlik olar mənim fikrimcə. Onsuz da ağzımızda dilimizi yandırıb son zamanlar sevgiyə olan münasibət. Hələ bir bunu da etsək, vallah yavaş-yavaş robortlaşma gedəcək hər kəsdə.
Sevginin günün tapmaq, onun hansı gün qeyd edilməsini müzakirə etmək yox, saf sevginin ölməməsi, gələcək nəsillərin bunu düzgün qiymətləndirməsi üçün təbliğat aparmaq lazımdır.
Günümüzün baş bəlasına çevrilən serialllar onsuz da cavanların ağlında sevgiyə qarşı böyükdən böyük bir sual işarəsi yaratmayıbmı? Dəbdəbəli həyat, elit yaşayış tərzi, var-dövlət, saray kimi evlər, cəh-cəlal…bütün bunlar serialların əsas mövzusunu təşkil edir. Kimsə sevgidən danışmağı düşünmür. Əldə edilən sevginin yolu da bu sadaladıqlarımdan keçməli olur. Ya da tamam fərqli, qəbul edilməyən başqa bir yoldan…
Seriallar bir ayrıca mövzudur deyə, bu haqda da uzun danışmayacam. Sözümü əsasən cavanlara çatdırmaq istərdim:
Sevgi yaşanmayacaq qədər gözəl, dərk edilməyəcək qədər sadə, doyulmayacaq qədər doyulmaz duyğudursa, sevgi ikiykən başlayıb bir olaraq davam etməkdirsə, sevgidə iki can, iki qəlb yoxdursa, birləşib bir can, bir qəlb yaratmaqdırsa, sevmək əzaba dözmək, sevmək qurban vermək, sevmək fədakarlıqdırsa…sevgili onsuz keçirdiyin hər anının cəhənnəm olmasıdırsa, sevgili içində yaşatdığın, ürəyini verdiyin, sevgini paylaşdığın yarındırsa, sevgili onsuz keçirdiyin gecələrdə axıtdığın göz yaşıdırsa, sevgili xatirələrə sığışdırmadığın ən müqəddəs hisslərinin tək ünvanıdırsa, sevgili uğrunda can fəda etdiyin canındırsa, sevgili qəlbini qıranda belə sevdiyin, ağladanda belə darıxdığın, getdiyində gözün yollarında qaldığındırsa… bunları bir günə sığışdırmaq bəsit səslənməzmi?
Sən sən ol, sevdiyinə bir ömür vəfalı ol da, qoy sevənlərin hər günü bayram olsun. Sevgililər bayram günün qeyd etməsinlər, günlərini bayram etsinlər…

14/02/2016 tarixində Yazılarım içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 6 Şərh.

  1. Seva elə başlıqdan bildim ki yazını oxusam fikirlərimi tamamlamış olacağam Nədənsəmən dəbu günün sevgililər günü kimi qeyd olunmasını heç xoşlamırdım Deyim ki heç ailədə dəbunu qeyd etdiyimiz yadıma belə gəlmir
    Həmişə evladlarıma tövsiyyə edirəm ki gününüzü elə yaşayın ki qoy o gününüz sizə bayram kimi yaddaşınızı gözəl hisslərlə xatırlatsın Əsl sevənlərin bir günləri deyil ayları illəri bayrama çevrilsin

    Bəyən

  2. Xəbər də gözəldir, müəllif də, hələ ilk şərh yazan Gülüm bacı da 🙂
    Mən ümumilikdə götürəndə hansısa günlərin özəlləşməsinin tərəfdarı deyiləm. Sevgililər günü, doğum günü, gənclər günü və s. və i. Mənim üçün sevdiklərim hər gündə var və hər gün də varlıqları üçün Allaha şükür edirəm.
    Təşəkkür edirəm, aşkım 🙂

    Bəyən

  3. ” Segililər Günü”nü heeeç qəbul edə bilmirəm. İnsan bir-birinə sevgini hər gün göstərməlidir. Sevinc demiş”…günlərini bayram etsinlər.” Hüzur olan yerdə sevgi də var, hörmət də. Yetər ki, naşükür olmayaq.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: