Toy, nişan edənlərin nəzərinə
“Xalqımızın toy kimi gözəl adəti var”…Gözəl ifadədir, hər bir ocağın niyyətində olan xoş bir istəkdir toy. Doğrudur, son zamanlar toy adətlərində bir qədər modern üslub daha çox qabarıq şəkil alıb. Amma buna baxmayaraq adət-ənənlərimizi qoruyub saxlaya bilmişik. Toyun özünəxas mərhələləri var. Bu mərhələlər ardıcıl şəkildə həyata keçirilməlidir.
Lüğəti mənasına görə toy evlənmə mənasını verir. İki sevən qəlbin qovuşacağı bir gün, bir ocağın çatılacağı zaman. Hələ övladı qundaqda olanda hər bir valideynin arzusudur, oğul evləndirib, qız köçürmək. Məşhur bir şeirdə deyildiyi kimi:
Bir evdən bir evə səadət köçür,
Biri yola salır, biri səsləyir.
Bir ana qızını burda ləngidir,
Bir ana həsrətlə gəlin gözləyir…
Göründüyü kimi, bu təkcə iki gəncin sevgisinin reallaşdığı gün yox, həmçinin ailələr arasında bir qohumluq bağının təməl günü sayılır. Yadlar gəlib bir sevgi odunun istisində doğmalaşıb qohum olurlar.
Toy elə bir mərasimdir ki, hər kəs bura ancaq üzündə xoş bir təbəssümlə qədəm qoyur. Toy evinin sevincinə şərik olub, təbriklərə qoşulurlar.
Hər bölgənin toy adətləri fərqli olsa da, ümumi olan bir ənənə var ki, bu hamıda eyni cür təkrarlanır. Bu nədir? Bu odur ki, toy evi oldunsa, qız-gəlinin əllərində dəst-dəst xonça olmalıdır. Xonçaları da əsasən şirniyyatsız təsəvvür etmək mümkün deyil. Allahın verdiyi hər nemətə şükür, şirniyyat sarıdan da Azərbaycan şirniyyatlarının dadına-ləzzətinə də doymaq olmur. Çeşid-çeşid şirniyyatlarla dolu olan xonça bəy evindən qız evinə aparılan ruzi-bərəkətdir, şirinlikdir, gənclərin aralarında olan sevginin özü kimi…
Badambura, şəkərbura, paxlava, qoğal, halva, tort daha nələr, nələr…bu qədər şirinliyin içində acını itirərsən ki lap…
Təki biz arzulayan kimi olsun, təki gənclər sevginin dadını heç vaxt şirindən acıya çevirməsinlər. Təki yandırdıqları sevgi ocağının başına arılar pətəyə yığışan kimi, qohumlar da beləcə cəmlənsinlər. O şirinlikdən pay, o şirinlikdən ibrət, o şirinlikdən nümunə götürsünlər deyə.
Bu gün toy haqqında bu qısa yazını yazmağımın səbəbi var. Tanımadığımız tanışlar silsiləsindən Arzu xanımı unutmamısınız yəqin. Bu xanım özünün də qeyd etdiyi kimi Bərdə şəhərində yaşayır. Çox da gözəl əl qabiliyyətinə malikdir. Bu gün onun hazırladığı dörd şirniyyat növünü sizinlə paylaşdım.
Əgər istəyən olsa ki, onun övladının toy xonçasını da bu cür şirniyyatlar bəzəsin, onda Arzu xanıma müraciət edə bilərlər.
Kaş həmişə toy olsun…
08/02/2016 tarixində Yazılarım içində dərc edildi və nişan, Toy, xonşa sifarişi, şirniyyatlar olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 10 Şərh.
İnşallah Allah bütün analara toy xonçası bəzəmək qismət etsin biz də daxıl olmaqla
BəyənBəyən
Amin, Gülüm. Allah arzularımızı gerçəkləşdirsin…
BəyənBəyən
MaşAllah Arzu xanımın çox gözəl əl qabiliyyəti var, xeyir işlərə hazırlasın həmişə. Allah ruzisini yetirsin.
BəyənBəyən
Badamburaya lap tamahım düşdü 🙂
BəyənBəyən
Amin, mələyim. Allah hər kəsin halal ruzisini versin. Bərdə tərəfdə kim olursa, Arzu xanımın əl qabiliyyətinin canlı şahidi ola bilərlər☺️💐🌹
Sən də mənim kimi badambura sevənsən deyəsən)))
BəyənBəyən
Əvvəllər paxlavanı dəhşət sevərdim, şəkərbura nəsə mənim yaddaşımda əziyyətli bir şirniyyat kimi qalıb (Demişəm bir-iki dəfə, şəkərburanın kənarlarını səliqəli bükürdüm deyə uşaq vaxtı o qədər elətdiriblər ki, indi şəkərbura görəndə o günlər yadıma düşür 🙂 ). Amma badamburanın həmişə hazırını yemişəm, həm yumşaq olur, həm də paxlava kimi çox yağlı, şirin olmur, ona görə də, çox sevirəm badamburanı 🙂
BəyənBəyən
Mənim də paxlava ilə aram yoxdu. Nədənsə mədəm onunla dost ola bilməsi))) Amma şəkərbura, badamburanı çox sevirəm. Şəkərburanı hazırlamaqdan isə xüsusi zövq alıram)))
BəyənBəyən
Axır vaxtlar mənim də mədəm nazlı olub 🙂
BəyənBəyən
Bu gün ən çox arzuladığım şey elçi gedib, xonça bəzəyib nişan aparmaqdır. Allah bunu xeyirlisi ilə mənə nəsib etsin!
Seva, indi nə deyirsən duraq Bərdəyə gedək?
Arzu xanım, yorulmayasınız, Allah ömrünüzü bişirdiyiniz şirniyyatlar kimi şirin eləsin!
BəyənBəyən
Allah arzuna çatdırsın, canım. Sən xonça tutmaq üçün addım at, o iş asandı.
BəyənBəyən