Mən məhəbbətimi yazmışam, daha nə olsun?!..(Tanımadığımız tanışlar silsiləsindən VI yazı)

image

Əziz dostlar! Bu günkü müsahibim gənc ana, gözəl həyat yoldaşı, səmimi dost və ən əsası sevgi dolu bir xanımdır. Hər bir insanın qəlbində sevgi hissinin olması mütləqdir. Sevgidən məhrum olan birilərinin yaşamaq, yəni insan kimi yaşamaq haqqı da deyil. Hər kəs qəlbindəki sevgini biruzə verməkdə fərqli davranışlar göstərir, bu da insanlıq halı üçün normal sayılır. Lakin bu günkü müsahibim isə, tamam fərqlidir. Mən deyərdim ki, onun insanlığa olan sevgisinin simvolu, elə müsahibə üçün özünün seçdiyi şəkillə tam üst-üstə düşür. Bəli, Zümrüdün qəlbindəki sevgi hissi sonsuzdur, təbiidir, safdır…

Belə bir xanımı tanımaq mənə sevinc, xoşbəxtlik gətirdiyi kimi, əminəm sizin də hər birinizə xoş gələcək. Həyat da, yaşamaq da sevgidən qaynaqlanmırmı? Bəs onda sevgi dolu insanları niyə tanımayaq?

Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz.
1. Müsahibim kimdir, sizi necə tanıyaq?
– Salam. Adım Zümrüddür, sadə bir vətəndaşam.
2. Bəs sizi digərlərindən fərqləndirən cəhət nədir?
– Onsuz da heç kəs eyni deyil ki, hər kəsin özünəməxsus xüsusiyyətləri vardır. Mən özümü fərqli saymıram. İnsan gərək öz davranışı, danışığı ilə fərqlənə. Mən heç vaxt fərqlənib önəmli olmağa çalışmamışam, dəyərli olmaq daha yaxşıdır. Təəssüf ki, çoxları bu iki şeyi qarışıq salırlar. Allah hər kəsi dəyərli etsin.
3. Bir ailə ilə bir krallığı idarə etmə arasında çox böyük bir fərq yoxdur” –Fikriniz?
– Doğrudur, ailə də kiçik dövlətdir. Onu idarə etmək də ata-ananın vəzifəsi və borcudur. O kiçik dövlətin necə gözəl olub-olmaması isə onu idarə edənlərdən, yəni ata və anadan asılıdır. Bir dövlətin prezidenti öz dövlətini necə idarə edirsə, onu yuxarı qaldırıb, aşağı düşürürsə, bax bu da onun kimidir. İdarə etməsini bilsən ucalar, bilməsən alçalar. Ailədə hər kəs öz vəzifəsini və borcunu bilməlidir.
4. Qızıl olsam, dəyərimi hər kəs bilər.
Mən sadə bir dəmir olum …
Dəyərimi yalnız anlayan bilsin! – Qızıl, yoxsa dəmir olmağı seçərdiniz?
– Əlbəttə, dəmiri seçərdim. Bu sual insanlara bənzəyir. İnsanlar da belə olur, işığı göz qamaşdıran və parıldamayanlar. Kəpənəklər də pərvanələr kimi şamın ətrafına fırlanıb, onun işığına qapılırlar. Bir az yaxın gəldikdə məhv olurlar.
Sənə söz deməyə tələsmirəm heç,
Sən hələ qəlbimin tellərini seç.
Tanıya bilməsən dinməzcə tez keç,
Varlığım özünü öyən deyil ki…
Ümid edirəm nə demək istədiyimi anlada bildim.
5. Qadın kölgə kimidir: onu izləyəndən qaçar, özü isə önündəkinin arxasınca düşər…Razısınız bu fikirlə?
– Həm hə, həm də yox. Ümumiyyətlə, bu təkcə qadına aid deyil. Bu hal iki tərəfin ikisində də olur. Bəsit qadın ağılın yerinə gözəlliyi seçir, çünki bəsit kişilərdə zəkanı anlayacaq baş olmur, gözəlliyi seçir.
6. Yalnızlıq insana çox şey öyrədirmiş. Niyə?
– Hə, doğrudur. Yalnızlıq haqqlnda o qədər şey yazmaq olar ki, yaz-yaz, bitməz. Amma mən tək bir cümlə yazacam: Yalnızlıq anladılan bir şey deyil, yaşanan bir haldır. Bunu ancaq yaşayanlar bilir, bilir və anlada da bilmir.
7. Dost onu da dartıb yıxacağını bilə-bilə, sən yıxılan zaman əl uzadandır…Belə dostunuz varmı həyatda?
– Gerçək dostluqlar həmişə dar gündə bilinər. Məsafələr olsa da sən anlayırsan kim həqiqi dostdur, kim dost deyil. Əlbəttə var, Allah canını sağ etsin. Çünki mən də gözümü qırpmadan onunçün eyni şeyi edərəm.
8. Edə biləcəyimiz hər şeyi etsəydik, buna özümüz də təəccüblənərdik. Sizi edə bildikləriniz, yoxsa edə bilmədikləriniz üzür?
– Hər şeyi edə bilsəydik, onda ümid etməyə, xəyal qurmağa nəyimiz qalardı ki…Həyatda etdiklərim məni üzmür, çünki həmişə ürəyimin səsini dinləmişəm. Etmək istədiklərimi etmişəm, amma etmədiklərim də olub. Bax, onlar üzür məni.
9. “Pis xəbərlərin qanadları var, yaxşı xəbərlərin ayaqları belə yoxdur”…Niyə belədir axı?
– Mən bu fikrə bir az başqa cür yanaşıram. Məncə belə deyil, hər şey insanlardan asılıdır. Pis xəbəri də, şad xəbəri də insanlar yaymırlarmı? Göylə uçub gəlmir ki. Şad xəbər də, bəd xəbər də eyni zamanda yayılır, biri tez, biri gec yox. Pis xəbəri yayanların qeybət etmək fikri daha önə çıxır, insan nəfsinə yenilir.
10. İnsanın özünə qarşı edə biləcəyi ən böyük pislik, özünə olan etibarını itirməsidir… Bu pisliyi etmədiniz ki, özünüzə?
– Doğrudur, bu həyatda ən pis şey insanın özünə inamı itməsidir. Özünə inam hər şey deməkdir. Əgər özünə inamın itibsə, sənin hansı hərəkəti edəcəyin haqqında bir fikrin yoxdur. Özünə güvənin itməsi, qalan bütün insanlara da güvənin itməsidir. Allah o hissi yşatmasın heç kəsə. İndiyə qədər özümə və nə qədər pis insanlar tanısam da insanlara güvənim itməyibdir.
11. Yəqin ki, bu fraza sizə tanışdır: “Abasqulu ağanın nazıyla çox oynayırıq, Kərbəlayi!” – kimin nazıyla çox oynadınız və ya oynayırsınız?
– Məncə ananın, yoldaşın, övladların, dostun, sənə əziz olan insanların nazıyla oynamalısan, amma qədərində. Mən də mənə əziz olan insanların nazıyla oynayıram.
12. Bir insan Allahdan başqa heç kimə ehtiyacı olmadığına inansa, Allah da onu başqasına möhtac etməz … – möhtac olduğunuz biri varmı?
– Doğrudur, mən yalnız Allaha möhtacam, çünki hər şey Ondan gəlir. Mənə lazım olan hər şeyi Allahımdan diləyirəm, versə baş ucalığımdır, verməsə imtahanım. Səbr etdikcə istədiyin hər şeyi Allah verir insana. Allahım mənə yazdığı ömür boyu, məni heç kimə möhtac etməsin.
13. İnsanlar çox tez-tez həyatı filmə, özlərini – ətrafdakı insanları isə aktyorlara bənzədirlər. Bəs sizin həyatınızdakı ən böyük premyera və ən yadda qalan obraz hansıdır?
– Mən, ümumiyyətlə, maraqlı filmləri çox sevirəm. Hər baxdığım filmdə özümə bənzəyən bir obraz tapıram və o film bitənə qədər sanki mənəmmiş kimi o filmdə yaşayıram. Amma tək bir obrazım yoxdur.
14. “Quşlar kimi uçmağı, balıqlar kimi üzməyi öyrəndik, lakin bu vaxt çox sadə bir sənəti unutduq. İnsan kimi yaşamağı.” Sizcə, insan kimi yaşamaq unudulub?
– Gözəl sualdır. Burada insanlar ikiyə ayrılıb, yarısı unudub, yarısı yox. Bunun kateqoriyaları çoxdur əslində, yazsam çox uzanar. Hamı insan olaraq doğulur, amma insan kimi yaşayıb, insan kimi ölmək hamıya nəsib olmur. Allah insanları pis varlıq kimi yaratmayıb. Amma xəstələndikləri kimi də pisləşə bilirlər.
15. Bəzən sözlər, şüşə qırıqları kimidir, ağzına dolar insanın…Sussan, ağrıdar…Danışsan, qanadar… Oldumu sizdə belə bir hal?
– Əlbəttə, olub. İnsanın çarəsiz qaldığı anı, bu sözlər kimi heç bir söz belə gözəl ifadə edə bilməz. Məncə hər bir insanın həyatında belə bir anı olmuşdur. Əgər canlıyıqsa, bu normaldır, olmalıdır.
16. “Oxuya bilsəniz, hər insan bir kitabdır”. Bir kitab olsaydınız, oxucularınız çox olardımı?
– Hə, doğrudur, hər insan bir kitabdır. Oxuya bilənə asan və maraqlı, oxuya bilməyənə çətin gələr. Mən kitab olsaydım, mənim düşüncələrim, hissetdiklərim, həyata necə baxdığım, bir sözlə, xasiyyətim yazılardı və oxunardı. Belə düşünürəm ki, oxumağı və düşünməyi bacaran oxuyardı. Çox və ya az olduğunu deyə bilmərəm, bəlkə də çox adam oxuyardı, amma şərt oxumaq deyil ki, gərək oxuduğunu da anlayasan axı.
17. “Kaş ki, ……………….” bu cümləni necə tamamlamaq istəyərdiniz?
– Kaş ki, ölüm deyilən bir şey olmayaydı…
18. İnsanların dini sizin üçün nə qədər vacibdir?
– Mənim üçün vacib deyil. İnsanlığı olsun, hansı dinə mınsub olur olsun, fərqi yoxdu.
19. Görünüşcə hər kəs insana bənzəyə bilər. Sizin görünüşünə aldanıb insan bildikləriniz oldumu?
– Əlbəttə, görünüşcə hər kəsi Allah insan cildində yaradıb. Kitab dedik ya, onun kimi, oxumağa başlayanda daha ilk cümlələrdən anlayırsan ki, bu insandı, yoxsa insan cildində şeytan. Bir də rolunu yaxşı oynayanlar var. Buna misal, “göbələk” kimi, ancaq yeyildikdən sonra anlayırsan ki, zəhərlidir, yoxsa zəhərsiz. Onda da bir az gec olur.
20. Həyat nə qədər gözəl olardı… Bir insan həm aşiq, həm də sadiq olmağı bacara bilsəydi…! Necə düşünürsüz, həm aşiq, həm də sadiq olmaq çətindirmi?
– Əlbəttə ki, gözəl olardı. Məncə çətin deyil, əgər ürəyində sevgi, mərhəmət, vicdan duyğusu varsa bu gözəldi. Həm aşiq, həm də sadiq qala bilərsən, bax ürəyindəki üç duyğu bunları pozmana imkan verməz. İnsan gərək nəfsini basmağı bacarsın.
21. Sevgi və mərhəməti çox olan insanlar acı çəkərmiş. Acı çəkməmək üçün bu hisslərin sizdə olmamasını istərdinizmi?
– Heç vaxt. Mən özümü bildim biləli Allahımdan istəmişəm ki, məhəbbəti və mərhəməti mənim qəlbimdən əskiltməsin. Bu duyğuları məndən aldığı gün canımı da alsın. Acı çəkməsək, acını, sevinci, ağrını, kədəri, yaxşını, pisi axı necə ayrıd edə bilərik ki? Necə kədəri dadmasaq sevincin qədrini bilərik ki? Bu duyğuları hiss edirəmsə, deməli, mən insanam.
22. “Hər kəs layiq olduğu həyatı yaşayar deyirlər” – sizcə bu doğru deyilmiş fikirdirmi?
– Bu bir az qəliz sualdır. Hardasa hə, hardasa yox. Hə – ona görə ki, insan yaşatdığının eynisini yaşayır. Yox – ona görə ki, bəzən qurunun uğruna yaş da yanır.
23. Susmaq insanın içindəkilərlə söhbət etməsi demək imiş. Çoxmu susdunuz?
– Hə, doğrudur. Susmaq insanın içi ilə söhbət etməsiymiş, susduğumda anladım. Saysız sitəmlər, saysız cığlıq səsləri endirdim ürəyimə. Danışsam fırtınalar qopardı. Danışmadım, anla nə qədər susdum…
24. Hər şey çox olunca ucuzlaşar, ədəb bunun əksinədir, o çoxaldıqca dəyəri artar – İndiki gənclərin ədəbi sizi qane edirmi?
– Ədəb hər şeydən üstündür. Məncə hər insan, gənc, ya yaşlı, fərqi yoxdur, insan öz dili qədər ədəblidir. Həddini aşmamaqdır ədəb. Qəlb qırmamaqdır ədəb. Haqsızlıqdan uzaq durmaqdır ədəb. Bilmədiyin söhbətdə susmaq, bildiyin söhbətdə varlığını öyməməkdir ədəb. İnsan ayırımı etməməkdir ədəb. Mənim üçün bunlardan ibarətdir ədəb.
25. Şansınız olsaydı, peşənizi dəyişərdinizmi? Və hansına?
– Mənim bir peşəm yoxdur, yəni var, sevmədiyim bir sənətdir. Valideynlərimin istəyi ilə oxuduğum, əslində oxuduğum da yox, məcbur aldığım bir təhsil. Mən oxuduğum zaman özümü ancaq kitabxanada tapırdım. Bütün dərs saatlarını kitabxanada keçirirdim. Ona görə də sənətim haqqında heç bir yaxşı söz deyə bilmərəm. Amma həmişə vəkil olmaq istəmişəm və həmişə də arzu olaraq qalıb. Amma həyatda daha böyük arzum var. Bir gün mənim öz kitabxanam olsun. Bilmirəm bunu Allah mənə qismət edəcək, ya yox, amma sadəcə bunu istəyirəm. Bir də məşğuliyyətim var, yazmaq. Ağlım kəsəndən yazıram – Şeir, yaşadıqlarım, yaşaya bilmədiklərim. Var olanlar, olmayanlar haqqında yazıram. Yaxşı ki, Allah mənə yazmağı nəsib edib. Yazmaq məni çox rahatladır.
26. Dua ibadətin özüdür deyilir. Daima dualarınızda olan birinin adını deyə bilərdinizmi?
– İman insanı insan edər. Bəlkə də insanı sultan edər. İnsanın vəzifəsi iman və duadır. Duasız ürəklər üşüyərmiş. Sənin dua etdiklərin olsun, bir də sənə dua edənlər. Ən gözəli budur, həm dua edib, həm də dualarda yaşamaq. Duadır insanı ayaqda tutan. Əlbəttə, var, mənim həyatımda olan insanlara hər gün dua edirəm. Əgər bir kəsi mən duamda unutmuşamsa, deməli, o kəsin mənim həyatımda yeri yoxdur.
27. Qadınların saxlaya biləcəkləri tək sirr, bilmədikləri sirrdir… – Gördüyünüz kimi qadınlar sirr saxlamamaqda günahlandırılır. Bu belədirmi?
– Yenə deyirəm, qadın, kişi fərqi yoxdur, əgər söz sirr olaraq deyilirsə, onu sən və Allah bilirsə, o sirr olaraq qalır. Yox, əgər iki insan arasında söz olubsa, o da nə vaxta qədərsə sirr olaraq qalacaq. Bir gün iki nəfərdən biri nəfsinə yenilir və iki insan arasında olan sirrə üçüncü insan da daxil olur və o sirr sirr olmaqdan çıxır. Bu həmişə belə olub, belə də olacaq.
28. Vaxt bütün qapıları səbirli insanların üzünə açır… Səbirli insansız?
– Hə, doğrudur, səbirliyəm. Amma baxır nəyə qarşı, yəni bu vəziyyətə görə dəyişir.
29. Yaşadığınız ömürdə elə bir səhnə varmı ki, bunu əminliklə “mən yazdım” deyərdiniz?
– Mütləqdir bu. Mən məhəbbətimi yazmışam, daha nə olsun?!..
30. Freydin çox maraqlı, bir qədər də ironiya çalarlı fikri var:
“Hələ cavabı tapılmayan və qadın ruhuyla əlaqədar otuz il davam edən araşdırmalarıma qarşı mənim də cavablamağı bacara bilmədiyim çox əhəmiyyətli bir sual var: Qadın nə istəyir”. Öz dünyanızla əlaqələndirib deyin, istədiyiniz varmı, nədir bu istədiyiniz?
– Qadın o qədər şey istəyir ki, bunu saymaqla bitməz ki?! Qadın çox şey yox, əslində hər şey istəyir. Məsələn, deyirlər aaa, qızın cehizi bitmir, bax qadının istəkləri də elədir, heç vaxt bitmir. Bu sualın cavabını 100 il daha araşdırsalar da tapa bilməzlər. Bir halda ki, kişi deyir səni ilin 365 günü düşünmüşım, qadın deyir bəs 6 saatı neyləmisən? Sizcə bunu deyən qadının istəyi bitərmi?!..

Zümrüd, əzizim, tanışlığımıza çox şadam, müsahibə üçünsə minnətdaram 💐

05/02/2016 tarixində Yazılarım içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 21 Şərh.

  1. Zümrüd üçün mənim şəxsi müraciət formam var, “bitanəm” deyirəm ona. Mən hələ bu yaşıma gəlmişəm hər gün onun mənə göstərdiyi nəvaziş, qayğıkeşlik, sevgi dolu sözlər qədər xoş münasibət görməmişəm. Bu insanın içində sevgidən başqa heç nə yoxdur. Sevgi olan qəlbdə də, mənfi heç nə yoxdur…
    Çox sağ ol, bitanəm, yaxşı ki, səni tanımışam😘😘😘💖💖💖💐🌹🌷

    Bəyən

  2. Bloqa bir dəfə gəldim müsahibə ümidilə, görmədim və çıxdım. Nəsə bu gün bir az səbirsizləmişdim müsahibədən ötəri. Yəqin hiss eləmişdim ki, belə bir maraqlı bir müsahibə olacaq 🙂
    Çox maraqlı bir müsahibə alınıb, maraqlı cavablar oxudum. Kaş ki, ölüm olmayaydı daha çox diqqətimi cəlb etdi.
    Hər ikinizə təşəkkür edirəm 💐🌹🌷💐🌹🌷💐🌹🌷

    Bəyən

  3. Mən sizə öz müsahibəmdən sual seçmişəm 🙂

    Bəyən

  4. Lap yaxşı etmisən,mələyim. Mən göndərdiklərimdən, ya ürəyin başqasın istəyir onu verə bilərsən😘☺️💐🌹

    Bəyən

  5. Mənim də diqqətimi çəkən ən çox o cavab oldu ki, “Kaş ölüm olmayaydı”…
    Maraqlı suallar üçün Sevincimizə, maraqlı cavablar üçün Zümrüd xanıma təşəkkürlər 🙂

    tərəfindən bəyənildi 1 şəxs

  6. Müsahibələri hər dəfə oxuduqca Seva elə bilirəm ki sən müsahibinlə üz üzə oturub söhbət edirsən Virtuallıqdan əsər əlamət görmürəm Bu dəfə də ilk sual cavablarda elə bildim ki Zümrüd xanım hüquq sahəsində çalışır Sən demə bu Zümrüd xanımın daxildən gələn isdəyi olub Onu da deyim ki suallara sanki bir vəkil kimi cavab verib Çox maraqlı gəldi mənə Zümrüd xanım Bilmirəm Seva nədənsə tezliklə bu gözəl xanimları canlı canlı tanımaq keçir ürəyimdən İnşallah Allahım sənin vasitənlə gerçəkləşdirər bir gün

    Bəyən

  7. Salam Gulum xanim.cox tewekkur edirem size oxuyub deyer verdiyiniz ucun.gozel gozleriniz ucun minnetdaram.Allab qorusun sizi ezizim.varolun

    Bəyən

  8. Aysel Yaqubqizi Salam.cox sagolun gozel fikirlere gore.Allah razi olsun.oxuyub qiymet verdiyiniz ucun.minnetdaram

    Bəyən

  9. Sonayin mamasi salam necesiniz.coxsagolun fikir bildirdiyiniz ucun.sjzin musahibdnizi oxumuwdum.gozel cavablariniz olmuwdu.Allah razi olsun.minnetdaram.varolun

    Bəyən

  10. Sevinclidunya Sevincim menim.bunu adiniza gore demirem.dogurdan da heyatima geliwin cox sevinc bexw etdi mene.yaxwiki seni tanimiwam.yaxwiki seni ureyimin her yerine sarmiwam.sen heyatimda olmaqla sevincimi.uzhmdeki tebessumun sayini qat qat artirdin.cox wadam ki seni tanimiwam.sen menim deyerlimsen.yaxwiki varimsan bi bi bitanem💖

    Bəyən

  11. Xoş gəldin, bi bi bitanəm 😘😘😘💖💖💖🌹💐🌷
    Baxın, qızlar, demişdimmi sevgi doludur, gördünüz? İnsanın iki cümləlik şərhi velə pozitivlik saçır. Var olasan, canım😘😘💖💖💐🌹🌷💐💖😍😍😻😻😻

    Bəyən

  12. Sevinclidunya xow gordum ezizim.yaa canim menim cox oydun meni.🙈🙈🙈🙈burda gozel sozlere layiq biri varsa o da sensen ezizim.bunlarin hamisini eziyet cekib hazirlamisan.sonsuz tewekkurler.varolasan canim.hemiwe yanimda olmani istiyirem.Varligin gunew kimi ureyimi isidir.seni cox istiyirem bitanemm.😘😍❤💙💟💖💗🌹🌹🌹Allahim seni qorusun

    Bəyən

  13. Mənə əziz iki gözəll xanım.. Sevincim sənə təşəkkür edirəm Zuzumu mənə və istəyən hər kəsə yaxından tanıtdığın üçün. Zümrüdüüümmmmmm… səni biraz tanıyırdım amma burdan səni daha çox tanıdım. Içində,qəlbində xəzinə yatır sənin… çooxx maraqlı,dolğun və ürəyə yatımlı cavablar vermisən. Həqiqətən çox xoş oldu mənə.. 6ci suala cavabın məni duyğulandırdı.. amma sonuncu cavabın üzümü güldürdü))♥ hər bir cavabın özünə məxsus idi.. nə deyim sənə şair qəlblim?! Sənə ancaq uğurlar arzu edirəm. Özüb dediyin kimi sevgi və mərhəmət hissi heç zaman qəlbindən əsgilməsin. Səni çox istəyirəm. Yaxşı ki tanıdım səni…♥

    Bəyən

  14. Çox şükür ki, qəlbinizdən, ağlınızdan keçənləri qələmə ala bilirsiniz, Zümrüd xanım. Tanıdığım üçün şadam. Dolğun cavablarla dolu , gözəl bir müsahibə! Hər ikininizə təşəkkürlər.
    Siz kitabxanaçı olmaq istəmisiz, amma başqa sahə üzrə təhsil almısınız. Düzmü başa düşdüm?

    Bəyən

  15. Yene bir maraqli musahibe..Men mehebbetimi yazmisamdaha ne olsun? ela cavab ALLAh uzun omurlu etsin bumehebbetinizi.Insallah kitabxana acmaq qismetinizde olar.
    Tesekkurler sizede sevinc xanim ugurlar.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: