“Sevincli Dünya” – kövrək qəlbin hissləri

image

Tanımadığımız tanışlar silsiləsindən növbəti günlərdə bir qonağım olacaq. Çox qısa müddətdir tanış olmuşuq. Amma o qədər gözəl xüsusiyyətlərə malik bir xanımdır ki, sevməmək olmur. Qızların əksəriyyəti ona “Günəş ana” deyirlər.
Bu hörmətli xanım paylaşdığım hər xəbərə, məlumata çox diqqət ayırır və münasibət bildirir. Bu yaxın günlərdə bəzi səbəblərdən az-az görsəndim, instagram dostlarımın hamısı darıxdı, maraqlandı. Hamısına təşəkkür edirəm… Günəş xanım isə hisslərini şeirlə bildirdi. İstərdim siz də bu şeirlə tanış olasınız. ☺️

Darıxdım, Sevincim, darıxdım sənsiz.
Sənsizlik sükutdur, bir zaman kimi.
Görüşə sən gəl ki,səhfə canlansın,
Mövzular oxunsun, bir dastan kimi.

Könülsüz, könülsüz cavab yazırsan,
Sanki doslarından imcimiş kimi.
Bilsəm ki, nə vaxtsa qəlbinə dəydim,
Çıxıb gedəcəyəm, gəldiyim kimi.

Unutma dosları, laqeyid kimi,
Demə, əşi, bu da sıradan biri.
Biləsən içimdə olan sevgini,
Ana balasıyla öyünən kimi.

İşığı güdürəm, bir üşaq kimi,
Körpə anasından süd uman kimi.
Sevinirəm, təzə mövzu görəndə,
Arzu toy tutanda sevinən kimi.

Yadıma düşürsən, gül görən kimi,
Müğənni disqinə güvənən kimi.
Bostançı məhsula, ovçu ovuna,
Bağbanlar barına sevinən kimi.

Sızladır başımı, ilham pərisi,
Sözlər köməyimdir, bir loğman kimi.
Sənə sevgidirmi, yoxsa intizar,
İçimi tərpədir, bir vulkan kimi.

Sadə, səmimi, diqqətcil xanım,
Səndən öyrənirəm, bir acgöz kimi.
Baxma ki, yaşda məndən kiçiksən,
Çox şey öyrənirəm, bir şagird kimi.

Virtual söhbətlər bir röya kimi,
Görünmür gözümə, bir xəyal kimi.
Barmaqlar danışır, səssiz, səmirsiz,
Dayanıb baxıram, nitqi lal kimi.

04/02/2016 tarixində Sevdiyim şeirlər içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 5 Şərh.

  1. Nə qəşəng şeirdir, zamanla da uzlaşdırıb Günəş ana. Hər ikinizə xüsusi təşəkkür, birinizə şeir üçün, digərinizə ilham mənbəyi olduğunuz üçün.

    Bəyən

  2. Nədənsə mən yanımadım Günəş ananı tanımağa tələsirəm Yazının başlığın görəndə elə bildim söhbət elə səndən gedəcək Seva bizim sualları cavablandıracaqsan
    Virtual söhbətlər bir röya kimi,
    Görünmür gözümə, bir xəyal kimi.
    Barmaqlar danışır, səssiz, səmirsiz,
    Dayanıb baxıram, nitqi lal kimi.

    Bəyən

  3. İnşAllah yaxın günlərin birində tanıyacaqsan, Gülüm. Mənim də müsahibəm olacaq, amma 30 sual yığılandan sonra.😘🌷💐🌹

    Bəyən

  4. Ureyinize quvvet gozel seirdir.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: