Onun çox şeirləri bizim qısa müddətli ayrılıqlarımızdan yaranıb (Tanımadığımız tanışlar silsiləsindən V yazı)

image

Elə ki, həftənin çərşənbə axşamı və cümə günü gəldi, müsahibə gözləyənlərin gözü xəbər axtarır. Görəsən bu dəfə Sevincin həmsöhbəti kimdir. Bu dəfə bizi kiminlə tanış edəcək. Cavablar ötən dəfəkindən çoxmu fərqlənəcək və s.

Hə, əzizlərim, bu gün də çox maraqlı bir müsahibəni oxumaq qismətiniz olacaq. Çünki müsahibim özü gözəl bir xanımdır. Biz onu Gülüm kimi tanıyırıq. Xoşrəftar, ünsiyyətcil, həm də sevimli. Mən onu xoşbəxt qadın kimi qiymətləndirirəm, buna layiqdir həm də.  Hərdən zarafatım da olur, deyirəm sənin şikayətin olmaya gərək, çünki sənə şair təbiətli ömür-gün yoldaşı qismət olub. Allah Gülüm xanımın xoşbəxtliyini daimi etsin kaş ki…Sizi də çox intizarda saxlamayım, buyurun, tanış olun.

Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz.
1. Müsahibim kimdir, sizi necə tanıyaq?
– Adım Gülarədir, amma elə uşaqlıqdan hamı mənə Gülüş desə də, atam məni həmişə Gülüm cağırır.
2. Edə biləcəyimiz hər şeyi etsəydik, buna özümüz də təəccüblənərdik. Sizi edə bildikləriniz, yoxsa edə bilmədikləriniz üzür?
– Bəzən olur ki, elə adi bir verlişdə belə tamamən yad olan bir insançün üzülürəm və onunçün nəyisə edə bilmək iqtidarında olmamağım belə məni üzə bilir. Amma indi ən çox məni üzən isə övladlarımın kiçik yaşlarında məcburən də olsa onlara qarşı soyuqqanlı, çox ciddi davranışlarim olub.
3. Deyirlər ki, insan tək başına həyat yolunu başa çıxa bilməz. Mütləq özüylə yolu bilən birini götürməlidir. – Yol yoldaşınızla hər addımda addımlarınız qoşa atılırmı?
– Deyərdim mən həmişə yol yoldaşımla addımlarımı qoşa atmışam çünkü çox zaman yol yoldaşıma mən dəstək çıxmışam.
4. Məşhur bir filmdən sitatda deyilir : “Mən mələk deyiləm, amma dünya da cənnət deyil”… – dünya cənnət deyil, yoxsa insanlar mələk?
– Nə dünya cənnət deyil, nə də insanlar mələk deyil. Amma insan ağılla hərəkət etsə öz dünyasında cənnət adlanan bir guşə yarada bilər. Çünkü insanlar tanıyıram ki, öz dünyalarını elə özləri cəhhənəmə çeviriblər.
5. Günəşsiz dünya zülmət olduğu kimi, uşaqsız ev də qaranlıq dünyaya bənzəyər. Lakin bəzi “valideynlər” dünyanı zülmətə çevirəcək qədər cəllad olub uşaqlarına sahib çıxmırlar. Belə valideynləri bağışlamayan uşaqlara haqq qazandırırsınızmı?
– Uşaqsız evin qaranlıq dünyaya bənzədiyini mən görmüşəm və hec düşmənimə də bu qaranlığı arzulamazdım. Qardaşımın 9 il övladı olmayıb. Bəlkə də qıraqdan baxana ailəməzdəki bu qaranlıq görsənməyib. Amma şəxsən mən bunu içimə axan göz yaşları ilə hiss etmişəm. Divar qonşum var idi hər gecə evlərindən körpə ağlamaqları gəlirdi. O günlərdə o qədər yalvarırdım ki, Allahım nə olardı atamgildən də bu səslərdən gələrdi. Atamgilə gedəndə atamın namazda yalvarışlarını eşitdiyim vaxtlar olurdu və Allahın böyüklüyünə ümüd edirdim həmişə. Şükür Rəbbimin bu gününə ki, dualarımızı eşitdi və indi evimizdən həsrətində olduğumuz səslərdən gəldi. Sevinc, bir insan tanıyıram ki, uşaqlarını yaxşı böyüdüb onlara lazımi təhsili verib, amma övladının qəbul edə bilməyəcəyi bir hərəkəti ucbatından onu hər şeydən məhrum edərək, ondan tamamilə imtina etdi. Hərçənd ki ,həyatda ən çəkindiyim kimisə mühakimə etməkdi, amma nədənsə heç cürə belə valideyinlərə haqq qazandıra bilmirəm. Valideyn odur ki, hər halı ilə övladına sahib çıxa.
6. İnsanların etdikləri pisliklər onlardan sonra yaşayır, yaxşılıqlar çox vaxt sümükləriylə birlikdə basdırılır. – Yaxşılıq niyə tez unudulur sizcə?
– Bilmirəm başqasında bu necədi, amma mən nə yaxşılığı, nə pisliyi unuduram. Sənin elədiyin yaxşılığı unutsalar da eybi yox, əsas odur ki ,sənə olunan yaxşılığı unutmayasan.
7. Vağzalı çalanda çox ağlamışdım
Mən də ilk eşqimə bel bağlamışdım.
Qoy, gedim yolumdan saxlatma məni
Sən Allah özünə bağlatma məni. – Tanış misralar olmalıdır məncə. Olmaya həyat yoldaşınızın ilk eşqi siz olmadınız?
– Yoldaşım bu misraları yazanda uşaqlar balaca idi, yayda bizi aparıb bir aylıq kənddə qoymuşdu. Heç on gün çəkmədi, dedi bəs gəlin gedək, darıxıram. Qaynanam da acığa düşdü, bizi iki ay orda saxladı ki, bəs mən darıxmıram? İki aydan sonra evə qayıdanda bu şeri masanın üstündə gördüm. Onun çox şerləri bizim belə, qısa müddətli ayrılıqlarımızda yaranıb.
8. Mənə elə gəlir insan yaşının hansı çağında olmasından asılı olmayaraq, məktəbə qədəm qoyduğu günü heç vaxt unuda bilmir. Məktəb illərini xatırlayırsınızmı?
– Deyərdim ki, məktəb illəri uşaqlığımın, yeniyetməliyimin ən gözəl çaqları olub. Çünkü mən məktəbi bitirəndən çox keçmədi ki, ailə qurdum. Ona görə də qayğısız günlərimi heç vaxt unuda bilmərəm. Həm uşaqların, həm də müəllimlərin sevimlisi olmuşam. Mənim hər iki valideynim mənim müəllimlərim olub. Yeri gəlmişkən, elə ilk müəlliməm anam olub. Bəzən müəllim uşağının adı heç iştirakçısı olmadığı olayda belə hallanır. Ona görə də sinif yoldaşlarım da mənə görə çox istəklərini həyata keçirmirdilər. Hətda bu yaşımda belə gördüyüm yuxuların çoxu oxuduğum məktəbdə cərəyan edir.
9. Qaranlıqdan qorxmamağı, yalnız qaranlıqda öyrənə bilərsən. Yaxud pisi görmədən yaxşının qədri bilinməz. – İnsanlar niyə belədir?
– Bəlkə bu da həyatın yazılmamış qanunlarındandır.
10. Sədi Şiraziyə görə sirri dosta da vermək olmaz, çünki o sirr bir gün dostunuzu sizə düşmən edə bilər. Dostunuzu düşmən edən sirriniz oldumu?
– Anamın həmişə belə bir sözü olub mənə: Ürəyində olan hər hansı sirrını dərdini belə bölüşmək isdəyəndə otur güzgünün qarşısında danış. Çünkü yalnız ordakı sən ağlayanda ağlayacaq, sən güləndə güləcək. Bəlkə də anam bu misalı mənə lazımı anında məsləhət görüb, amma mən bundan demək olar ki, həmişə istifadə etmişəm.
11. Ümidi olanın hər şeyi var deyirlər. Sizin necə, ümidiniz varmı?
– Mən hayatı ona görə sevirəm ki, ümüdlərimi sevirəm. Ümüdlərimin doğrulduğu vaxtları həyatı lap çox sevmişəm.
12. Özünü tanımaq heç də hamıya sərf etmir. Özünüzü tanımaqda çətinliyiniz yoxdur ki?
– Bəlkədə bu suala on il bundan qabaq başqa çür cavab verərdim. Çünkü axır illərdə özümü tanımağa səbəblər daha çox olub. Amma mən elə fikirləşirəm ki, özümü tanımağım bəlkədə başqalarına sərf eləməz amma mənə çoz sərf eliədi.
13. Özünüzdə olan hansı xasiyyəti dəyişmək istərdiniz?
– Bəzən uşaqlar telefona gec cavab verende belə tezkən narahat oluram yersiz yerə həyəcanlanıram. Bax bu narahatçılığımı heç sevmirəm, amma onu da deyim ki, bu narahatçılığım ancaq canımdan çox sevdiyim doğmalarıma görə olur. Bilmirəm bəlkə də elə belə yaxşıdı.
14. İnsana danışmağı öyrənmək üçün iki il, dilini dinc qoymaq üçünsə altmış il lazım olur. Dilinizi dinc tutmadığınız üçün peşiman oldunuzmu?
– Bəlkə də anam ilk müəlliməm olub deyə ondandı, anamla aramızda ana-qız münasıbətindən daha çox, müəllim -şagird münasibəti olub. (Onu da deyim ki anaları ilə rəfiqə olan qızlara həmişə həsədlə baxmışam) Ola bilsin ki, nə vaxtsa hansısa yersiz sözümdən sonra anamın olduqca ciddi şəkildə dediyi sözləri demək olar ki hər gün ünsiyyətimdə şüar tutmuşam:Sözü ağzında bişir sora çıxar Ona görədə deyərdim ki belə peşimançılığım çox olmayıb Amma peşman olsam belə qarşımdakı məndən kiçik olsa belə üzr isdəməyı bacaran insanam.
15. Cəmiyyətə nəzər salsaq insanların çoxu kökündən qopmuş ağaca bənzəyir. Həm özlərinə yad olublar, həm də təbiətə. Nədir insanların yadlaşmasına səbəb?
– Mən bu yadlaşmanı özümdə soyuqqanlılıqla əvəz edərdim. İnsanlara qarşı o qədər isti, emosianal münasibətim olub ki, o insanın işinin düzələcəyi ana qədər özümü öldürərdim amma sonra gördüm ki, mənim bu xüsusiyyətimdən öz xeyirləri üçün istifadə edənlər çoxaldı, daha doğrusu bəzilərini olduğu kimi tanımağa başladım. İnsanların yadlaşmasına səbəb elə insanlardır.
16. Kiminsə xoşbəxtliyinin arxasında, kiminsə fədakarlığı durur. Bəs sizin fədakarınız kimdir?
– Mənə baxanda yoldaşım olduqca romantik birisidir. Ola bilsin ki, elə o özü hansısa romantik duyğuların mənim real baxışlarıma fəda edib.
17. Yalnızlıq insana çox şey öyrədirmiş. Niyə?
– Bilmirəm baxmayaraq ki, bacım da olmayıb anamla da dediyim kimi, olduqca qapalı, pərdəli münasibətim olub, buna baxmayaraq ailə qurana qədər mənim yanında özümü tək hiss edə bilməyəcəyim rəfiqələrim olmayıb. Bununla belə hec vaxt özümü həyatda yalqız tək hiss etməmişəm, hərcənd ki, təklikdən həmişə çəkinmişəm. Amma uşaqlarım ali məktəbə daxil olandan sonra mən dərk etmişəm ki, mənəvi cəhətdən mən çox zaman çox işin öhdəsindən elə tək gəlmişəm. Amma şükürlər olsun ki, indi heç mənəvi cəhətdən belə tək deyiləm. Bircə onu bilirəm ki heç kimlə bölüşmədiyim bu yalnızlığım mənə ayaqda daha da möhkəm durmağı öyrətdi.
18. Ən sərt adamın da içində bir uşaq yatır. İçinizdə bu hiss varmı? Varsa kimin üçün uşaq olursunuz?
– Mən ailədə qardaşlarımdan çox kiçik olmuşam. Hərdən atam, anam, qardaşlarım mənimlə elə şeyləri məsləhətləşirlər ki, elə bil ki onlardan bir 20-30 yaş böyüyəm, amma nədənsə qarşılıqlı münasibətdə mənə həmişə uşaq kimi baxırlar, sanki nazımla oynayırlar. Əsasda ki, qardaşlarım Özümə qalanda isə hərdən elə anlarım olur ki, nəinki onlara, həyat yoldaşıma, elə uşaqlarımın özlərinə də bir uşaq oluram. Anam qaynanam rəhmətliyə həmişə geyərdi ki, mən belə ərköyün qız saxlamamışdım, bunu sən ərköyün etmisən. O da deyərdi ki, dəymə onun xətrinə qaynatasının açığına gələr.
19. İnsan ürəyi bir sandıqdır. Dodaqlar onun kilidi, dil isə açarıdır.. İnsana o açarı yaxşı mühafizə etmək düşər… Çoxmu güclü mühafizə edirsiniz öz sandığınızı?
– Seva, canım mənim, nəinki mühafizə edirəm o açarı bəlkə də tapılacağından qorxaraq itirməməyə çalışıram. Orda olanlar qoy elə orda qalsın.
20. İnsanın dözümü onun köməkçisidir… “köməkçiniz ” varmı?
– Köməkçım var, əlbəttə, özü də böyük köməkçım. Dözümlülükdən çox səbirliyəm deyərdim.
21. Qəlb də ayna kimidir, sındısa – yapışdırmaqla düzəlməz. Qəlbinizi sındıran oldumu?
– Olur ki, qəlbi bilərəkdən və bilməyərəkdən sındırsınlar. Və mənə qarşı bu halların ikisi də olub. Birincı hal az baş versədə bu zaman qəlbim nəinki sınıb hətta çilik-çilik olub…
22. Bir insan Allahdan başqa heç kimə ehtiyacı olmadığına inansa, Allah da onu başqasına möhtac etməz … – möhtac olduğunuz biri varmı?
– Nə gizlədim, varlığına möhtac olduğum insanlar var.
23. Pas dəmiri yeyən kimi, paxıllıq da insanın qəlbini yeyir. Paxıllığınızı coxmu çəkirlər?
– Deməzdim paxıllığımı çəkənlər çoxdu. Amma olur ki, insanın paxıllığını onun hər hansı uğurlarına görə cəkirlər, eybi yox təki uğurlarım bol olsun, paxıllığımı çəksələr də olar. Onsuz o paxıllıq çəkənlərin yəqin ki, həyatımda önəmli bir rolu yoxdur. Amma onu da deyim ki, özüm həmişə doyunca yeyib kökəlməyən insanlara qibtə edirəm.
24. Əbu Turxan deyir: Kitab ol, amma hər kəsə açılma, qoy səni ancaq anlayanlar oxusun! – Sizi sonadək oxuya bilən biri varmı?
– Deyərdim ki, yoxdu bəlkədə buna mən imkan verməmişəm.
25. Yolu ağıl seçir, iradə hərəkətə gətirir, inam isə yola işıq saçır. Yolunuza işıq saçan inamın ünvanını deyə bilərsinizmi?
– Mən həyatda həmişə tərbiyəmi qorumağa çalışmışam. Çünkü buna valideyinlərimin mənə əmanəti kimi baxmışam və bu əmanəti övladlarıma ötürməyə çalışmışam. Yoluma işıq saçan inam isə ancaq tərbiyəli övladlarım ola bilər.
26. Günahı ancaq savabla yumaq olar deyirlər. Günahınızı yumaq üçün savabınız bəs edirmi?
– Həyatı dərk etdikcə günah işlətməkdən qaçmağa çalışmışam həmişə, amma yəqin ki hələ çox savab işlər görməliyik ki, yeterincə günahlarımızı yuya bilək.
27. Napoleonun belə bir fikri var: “Məğlubiyyətin üzünə gülə bilsən, demək ki, cəsursan”. Məğlub olduğunuzu qəbul edə bilənlərdənsinizmi?
– Həmişə qələbəyə can atmışam, amma məğlubiyyətimi boynuma aldığım vaxtlar da olub.
28. Elm beyni, sənət ürəyi, din isə ruhu qidalandırır. Əskiyiniz varmı?
– Mükəmməl də olmasa amma hamısından varımdı.
29. Bir mütəfəkkir deyir ki, idrakın zirvəsindən dünya dəlixana kimi görünür. Kimdir dünyanı dəlixanaya çevirən?
– Məncə dünya dəlixanaya elə o mütəfəkkirlərin deyimlərində dönüb. Bilmirəm bəlkə də nə qədər mütəfəkkir insan olsa da dünyanı bir dəlixana kimi görüb, amma mən dünyanı heç vaxt dəlixana kimi görməmişəm.
30. Freydin çox maraqlı, bir qədər də ironiya çalarlı fikri var:
“Hələ cavabı tapılmayan və qadın ruhuyla əlaqədar otuz il davam edən araşdırmalarıma qarşı mənim də cavablamağı bacara bilmədiyim çox əhəmiyyətli bir sual var: Qadın nə istəyir”. Öz dünyanızla əlaqələndirib deyin, istədiyiniz varmı, nədir bu istədiyiniz?
– Freyd elə özü buna açıqlama verib ki, bu qadının ruhuna bağlı olan bir məqamlardır. Elə məqamlar olur ki, heç nə istədiyimi özüm də bilmirəm. Amma dəqiqliklə baxanda mənim istəklərimin çoxu həlli ola biləcək bir istəklərdi.

Gülüm xanım, bu qədər yaxından tanışlıq üçün sizə minnətdaram. 🌹

02/02/2016 tarixində Yazılarım içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 15 Şərh.

  1. Gülüm, səni gərək bu qədər yaxından çoxdan tanıyaydım. Həmişə var ol, həmişə belə qal və bir də Allah sizə yazacağı ayrılıqların ömrü elə bax beləcə qısa olsun, sonunda da poeziya ilə, sevgi şeirləri ilə bitsin. 🌹💐🌷😘

    Bəyən

  2. Bay-bay-bay biz adaş imişik ki 🙂 Mənə də uşaqlıqdan ta bu günə kimi Gülüş deyirlər, hətta əsl adımı bilməyən yaxın qohumlarım da var.
    Gülüm bacccccccccıııııııııııııııı, sizin nə gözəl, duyğulu dünyanız varmış. Mən nə qədər rahatlandım səhər-səhər sizin müsahibəni oxuyanda. Çox oxşar cəhərlərimiz varmış, mən bilməmişəm. İndi bilmirəm sizin belə gözəl dünyanız yoldaşınızın romantikasınınmı nəticəsidir, yoxsa ki yoldaşınız sizin gözəl dünyanızdan ilhamlanıb. Böyük ehtimalla qarşılıqlı olub.
    Allahın sizə bəxş etdiyi bu gözəl insani keyfiyyətlərinizi qorumağı arzulayıram, valideynlərinizin adını, tərbiyyəsini həmişə uca tutasınız. Mən sizi çox sevdim 😘😘😘
    Sevinc, sizə çoxxxxxx təşəkkür edirəm, nə gözəl xəbər oldu. Günə gözəl əhvalla başladım əlhəmdulilləh. Allah ikinizdən də razı olsun.

    Bəyən

  3. Cümləmizdən razı olsun, mələyim. 😘🌹💐🌷
    Gülüm bu gün səhər güllər səpdi yollara🌹💐🌷🌹💐🌷💐🌹💐🌷💐🌹💐🌷

    Bəyən

  4. Gülüm xanim, sizi yaxından tanımaq çox xoş oldu. Allah qəlbinizə , düşüncələrinizə görə versin. Sevgisini şeirlərə köçürən, her qadının nail ola bilmədiyi romantik partnyora maliksiniz. Bu fani ömrü bir yerdə haqlayasınız. Övladlarınızı görmək istədiyiniz pillələrdə, səadət dolu izləyəsiniz. Amin.
    Əzizim, Sevinc xanım, gözəl müsahibə üçün sizə də böyük təşəkkürlər 🌷🌹🌻

    Bəyən

  5. Sənə də təşəkkürlər, Nübarım. Dualarına da Amin deyirəm…

    Bəyən

  6. Gözəl, xanımnlığa layıq xanımlar rəylərinizçün sizə təşəkkürlər
    Sonayımın maması mən adaş olduğumuzu bilirdim Siz də daxilən həmişə mənə yaxın olmusuz
    Nübarcım xoş diləylərinizə görə sağ olun
    Seva yazını elə diqqətlə oxudum ki sanki heç özüm yazmamışamElə bildim kimsə mənə öz iç dünyamdan xəbər verir Hər şeyçün sənə təşəkker bacım Nə yaxşı ki bu bloq var nə yaxşı ki burda sevdiyim xanımlar var

    Bəyən

  7. Nə yaxşı ki, siz varsınız🌹🌷💐🌹🌷💐🌹🌷💐😘😘😘😘😘

    Bəyən

  8. Salam Gülüm xanım. Çox çox bəyəndim müsahibənizi. Həqiqətən ürəyimcə oldu. Dolğun və maraqlı cavablara görə təşəkkür edirəm. Sizi tanımağa çox şad oldum. Allah yarınızı sizə,sizi də yarınıza doyunca versin. Sevincim Gülüş xanımı bizə tanıtdığınçün təşəkkür edirəm,əzizim.

    Bəyən

  9. Xoş gəldin, Zərifim😘😘😘🌹💐🌷

    Bəyən

  10. Gözəl sözlərçün siz sağ olun Zərif xanım

    Bəyən

  11. Gülarə xanım, sizi bir müddətdir ki, tanıyıram, indi isə daha da dərindən tanıdım. Sevinc sağ olsun ki, dostları bir-birinə daha yaxından tanıdır.
    Sizdə olan o narahatçılıq var ha, o məndə aşırı dərəcədədir. Kimsə(əlbəttə, söhbət yaxınlarımdan gedir) telefona gec cavab verə, ya hansı səbəbdən, ya səbəbsiz zəng çatmaya, mənim halımı görən ola…
    Sizə şair qəlbli ömür yoldaşınız ilə daha gözəl günlər qismət olsun, oğlanlarınızın toyunu, nəvələr görəsiniz.
    İcazənizlə bir sual verim. Ziyalı ailədə böyümüsünüz, dediyinizə görə orta məktəbi yaxşı oxumusunuz. Bəs nə üçün təhsilinizi davam etdirmədiniz, tez ailə qurdunuz?

    Bəyən

  12. Canım İrinka səni mən dəcox sevirəm sizəolan hörmətim böyükdür Zənglərlə bağlı mənim dəcoox böyük küyçülüyüm))) olur arada Oğlanlarım bilir ki eləbir az gec cavab versələr yanlarındakı dostlarına zəng vuracam Artıq doğmalarımmənim bu halımı adı qəbuledirlər eləbilirlər ki mənəmsə eləbelə də olmalıdı
    Təhsilə qaldıqda isə canım elə orta məktəbiqurtaran kimi texnikuma daxil oldum oranı bitirən dəartıq ana idim elə olurdu ki heç dərslərə gedəbilmirdim sağolsun müəllimlərim qiymətimi yazırdılar 3- 4 ildəmühasib işlədim sonra isəuşaqlara başım qarışdı işləmədim Mənimlə tanışolduğunuz üçün sizə də Zərif xanıma da minətdarlığımı bildirirəm
    İnşallah Sevam söz verib dəbir gün bizi realda görüşdürəcək

    Bəyən

  13. Gulum xanimi taniyirdimmlap yaxsi tanimis oldum.Allah qorusun sevdiklerinizi Gulum xanim.Ve bir ortaq cehetimiz var menimde dedem olub ilk sinif muellimim.Ve bu menimen boyuk ugurum olub.
    Tesekkurler Sevinc xanim yene gozel shbet ucun.

    Bəyən

  14. Sənə də təşəəkkürlər, şirinim. Gecə vaxtı mənə yoldaş olduğun üçün😘😘🌹💐

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: