“Mehriban” türküsünün yaranması haqqında hekayə

Bu gün sizə bir türk musiqisinin yaranma tarixinə aid hekayəni təqdim etmək istəyirəm. Mahnının adı “Mihriban” yəni dilimizə tərcümədə “Mehriban”dır.
Hadisə 1960-cı illərə təsadüf edir. Əslində Anadolu gözəlinə həsr olunmuş bu şərqidəki qızın əsl adı Mehriban deyil. Həqiqi adını gizləmək məcburiyyətində qalan Abdülrəhim Karakoç yaşadığı gizli və əbədi sevginin hekayəsini belə danışır:
Abdülrəhimin yaşadığı kəndə toy imiş. Toya bir çox yerdən qonaqlar gəlibmiş. Gənc oğlan qonaqların içində çox gözəl bir qız görür. Bu gözəl dediyimiz qız öz ailəsi ilə qonşu evdə qonaq qalırmış.
Toy evi qonaqları bir neçə gün evində saxlayar. Bu qısa müddətdə qızın gözəlliyi, mehriban, xoşrəftar olması Abdülrəhimin ağlını başından alır və qıza vurulur. Elə bu gözəl qıza Mehriban adını qoyması da qızın mülayim, mərhəmətli, sevgi dolu olmasından yaranır. Bu qonaqlıq davam etdikcə, gənc oğlanın sevgisi də günbəgün artmağa başlayır.
Bir sabah Abdülrəhim oyanır və Mehribanın qaldığı qonşu evə keçir, görür ki, qonaqlar gedibdir. Abdülrəhimin dünyası qaralır, elə bil canından bir can ayrı düşmüş kimi günlərlə dərd çəkir. Onun bu halını görən ailəsi qızı tapmaq üçün Maraşa gedirlər. Çox axtarıb-arayandan sonra qızı tapırlar. Ədəb-ərkanla ailəyə elçi gedib qızı istəyirlər.
Qızın ailəsi əvvəlcə “qızın yaşı azdır” deyirlər. Lakin görürlər ki, oğlanın ailəsi çox israr edir, açıb həqiqəti deyirlər ki, bəs qızımız artıq nişanlıdır.
Ailəsinin də çıxılmaz vəziyyətə düşdüyünü görən Abdülrəhim: “Bir daha bu qızın adı yanımda çəkilməyəcək, sözü danışılmayacaq” – deyir və oradan ayrılırlar.
Lakin üstündən 7 il keçməsinə baxmayaraq Abdülrəhimin eşqinin odu sönmür:
Sarı saçlarına deli gönlümü
Bağlamıştın, çözülmüyor mihriban
Ayrılıktan zor belleme ölümü
Görmeyince sezilmiyor mihriban
Yar, deyince kalem elden düşüyor
Gözlerim görmüyor aklım şaşıyor
Lambada titreyen alev üşüyor
Aşk kâğıda yazılmıyor mihriban
Önce naz sonra söz ve sonra hile
Sevilen seveni düşürür dile
Seneler asırlar değişse bile
Eski töre bozulmuyor mihriban
Tabiplerde ilaç yoktur yarama
Aşk değince ötesini arama
Her nesnenin bir bitimi var ama
Aşka hudut çizilmiyor mihriban
Boşa bağlanmış bülbül gülüne
Kar koysan köz olur aşkın külüne
Şaştım kara bahtım tahammülüne
Taşa çalsam ezilmiyor mihriban
Tarife sığmıyor aşkın anlamı
Ancak çeken bilir bu derdi gamı
Bir kördüğüm baştan sona tamamı
Çözemedim çözülmüyor mihriban
Bu şeir bütün Türkiyəni gəzib-dolaşır, təbii ki, Mehribanın da qulağına çatır. Şeir Mehribanı dilə gətirir, o Abdülrəhimə bir məktub göndərir, məktubda yazır: “Unutmaq asan deyil…” Məktubu alan Abdülrəhim ikinci şeiri yazır:
“Unutmak kolay mı? ” deme,
Unutursun Mihriban’ım.
Oğlun, kızın olsun hele
Unutursun Mihriban’ım.
Zaman erir kelep kelep..
Meyve dalında kalmaz hep.
Unutturur birçok sebep,
Unutursun Mihriban’ım.

Yıllar sinene yaslanır;
Hatıraların paslanır.
Bu deli gönlün uslanır…
Unutursun Mihriban’ım.

Süt emerdin gündüz-gece
Unuttun ya, büyüyünce…
Ha işte tıpkı öylece
Unutursun Mihriban’ım.
Gün geçer, azalır sevgi;
Değişir her şeyin rengi
Bugün değil, yarın belki
Unutursun Mihriban’ım.
Düzen böyle bu gemide;
Eskiler yiter yenide.
Beni değil, sen seni de
Unutursun Mihriban’ım.
Mistik bir kamilliklə gənc oğlanın bu eşq üçün son sözləri bu olur: “Son bir dəfə olsun belə görmək istəməzdim. Qoy o məni xəyalındakı kimi yaşatsın. Mən də onu necə sevmişdimsə, necə görmüşdümsə eləcə də gözlərimə həkk edim. O sevgi məsum bir eşq idi. Gözəl idi, tərtəmiz, saf idi…elə də qalsın istəyirəm”…
Bəzən elə bir zamanda, elə bir yerdə ağlıma gəlir ki…mən unudarsan deyirdim, amma insan sevdiyini heç bir zaman unuda bilmir…unutmur…

image

P.S: bu mahnının tarixini haqqında məlumatı tərcümə edib dərc etməyimə razılıq verdiyi üçün təşəkür etmək lazım olduğu ünvan var:

Mihriban Türküsünün Öyküsü

 

Advertisements

27/01/2016 tarixində Hekayələr içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 7 Şərh.

  1. Təbii ki, türküyə qulaq asmadım, amma türkünün yaranması çox maraqlı imiş. Bizimlə paylaşdığınız üçün təşəkkürlər Sevincə.

    Bəyən

  2. Əslində bizim xalq mahnılarımızın da öz yaranma tarixi var, sadəcə araşdırıb ortaya çıxarmaq, təqdim etmək lazımdır.
    Mən sənə təşəkkür edirəm, mələyim😘😘😘🌷🌹💐

    Bəyən

  3. Çox bəyəndim türkünü təbbi eşitməmişdim bəlkə də eşitmişəm xatırlamıram Mahsunun ifasında daha gözəl səslənir saf eşqdən yaranan türkü mütləq bəyənilər))

    Bəyən

  4. Düz xatırlayırsan, Gülüm, Mahsun da ifa edir bu türkünü.

    Bəyən

  5. Heç eçitməmişdim, hekayə maraqlı gəldi, türkünü də dinlədim. Sağ ol, Seva.

    Bəyən

  6. Salam olsun burdakı gözəl xanımlara. Sevgi hekayəsi məni çəkdi gətirdi bura.. üzrlü sayın bacılarım bura neçə vaxtdir baş çəkə bilmirəm. Ən xoş diləklərimlə sizə gəldim.. Sevincim çox təşəkkür edirəm bu məqaləyə görə. Həqiqətən insan sevdiyini heç vaxt unutmur,unuda biımir.. Söhbət əsl sevgidən gedir təbii ki…

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: