Pulsuz adamın xoşbəxt olduğunu görmədim…(Tanımadıgımız tanışlar silsiləsindən III yazı)

image

Əziz dostlar, bu gün çoxunuzun tanıdığı, çoxunuzun yeni tanıyacağı bir ziyalı xanımla söhbətin şahidi olacaqsımız. İrinka xanım, iki övlad sahibi, iki gözəl nəvənin nənəsidir. Mən İrinka xanımı artıq bir neçə ildir tanıyıram və bu tanışlığa da çox şadam. Onda sevdiyim xüsusiyyətlərdən ən başlıcası sözqün düzünü deməsidir. Kimliyindən asılı olmayaraq heç vaxt qarşısına qoyulan qatığa qara deməyib. Yəqin belə bir xanımı tanımaq sizin üçün də maraqlı olardı. Elə isə müsahibəmizi oxumağa dəvətlisiniz. ☺️
1. Müsahibim kimdir, sizi necə tanıyaq?
– Allahın yaratdığı bəndələrdən biri, sadəcə İ… müəllimə.
2. Bəs sizi digərlərindən fərqləndirən cəhət nədir?
– Hər zaman dürüst, haqqın tərəfdarı və həddən artıq qürurlu olmağım.
3. Bir ailə ilə bir krallığı idarə etmə arasında çox böyük bir fərq yoxdur” –Fikriniz?
– Tamamilə bu fikrin tərəfdarıyam. Əgər sən ailəni idarə etməyi bacarmırsansa, deməli, nəinki krallığı, heç balaca bir kəndi də idarə edə bilməzsən.
4. Qızıl olsam, dəyərimi hər kəs bilər.
Mən sadə bir dəmir olum …
Dəyərimi yalnız anlayan bilsin! – Qızıl, yoxsa dəmir olmağı seçərdiniz?
– Qoy elə dəmir olum, bacı.
5. Sən gərək özünü tanıtmayaydın,
Mənə bu üzünü tanıtmayaydın… – Tanıdığınıza peşman olduğunuz biri varmı?
– Var.
6. Yalnızlıq insana çox şey öyrədirmiş. Niyə?
– Yalnızlıq çox pis vəziyyətdir və heç kimə də bunu arzulamaram. Məncə adam yalnız olursa, həm də çarəsiz olur.
7. Özünüzdə olan hansı xasiyyəti dəyişmək istərdiniz.
– Bir az səbirsizliyimi, bir az da həssaslığımı.
8. Edə biləcəyimiz hər şeyi etsəydik, buna özümüz də təəccüblənərdik.  Sizi edə bildikləriniz, yoxsa edə bilmədikləriniz üzür?
– Hər ikisi.
9. Pis xəbərlərin qanadları var, yaxşı xəbərlərin ayaqları belə yoxdur”…Niyə belədir axı?
– Nə bilim,sankı adamlar harasa tələsirlər,sanki hamı pis xəbəri çatdırmağa çalışır, sanki xoş xəbəri çatdırmağa xəsislik edirlər.
10. Kitab ruhun dərmanıdır… Mütaliəni sevirsiniz?
– Cavanlıqda çox oxumuşam, indi kitab oxumağa hövsələm çatmır. İndi ancaq peşəmlə əlaqədar nələrsə oxuyuram və internet vasitəsi ilə dünyada, ölkəmizdə baş verənləri izləyirəm.
11. Yəqin ki, bu fraza sizə tanışdır: “Abasqulu ağanın nazıyla çox oynayırıq, Kərbəlayi!” – kimin nazıyla çox oynadınız və ya oynayırsınız?
– Ailə quran gündən bəri həyat yoldaşımın, övladlarım olandan sonra onların nazıyla. İndi özün az-çox bilirsən, mənim aldığım nəfəsim-oğlumun nazıyla.
12. Bir insan Allahdan başqa heç kimə ehtiyacı olmadığına inansa, Allah da onu başqasına möhtac etməz … – möhtac olduğunuz biri varmı?
– Yox, Allah bunu mənə yaşatmasın. Belə bir deyim var ey:”Allah bir əli digərinə möhtac eləməsin”.
13. İnsanlar çox tez-tez həyatı filmə, özlərini – ətrafdakı insanları isə aktyorlara bənzədirlər. Bəs sizin həyatınızdakı ən böyük premyera və ən yadda qalan obraz hansıdır?
– Premyeranı deyə bilmərəm, amma obraz valideynlərimin obrazıdır.
14. “Quşlar kimi uçmağı, balıqlar kimi üzməyi öyrəndik, lakin bu vaxt çox sadə bir sənəti unutduq. İnsan kimi yaşamağı.” Sizcə, insan kimi yaşamaq unudulub?
– Unudulur, amma nədənləri bəzən anlaşılmaz olur.
15. Sizcə, sosial şəbəkədə həyat olduğu kimi təqdim olunur?
– Xeyr. Saxtakarlıq baş alıb gedir.
16. Yaşadığınız ömürdə elə bir səhnə varmı ki, bunu əminliklə “mən yazdım” deyərdiniz?
– Çətin sual oldu.
17. “Kaş ki, ……………….” bu cümləni necə tamamlamaq istəyərdiniz?
– Kaş ki, bu “kaş ki”lər olmayaydı. Bu kəlmə məni çox üzür.
18. İnsanların dini sizin üçün nə qədər vacibdir?
– Dünyada elə hadisələr baş verir ki, kimin hansı dinə, məzhəbə qulluq etdiyi məlum deyil. Məncə hansı dinə qulluq etməsindən asılı olmayaraq hər kəs hörmətə layiqdir.
19. Görünüşcə hər kəs insana bənzəyə bilər. Sizin görünüşünə aldanıb insan bildikləriniz oldumu?
– Olub.
20. Susmaq… bu cavabı bilməməkdir, yoxsa, sadəcə, qarşındakına ən güclü cavab?
– Hər ikisi ola bilər. O baxır qarşı tərəfin necə birisi olmağına. Elə anlar olur ki, qarşı tərəf bu susqunluqdan istifadə edir.
21. Sevgi və mərhəməti çox olan insanlar acı çəkərmiş. Acı çəkməmək üçün bu hisslərin sizdə olmamasını istərdinizmi?
– Elə istərdim…
22. “Hər kəs layiq olduğu həyatı yaşayar deyirlər” – sizcə bu doğru deyilmiş fikirdirmi?
– Bu suala birmənalı cavab mümkün deyil.
23. Susmaq insanın içindəkilərlə söhbət etməsi demək imiş. Çoxmu susdunuz?
– Çox, bacı, çox. Onu da deyim ki, “Desəm öldürərlər, deməsəm ölərəm” halı da az rastıma gəlmir.
24. Hər şey çox olunca ucuzlaşar, ədəb bunun əksinədir, o çoxaldıqca dəyəri artar. – İndiki gənclərin ədəbi sizi qane edirmi?
– Yox, amma çox şükür ki,az da olsa ədəbli gənclərə də rast gəlmək olur.
25. Uşaqlıq illərindən ən unudulmayan bir hadisəni bizimlə bölə bilərdinizmi?
– Uşaqlıq illərimdə unudulmayan hadisələr çox olub. Təxminən 10 yaşım olardı anam dayımla ağır avtomobil qəzası keçirmişdi, o gün heç yadımdan çıxmır.
26. Pul olan yerdə xoşbəxtlik olmaz deyirlər, digər tərəfdən də pul özü xoşbəxtlik gətirir deyirlər…Siz hansı ilə razısız?
– Cavabım çoxlarını təəccübləndirsə də deyəcəm. Heç bu vaxta qədər, pulsuz adamın xoşbəxt olduğunu görmədim. Eyni zamanda pulun bədbəxt etdiklərini də az görmədim. Allaha qurban olum, nə olardı hər kəsə az da olsa pul və xoşbəxtlik verərdi.
27. Qadınların saxlaya biləcəkləri tək sirr, bilmədikləri sirrdir… – Gördüyünüz kimi qadınlar sirr saxlamamaqda günahlandırılır. Bu belədirmi?
– O qədər sirr saxlamışam ki…
28. Dostayevski deyir: “Kişi çata bilmədiyi qadını lənətləyər, qadın çata bilmədiyi kişiyə “eşq” deyər. Sizin üçün eşq nədir?
– “Eşqdir mehrabı uca göylərin, eşqsiz ey dünya, nədir dəyərin?”
29. Gedənin arxasından baxmayın, yoxsa gələni görə bilməzsiniz… Çox baxmadınız ki, gedənin arxasınca?
– Baxmağın nə faydası? Gedən getdi, gəlməyəcək. Ona görə də səbirlə, təmkinlə gələni gözləməlisən.
30. Freydin çox maraqlı, bir qədər də ironiya çalarlı fikri var:
“Hələ cavabı tapılmayan və qadın ruhuyla əlaqədar otuz il davam edən araşdırmalarıma qarşı mənim də cavablamağı bacara bilmədiyim çox əhəmiyyətli bir sual var: Qadın nə istəyir”. Öz dünyanızla əlaqələndirib deyin, istədiyiniz varmı, nədir bu istədiyiniz?
– Qadın hər zaman qayğı, anlayış, hörmət, hüzur istəyər.

Yaxından tanışlıq üçün bir daha minnətdaram 💐

26/01/2016 tarixində Yazılarım içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 13 Şərh.

  1. Maraqlı müsahibə üçün təşəkkür edirəm, canım. Amma mənə elə gəlir sən doğmaların və səni sevənlər üçün elə qızıla bərabər birisən😘😘😘🌹💐🌷😍😍

    Bəyən

  2. İrinka xanımı bir müddətdir ki, tanıyıram və təxmini hansı suala necə cavab verəcəyini də bilirdim. Yəni azdan-çoxdan daxili dünyasına bələddim, bu günkü müsahibə ilə daha yaxından tanış oldum və çox şad oldum bu tanışlığa.
    Hər iki xanıma gözəl müsahibə üçün çox təşəkkür edirəm.

    Bəyən

  3. Hər iki xanım da sənə təşəkkür edir, mələyim😘😘😘🌹🌹🌹💐💖💖💖

    Bəyən

  4. İrinka xanim müsahibənizi oxuduqca nədənsə gözümün qarşısına tarıx müəlliməm gəldi Xoş oldu sizi tanımaq Təki həmişə qayğı,anlayış,hörmət və huzur sizinlə olsun
    Seva sənə təşəkkürlər canım

    Bəyən

  5. 3. Bir ailə ilə bir krallığı idarə etmə arasında çox böyük bir fərq yoxdur” –Fikriniz?
    – Tamamilə bu fikrin tərəfdarıyam. Əgər sən ailəni idarə etməyi bacarmırsansa, deməli, nəinki krallığı, heç balaca bir kəndi də idarə edə bilməzsən.
    Çox bəyəndim, bu fikri 🙂 Maraqlı cavablar idi, sizlərin sayəsində nəsə öyrənirik. Təşəkkürlər 🙂

    tərəfindən bəyənildi 1 şəxs

  6. Məni özünə müsahib seçdiyin və mənə dəyər verdiyin üçün, çox sağ ol, Sevinc.
    Eləcə də dəyərli vaxtınızı sərf edib oxuduğunuz üçün siz də sağ olun, qızlar. Hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm.

    tərəfindən bəyənildi 1 şəxs

  7. Salam Irinka xanım. Bu maraqlı müsahibə üçün sizə təşəkkür edirəm. Sizin kimi insanlardan öyrənəcəyimiz çox şeylər var.. Sevincim çox sağ ol ki,bizi daha bir maraqlı,ziyalı xanımla tanış etdin.

    Bəyən

  8. Irinka xanim, sizi bir daha,yaxindan tanidigima shad oldum. Allah ovladlarinizi xoshbext elesin. Amin.
    Teshekkurler..🌷🌹🌼

    Bəyən

  9. Mamamın yazmaq yadından çıxıb yəqin ki, ordan bura nəvələrinin də nazıyla da oynayır axı.Hər ikizinizə təşəkkür edirəm müsahibə üçün.Anamı yəqin ki, burda hamıdan yaxşı elə özüm tanıyıram.

    Bəyən

  10. Nara, mələk üzlüm, nəvələrimin nazı ilə oynamağım canıma yatmır, o üzdən qeyd etməmişəm. İnşallah yanımda olanda ürəyimcə nazlarını çəkərəm. Bax , onda əminliklə “Nəvələrimin nazı ilə oynayıram.” deyə bilərəm.

    Bəyən

  11. Xoş gəldin, Nara. 😘😘😘 İnşAllah başın açılsın səni də yaxından tanıdarıq dostlara💖💐

    Bəyən

  12. Deyerli Irinka anim.SIZIlap yaxsi keshf etdim..

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: