Qış fəsli ərzaqları və faydaları haqqında

image

İstər həkim olsun, istər sadə insan, hər kəs bilir ki, qış fəsli xəstəliklərlə daha çox üzləşdiyimiz bir vaxtdır. Orqanizmin vitaminlərə tələbatı daha çox olur. Amma demək olmaz ki, qızda vitamin ehtiyatımız taməmən tükənə bilər. Xeyr, qış fəslinin elə ərzaqları var ki, onlar vitamin baxımından çox faydalı sayılırlar. Xəstəliklərə qarşı müqavimətiniz olsun deyə, bu ərzaqlardan istifadə etməyi unutmayın. Bunlar hansılardır?

Brokkoli: 

  • vitamin və minerallarla zəngindir, immuniteti gücləndirir
  • kalsium baxımından çox zəngindir
  • piylənməyə qarşı yaxşı təsiri var
  • xərçəng hüceyrələri ilə mübarizədə çox faydalıdır
  • infeksiyalara qarşı təsirlidir
  • sidik yolları və prostat xəstəliklərində faydalıdır
  • cinsi həvəsi artırır, sonsuzluğa qarşı faydalıdır
  •  sümük əriməsi və qan azlığında da çox faydalı hesab olunur

Kərəviz:

  • təbii antibiotik sayılır
  • sinir sistemi xəstəliklərində faydalı hesab olunur
  • kərəvizin tərkibindəki, ona qoxu verən maddə, əsəbləri
  • sakitləşdirir
  • damar kirəclənməsinin qarşısını alır və xolestrolu aşağı salır
  • qaraciyəri qoruyur
  • hepatit B və C xəstəliklərində həftədə heç olmasa bir dəfə istifadə
  • olunması məsləhətdir

Kələm:

  • qandakı şəkəri salır, zəhərli maddələri orqanizmdən çıxarır
  • A, B, C vitaminləri baxımından çox zəngindir
  • bağırsaq xərçənginə qarşı qoruyucu özəlliyi var
  • kalori baxımından zəifdir
  • toxumları sidikqovucudur
  • tərkibində olan B vitamini iştahanı azaltdığı üçün bədəni
  • formada saxlayır
  • sarılığa, öd kisəsi xəstəliklərinə və astmaya qarşı faydalıdır
  • dəriyə təravət verir

Gül kələmi:

  • infeksiyalara qarşı təsirlidir
  • sidik yolları infeksiyalarına faydalıdır
  • tərkibində olan bol miqdarda fosfor nəticəsində sümük əriməsinin qarşısını alır
  • vitamin və mineral baxımından çox zəngindir
  • bağırsaqların düzgün işləməsini təmin edir
  • zehni və fiziki yorğunluğu aradan qaldırır
  • A, C, B1, B2 vitaminləri sayəsində xolestrolu salır, qəbizliyi aradan qaldırır
  • tərkibində bol miqdarda dəmir, kalsium, fosfor var
  • revmatizma ağrılarına yaxşı təsir edir, dalaqdakı şişkinliyi azaldır

Kəvər:

  • dəmir, fosfor, kalsiumla zəngindir
  • C, B1, B2 və A vitamini baxımından çox zəngindir
  • tərkibkndə böyrək daşlarının yaranmasını əngəlləyən maddələr var
  • qəbizliyə xeyirlidir
  • qan laxtalanmasının qarşısını alır, iflic və infarktdan qoruyur
  • həftədə iki dəfə yeyilsə, xərçəng hüceyrələrinin qarşısını ala bilər
  • kəvərin suyu öskürəyi sakitləşdirir

İspanaq:

  • A və C vitaminləri ilə zəngindir
  • mədə, qaraciyər və mədəaltı vəzi xəstəliklərdən qoruyur
  • tərkibində bol miqdarda minerallar var
  • qan yaradan təsirə malikdir
  • ispanağın suyu ürək əzələlərini qüvvətləndirir
  • çiy halda yeyilsə orqanizmin lifə olan ehtiyacını ödəyər
  • tərkibində K vitamini var
  • ağciyər xərçəngi ehtimalını azaldır

Yerkökü:

  • A vitamini baxımından zəngindir
  • ürəyi və gözləri qüvvətləndirir
  • bronxit və digər nəfəs yolları xəstəlikləri üçün faydalıdır
  • xərçəngə qarşı qoruyucudur
  • orqanizmdəki zərərli maddələri xaric edərək qanı təmizləyir
  • sidikqovucu və qazqovucudur
  • bağırsaq iltihablarını və böyrək ağrılarını aradan qaldırır
  • bağırsaq qurdlarının düşməsinə kömək olur
  • revmatizma üçün faydalıdır
  • ürək xəstəliklərinə və damar girəclənməsinə faydalıdır
  • yorğunluğa və qanazlığına xeyirli təsiri var
  • cinsi həvəsi artırır
  • dəriyə təravət və canlılıq verir, dəri xəstəliklərinə yaxşı təsir göstərir
  • diş ətləri üçün faydalıdır

Fəsillərdən asılı olmayaraq, sağlam yaşamağın yollarını bilməniz çox vacibdir…

25/01/2016 tarixində Sağlamlıq içində dərc edildi və , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 9 Şərh.

  1. Brokkolini, gül kələmini semirəm. Kərəvizi biz ancaq qış tədarükündə turşular üçün istifadə edirik. Qışda borş bizim menyudan heç əksik olmur. İspanağı mən çox sevsəm də, uşaqlar heç yemirlər. Keçən həftə bişirmişdim, Sonay deyir, Eşqin sən o çox yarpaqlı yeməkdən yeyirsinsə, mən yeyirəm. Təbii ki, Eşqin yemədi 😦 Mən də ağzımı açdım, gözümü yudum, paylarını verdim.
    Faydalı xəbər üçün təşəkkürlər, Sevincim.

    Bəyən

    • Sən də sağ ol, mələyim. Bu uşaqlar niyə belə edirlər? Bəlkə onlara “Təməl rəis” cizgi filmin izlədəsən?
      Mən gül kələminin turşusunu etmişdim, qarışıq turşu yəni, çox sevdim☺️

      Bəyən

      • Bizim uşaqlar çox da kaprizli deyillər yeməyə qarşı, amma bu yarpaqlı yeməklərin heç birini yemirlər niyəsə də 😦 Bir az işim çoxdur bu aralar, yüngülləşsin izlədərəm.
        Turşu kimi dadını bilmirəm, bəlkə də yaxşı olar. Mən ən çox sevdiyim turşu qarışıq kələm turşusudur, o həm də qışda çox faydalıdır orqanizim üçün.

        Bəyən

  2. İnan ki, ispanaq olan hissəni tərcümə etdikcə Təməl gəlirdi gözümün önünə)))
    Xeyli qoymuşdum mən, qurtarmaq üzrədir. Gül kələmi, kök, göy pomidor, kələm, bibər – bir sözlə çox ləzzətli alınmışdı. ☺️

    Bəyən

    • Mən Təməli tanımam ki 🙂
      Mən gül kələmdən başqa digərləri olduğu kimi qalmaq şərtilə turşu edirəm, gül kələminin yerinə xiyar vururam, bəzən də badımcan 🙂 Bu il qismət olarsa, sizin dediyiniz kimi edərəm.

      Bəyən

  3. Bu ərzaqların hamısından istifadə edirəm əvvəllər bəlkədə iki həftədə bir dəfə istifadə edirdimsə öz diyetimə görə həftədə iki dəfə istifadə edirəm Tərəvəzlərdən günaşırı mütləq istifadə edirəm evdəkiləri məcbur öyretmişəm bu tərəvəzlərə
    Gül kələmin tutmasın cox sevirəm amma mən onu qarışıq qoymamışam eləcə təkcə gül kələm etmişdim amma aralarına da sarımsaq qoymuşdum

    Bəyən

  4. Gül kələmi çox sevirəm və bacardıqca da bişirirəm, amma turşusunu heç etməmişəm, Seva, bu mənim üçün yenilik oldu.Yerkökünü sürtgəcdən kecirib qoymuşam stolun üstünə, hərdən bir qaşıq yeyirəm. İspanaq qovurmasını da çox sevirəm, dövğada da pis alınmır, hələ qutabını demirəm. Kəvəri ancaq dövğaya vuranda mənə ləzzət edir, amma sən deyəndən sonra yarpaq dolmasında da əla olduğu nəticəyə gəlmişəm. Kələmin turşusunu həmişə qoyuram, kərəvizi də elə kələm turşusuna vururam. Amma bu brokkolini heç istifadə etməmişəm.
    Bu tərəvəzlərin faydsını bir daha xatırlatdığın üçün sağ ol, Sevacan.

    Bəyən

  5. Gül kələmi turşuda çox ləzzətli olur. Sən gələn il sınayarsan inşAllah.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: