Qadınlar və kişilər haqqında bəzi həqiqətlər

image
“Qadınlar daha çox danışar.” “Qadınlar daha çox depressiya düşər.” “Kişilərin seks impulsu daha yüksəkdir.” Bunlardan hansı doğru, hansı səhv, bilirsinizmi? Buradan hamısı səhvdir deyə nəticə çıxarmamalıyıq. Əhəmiyyətli olan gerçəklə fantastikanı bir-birindən ayıra bilməkdir.
Qadınlar daha çox danışar (SƏHV)

Həmişə buna inandırıldıq: Çox danışırıq, gərəksiz sözlər sərf edirik, davamlı “dır-dır” edirik! Halbuki kişilər! Onlar həmişə az, amma kəskin danışırlar, elə deyil? Xeyr, səhv! Hər iki cins gündə ortalama 600 söz istifadə edir. Kimsə kimsədən daha çox danışmır.

Kişilərin romantik zəkaları daha aşağıdır (DOĞRU)

Bəylər, Üzr istəyirik! Amma bəzən gerçəklər ağırdır. Nəticələr tutarlı bir şəkildə ortaya qoyur ki, biz qadınlar başqalarının üz ifadələrini tanıma və qənaət mövzusunda daha bacarıqlıyıq.
Qadınlar daha depresivdir (SƏHV)

Qadınların beynində xoşbəxtlik hormonu olan serotonin səviyyəsinin daha aşağı olduğu deyilir. Ancaq işlər bunun doğru olmadığını göstərir. Bu mövzunun ortaya çıxmasının səbəbi, depressiyada olduğu güman edilən qadın sayının daha çox olmasından qaynaqlanır. Çünki qadınların həkimə gedib yaşadıqları çətinlikləri həkimə açmaları kişilərə nisbətlə daha üstünlük təşkil edir.

Kişilərin seks impulsu daha yüksəkdir (DOĞRU)

Kişilər bəzi “çirkli” fikirləri ağıllarından keçirmədən gözəl bir qadın qarsonun əlindən qəhvə ala bilməzlər, deyilmi? Doğru!
Qadınlar atmaqda acizdirlər (DOĞRU)

Gərək dənizə daş atma, gərəksə də hər hansı bir oyunda top atma mövzusunda olsun, qadınların “atma” işində kişilərdən zəif olduqları bir gerçəkdir. Ancaq bunun əzələ gücündən çox psixoloji bir səbəbi var. Bu sahədə edilən araşdırma, kişilərin atma mövzusunda daha müvəffəqiyyətli olmalarını sinir miqdarlarına bağlayır. Onlar daha uzağa atabilirlər. Hətta sevdiklərini belə acımadan…

Qadınlar kişilərdən daha çox söz kəsirlər (SƏHV)

Sosioloqların araşdırmalarına görə kişilər danışmada dominant olma mövzusunda səy göstərirlər və danışmağı istiqamətləndirmək üçün davamlı araya girirlər. Biz isə danışmağı nəzarət etməkdən çox danışmanın axışını qorumaq üçün daha çox sual soruşuruq.

21/01/2016 tarixində Ailə dünyası içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 8 Şərh.

  1. Sabah InsheAllah etrafli sherh edecem 😆 bu movzu bir iki cumle ile bitesi deyil 😉

    Bəyən

  2. Allah qismet ederse, sabah etrafli sherh edecem InsheAllah 😆 bir iki cumle ile ifade olunan movzu deyil 😉

    Bəyən

  3. Kişi tanıyıram ki, ən çox danışan qadın onunla yarışa bilməz 🙂 Hələ sirr saxlaya bilməyən kişilərdən heç danışmıram.
    Bununla razıyam, amma elə qadın var ki, ən qeyri-romantik kişi onun yanında heç nədir. Məsələn, bəndəniz 🙂
    Depresiyya fərddən asılıdır, cinsdən deyil.
    Mənim gözüm tərəzi olsa da (Əlhəmdulilləh), atmaqda heç qabiliyyətim yoxdur və mən də bu fikirlə razıyam ki, kişilərin atıcılıq qabiliyyəti hər mənada qadından daha üstündür.
    Yalandır, hər bir mədəni insan cinsindən asılı olmayaraq söz kəsməmə qabiliyyətinə malik olmalıdır.
    Təşəkkürlər, Sevinc, maraqlı idi, ürəyimi azca da olsa boşaltdım.

    Bəyən

  4. Maraqlı faktlardır Atmaq barədə onu deyim ki Deməli 11 cı sinifdə oxuyanda hərbi dərsdə mişenə güllə atırdıq Bir müəllimimiz vardı İkinci Dünya müharibəsinin iştirakçısı idi müharibədə alay komandiri olmuşdu polkovnik idi Allah sənə rəhmət eləsin Mustafa müəllim Hər dəfə familyamı çəkib deyirdi ki Kuda strelyaeş pulya ne naydeno )) Beləcə atdığım gülləni heç kim tapmırdı))) Amma Əlhəmdüllilah kiçık oğlum atıcılıqda birincı yeri tutur ona deyirəm ki bala bu belə də olmalıdı sizin nəsilə gözdən itilər nəsli deyilib))
    Kişilərin romantik zəkaları daha aşağıdır (DOĞRU) qətiyyən razı deyiləm razı olsam şair qəlbli yoldaşımın çörəyini itirmiş sayılaram məndə isə romantikliydən əsər-əlamət belə yoxdu))
    Qadınlar kişilərdən daha çox söz kəsirlər (SƏHV) yəqin bu sosioloqlar mənim sevimli qonşumu tanıyıblar))

    Bəyən

  5. Gülüşün dediyinin təkrarı olmasın, vay, çoxdanışan kişi əlindən, Allah uzaq eləsin, beləsini görməyibmi görəsən o araşdırmaçılar? Biz danışanda çox vaxt yandığımızdan və haqlı danışırıq.
    Gülüm xanım, olsun ki, sizin həyat yoldaşınız şair qəlbli olduğundan romantik zəkaya malikdir, amma mən bu yaşa qədər bunu çox az faizlə gördüm.
    Heç bəzi kişilər qadınlara ağız açmağa macal verirmi?

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: