Mən alnıma yazılan qədərimi yaşayıram (Tanımadığımız tanışlar silsiləsindən I yazı)

image

Əziz dostlar, bu gündən yeni silsilə yazıya start vermək istərdim. Virtual həyatda tanış olduğumuz bir çox insanlar var ki, gündəlik olaraq onlarla ünsiyyətdə olmaq həyatımızın ayrılmaz bir hissəsinə çevrilibdir. Bir çoxlarının “internet”, “sosial şəbəkə” dedikdə niyəsə ağıllarına ilk gələn mənfi fikirlər olur. Amma bu düşüncə mənim fikrimcə, yanlışdır. Çünki insanın xarakteri nədirsə, qarşısına çıxan imkandan da o yönümdə yararlanacaq. Ətrafımızda sağlam düşüncəli insanların toplanması, məhz bizim özümüzü təqdim etməyimizdən asılıdır. Bu paylaşılan mövzularda, yazılarda və yazılara bildirilən münasibətdə özünü göstərir. Bir sözlə, fikrim tanımadığımız, daxili dünyasını bilmədiyimiz dostlarımızı daha yaxından tanımaqdır. Onlar suallara cavb yazsınlar, biz isə onları doğru tanıyıb-bildiyimizə qərar verək. İlk müsahibim, mənim ən sadiq və vəfalı bildiyim – Sonayımın mamasıdır.  Buyurun, siz də tanış olun.
1. Müsahibim kimdir, sizi necə tanıyaq?

– Allahın bir qulu.
2. Bəs sizi digərlərindən fərqləndirən cəhət nədir?

– Əslində elə bir fərqli cəhətim yoxdur məncə, hamı necə mən də elə. Mən öz xasiyyətimdə bircə keyfiyyəti bəyənirəm ki, bunu Allahın mənə neməti hesab edirəm və buna görə Allaha sonsuz şükür edirəm. Mən heç nəyin azı il kifayətlənmirəm, hər işin mükəmməlinə can atıram. Alınar nə yaxşı, alınmaz Allahın bildiyi daha məsləhətlidir.
3. “Vərdişlərin zənciri eşidilməyəcək qədər yüngül, sonra qırılmayacaq qədər də güclü olar”. Ən pis vərdişiniz nədir?

– Son dövrlərə qədər vardı bu xasiyyət məndə, zamanla tərgidirəm, əvvəl hər şeyə tez reaksiya verirdim, sevmədiyim bir insan əngəllə rastlaşarsa, həmişə “əcəb oldu” deyirdim. İndi demirəm Əlhəmdulilləh.
4. Mənim həmsöhbət seçmək üçün xüsusi qanunlarım var. Bəs siz nece, həmsöhbət seçərkən nəyi əsas tutursunuz?

– İlk söhbət üçün heç kimi seçmirəm, amma həmin adamla bir daha həmsöhbət olmağım əlbət ki, mənim seçimimdən asılıdır. Əxlaqından şübhələndiyim şəxslə həmsöhbət olmaqdan oddan qaçan kimi qaçıram.
5. Qadın kölgə kimidir: onu izləyəndən qaçar, özü isə önündəkinin arxasınca düşər…Razısınız bu fikirlə?

– Birinci hissəsi ilə razıyam, amma ikinci hissə xarakterimə uyğun deyil. Mən yanımdakını əvəz olunmaz hesab edirəm.
6. Yalnızlıq insana çox şey öyrədirmiş. Niyə?

– Mən heç yalnız olmadım ki. Özümü biləndən Allahı yanımda bildim. Fiziki yalnızlıq isə insana həqiqətən çox şey öyrədir, ən azından hər işin öhdəsindən özün gəlməlisən axı.
7. Özünüzdə olan hansı xasiyyəti dəyişmək istərdiniz.

– Bir az qürurum var, onun tamamilə yox olmasını istəyərdim. Bir də Allahdan ən böyük mükafat olaraq, Əyyub səbri istəyərdim.
8. İnsanın dözümü onun köməkçisidir… “köməkçiniz ” varmı?

– Mən əlavə olaraq sükunət halımı qoyurub, saxlaya bilirəm və bu mənə çox kömək edir.
9. Pis xəbərlərin qanadları var, yaxşı xəbərlərin ayaqları belə yoxdur”…Niyə belədir axı?

– Ola bilsin ki, biz o qədər yaxşı xəbərə özümüzü alışdırmışıq ki, pis xəbərlərə daha həssas oluruq. İndi hər iki xəbərin qanadları var. Sağ olsun texnika o qədər inkişaf edib ki.
10. İnsanın özünə qarşı edə biləcəyi ən böyük pislik, özünə olan etibarını itirməsidir… Bu pisliyi etmədiniz ki, özünüzə?

– Yox itirmədim, bilirsiz niyə? Ona görə ki, mən həmişə kimdəsə, nədəsə həmişə üzür axtardım. Biri uzun zaman məni aramadısa, “Yəqin çox işi var, başında nəsə var ki, əhvalımı soruşmur” deyə yaxşı zənndə oldum. Bu həm özümə etibarı, həm də başqasına etibarı itməyə qoymadı. Allaha həmd olsun.
11. Yəqin ki, bu fraza sizə tanışdır: “Abasqulu ağanın nazıyla çox oynayırıq, Kərbəlayi!” – kimin nazıyla çox oynadınız və ya oynayırsınız?

– Bu nazla oynamaq mənim alnıma yazılıbmış. 6-cı sinifdən başlayaraq əvvəlcə bacımın, sonra bəzi yeni ailə üzvlərimin, indi də uşaqların nazı ilə oynayıram. Bu səhər Sonay deyir, mən bilirəm ki, səhər sən niyə mənə saqqız verdin (Saqqız qadağandır bizim uşaqlara). Soruşuram ki, niyə? Səhər-səhər naz-qoz eləməyim deyə cavab verdi. Uşaq özü də başa düşür ki, çox naz edir.
12. Ümidi olanın hər şeyi var deyirlər. Sizin necə, ümidiniz varmı?

– Ən pis günümdə belə ümidimi itirməmişəm. Heç Quran oxumamışdım, amma “Çünki Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər” ayəsini bilirdim. Həmişə də ümidimin doğruluğunun şahidi oldum Allaha çox şükür.
13. İnsanlar çox tez-tez həyatı filmə, özlərini – ətrafdakı insanları isə aktyorlara bənzədirlər. Bəs sizin həyatınızdakı ən böyük premyera və ən yadda qalan obraz hansıdır?

– Mən mənim alnıma yazılan qədərimi yaşayıram deyə elə şeylər barədə düşünməmişəm.
14. “Quşlar kimi uçmağı, balıqlar kimi üzməyi öyrəndik, lakin bu vaxt çox sadə bir sənəti unutduq. İnsan kimi yaşamağı.” Sizcə, insan kimi yaşamaq unudulub?

– Eh insan kimi yaşamaq çoxdan, lap çoxdan unudulub, hamısı da insanların günahlarının nəticəsidir.
15. Bəzən sözlər, şüşə qırıqları kimidir, Ağzına dolar insanın…Sussan, ağrıdar…Danışsan, qanadar… Oldumu sizdə belə bir hal?

– Olub, olub o qədər. Susduğum da olub, danışdığım da. Hətta qarasına deyindiyim də. Axır vaxtlar isə susmağa üstünlük verirəm o halda ki, danışmağımın bir xeyri yoxdursa.
16. Yaşadığınız ömürdə elə bir səhnə varmı ki, bunu əminliklə “mən yazdım” deyərdiniz?

– Yox olmadı. Xeyirlisi bu imiş. Axı insanın ağlı Allahın hikmətini anlaya bilməz. Allah haqqımda xeyiri daha yaxşı biləndir.
17. “Kaş ki, ……………….” bu cümləni necə tamamlamaq istəyərdiniz?

– Sevmirəm bu “kaş ki”ləri.
18. İnsanların dini sizin üçün nə qədər vacibdir?

 – Hava və su qədər deyirlər, adətən. Mən isə deyərdim ki, daha çox vacibdir. Əslində din deməzdim, amma iman çooooxxxxxxxxxxx vacibdir.
19. Görünüşcə hər kəs insana bənzəyə bilər. Sizin görünüşünə aldanıb insan bildikləriniz oldumu?

– Bu nemətə görə Allaha nə qədər şükür etsəm, yenə də azdır. Üzündən olmasa da, bir kəlməsindən kimliyini tanıya bilirəm.
20. Həyat nə qədər gözəl olardı… Bir insan həm aşiq, həm də sadiq olmağı bacara bilsəydi…! Necə düşünürsüz, həm aşiq, həm də sadiq olmaq çətindirmi?

– Hə düzdür, həyat gözəl olardı. Amma həm aşiq, həm də sadiq olmaq o qədər də çətin deyil, nəinki açiq olmayıb, sadiq olasan. Bunun adı fədakarlıq. Mükafatı veriləcək inşəAllah.
21. Sevgi və mərhəməti çox olan insanlar acı çəkərmiş. Acı çəkməmək üçün bu hisslərin sizdə olmamasını istərdinizmi?

– Mən şəxsən acı çəkməyə razıyam, amma sevgi və mərhəmətsiz yaşamağa yox.
22. “Hər kəs layiq olduğu həyatı yaşayar deyirlər” – sizcə bu doğru deyilmiş fikirdirmi?

– Baxır nə mənada, bəlkə də bir hikməti var, amma mən doğru hesab etmirəm. Sadəcə dəqiq onu bilirəm ki, başımıza gələn bəlalar ya öz əməllərimizin, günahlarımızın nəticəsidir, ya da Allahın imtahanıdır.
23. Susmaq insanın içindəkilərlə söhbət etməsi demək imiş. Çoxmu susdunuz?

– O qədər də susqun deməzdim özümə.
24. Bir xanım üçün təhsil, sənət-peşə sahibi olmaq nə dərəcədə əhəmiyyətlidir?

– Əhəmiyyətlidir ana kimi, amma karyera qurmaq üçün yox.
25. Şansınız olsaydı, peşənizi dəyişərdinizmi? Və hansına?

– Əsla dəyişmərəm. Valideynlərim həkim olmağımı istəyiblər, riyaziyyatçı olmağıma heç vaxt peşman olmamışdım ta ki valideynlərim xəstə olana qədər. Amma tez də fikrimi dəyişdim, məndən həkim olardı, amma sıradan bir həkim. Riyaziyyatçı kimi isə sıradan çıxmış hesab oluna bilərəm Əlhəmdulilləh.
26. Pul olan yerdə xoşbəxtlik olmaz deyirlər, digər tərəfdən də pul özü xoşbəxtlik gətirir deyirlər…Siz hansı ilə razısız?

– Heç biri ilə razı deyiləm. Peyğəmbərimizdən (Allahın ona salam və salavatı olsun) bir hədis yadıma düşdü. Yalnız iki şəxsə həsəd etmək icazəlidir, bunlardan biri pulu olub da, onu Allah yolundan xərcləyəndir. Belə baxanda puldan ağıllı istifadə ilə axirəti qazandır mümkündür. Bu dünya üçün pulun ehtiyacdan çox olmasını istəməzdim.
27. “Dünyada təsadüf yoxdur, bu dünyada hər şey ya sınaqdır, ya cəzadır, ya mükafatdır, ya da vəhydir” – razılaşa bilirsinizmi bu fikirlə?

– Vəhy çatmadı mənə. Digər üçü ilə razıyam.
28. Dostayevski deyir: “Kişi çata bilmədiyi qadını lənətləyər, qadın çata bilmədiyi kişiyə “eşq” deyər. Sizin üçün eşq nədir?

– Nə qəliz sual oldu. Mənə görə eşq heç də nəfsani hiss deyil, insanı faydalı axirətə çatdıran bir hissdir. Bu da əvvəl Allahda, sonra da onun qullarında bərqərar olur.

29. Çətin qazanıb, asan itirdiyiniz bir şeylər oldumu?
Məncə olmayıb, çünki yadıma gəlmədi.
30. Freydin çox maraqlı, bir qədər də ironiya çalarlı fikri var:
“Hələ cavabı tapılmayan və qadın ruhuyla əlaqədar otuz il davam edən araşdırmalarıma qarşı mənim də cavablamağı bacara bilmədiyim çox əhəmiyyətli bir sual var: Qadın nə istəyir”. Öz dünyanızla əlaqələndirib deyin, istədiyiniz varmı, nədir bu istədiyiniz?

– Qadın nə istəyir? Qadın Allahın mərhəmətini istəyir, Qadın valideynlərinin nəvazişini istəyir, Qadın əminliklə söykənəcəyi bir kürək istəyir, Qadın xeyirli övlad anası olmağı istəyir və son olaraq Qadın Yaradanına üzüağ qovuşmağı istəyir. Başqa qadınları bilmirəm, amma mən bunları istəyirəm.

– Maraqlı, dolğun və mənalı müsahibə üçün təşəkkür edirəm. 🌷🌹💐

18/01/2016 tarixində Yazılarım içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 29 Şərh.

  1. Tanımadığımız tanışlar silsiləsindən ilk müsahibim, əslində ən çox, ən yaxşı tanıdığım və hər gün ünsiyyətdə olduğum, çox vəfalı Sonayımdır. Mən, o danışmasa, sussa belə nə deyəcəyini bilirəm. Sizinçün də maraqlı bir müsahibə olduğuna əminəm. Və Sonayımın mamasına çox-çox təşəkkür edirəm. 💖💖💖🌷🌹🌹🌹💐💐
    Müsahibəni oxuyan hər bir kəs müsahibimə istədiyi sualı ünvanlaya bilər. ☺️

    Bəyən

  2. Hər kəliməsində Allahı xatırlayan və xatırladan insanın müsahibəsini oxumaq mənim üçün çox mənalı idi.

    tərəfindən bəyənildi 1 şəxs

  3. Çox maraqlı oldu bu müsahibə mənimçün Sonayımı daxil olduğum digər saytdan tanıyırdım amma bu qədər səmimi və həyata reall baxışların bilmirdim Yaşca bəlkədə məndən kiçikdir amma dəyərlənəcəyim kəlmələrin sevdim Sonayımın mamasının Seva sənə də təşəkkürlər canım bu silsilə yazıyçun

    Bəyən

  4. Təşəkkür Seva Əlbətdə yarada bilərsən amma poçta elə də baxmıram əlaqə yaradanda bloqda bir him-cim edərsən))

    Bəyən

  5. Allah saxlasın mələyinizi 😇
    caan məmnuniyyətlə,sağolun,Sevincim❤😍

    tərəfindən bəyənildi 1 şəxs

  6. Coox gozel alinib.iKİ gozel xanimdan ancaq ortaya bele bir sey cixa bilerdi.Ugurlar.

    Bəyən

  7. ay caann .insallah buralardayambacim

    Bəyən

  8. Ne gözel bir söhbet alinib. Qutatanda biiy qutardiki dedim(( kaş ki sözünü sevmirsiz )) amma kaş ki,bir az daha uzun olaydiii)) Sonay xanim her cavabinizda Allahin adinin kecmesi oxuduqca insana hüzr verir💝. Her iki gözel xanimin ellerine,üreyine sagliq.

    Sevam bele özün kimi gözel düşünceni Qadinla bizide daha yaxindan taniş etdiyin üçün derin teşekkürler💕Müsahibelerinde de boooooool-boooooool ugurlar, axarinci olsun💋

    Bəyən

  9. Sehvlerime göre üzr iseyirem

    Bəyən

  10. İnşAllah Sevam sonra qatilaram mende. Yeni tesüratlar ile)))

    Bəyən

  11. Bilirsiniz, mən insanlarda savada və öz sözünü deməyi bacarmağa çox önəm verən biriyəm. Gülüş də o qəbildən olan gözəl qəlbli, gözəl xanımdır. Həqiqətən müsahibə çox xoşuma gəldi.
    Seva, sağ ol ki, dostları bir daha tanımağı bizə nəsib elədin.

    Bəyən

  12. Hə, İrinka, Gülüş çox gözəl və dəyərli biridir…
    Sən sğ ol, canım 😘🌹💐

    tərəfindən bəyənildi 1 şəxs

  13. Gozel bacimla, gozel musahibe. Allah imaninda sabit eylesin seni. Hech zaman dara dushmeyesen.
    Maraqli musahibe uchun size de teshekkurler, ezizim 💐

    Bəyən

  14. Məbrik edirəm Donia Dunya. Allaha şükürlər olsun,!!!!!!!11

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

<span>%d</span> bloqqer bunu bəyənir: