Qış ayı xəstəliklərindən qorunmaq üçün 10 məsləhət

image

Qış fəslini çoxumuz sevirik. Kimi qarını, kimi soyuğunu, kimi də özəl səbəblərdən. Lakin qış fəslinin sevilməyən bir xüsusiyyəti də var ki, insan tez-tez xəstələnir. Xəstə olmaq bir yana, həm də virus daşıyıcısı olaraq ətrafında olanları da yoluxdurur. Təqdim etdiyim yazıda bu soyuqlu aylarda xəstələnməmək üçün nə etməli olduğunuz lazım olan bəzi məsləhətləri öyrənəcəksiniz. Bu məsləhətlər həm böyüklər, həm də uşaqlar üçün nəzərdə tutulub.

1. Qarlı, şaxtalı qış aylarında əllərimiz ən çox bakteriya və virus daşıyıcısı hesab olunur. Bu səbəbdən qış aylarında əllər tez-tez yuyulmalıdır. Daha çox işlək hesab olunan, toxunulan qapı dəstəyi və telefona əl vurduqdan sonra çalışın əllərinizi yuyasınız. Həm də çalışın gün ərzinə əllərinizi gözünüzə və ağzınıza toxundurmayasınız. Ayaqyolundan istifadə edən qadınların 90%-i həmən əllərini yuyarlar. Amma təəssüflər olsun ki, kişilər üçün də bu faiz göstəricisini söyləmək olmur. Ona görə də kişilərə tövsiyyəmiz budur ki, ayaqyolundan sonra əllərini yumağı unutmasınlar.

2. Vitaminlərin əskik olduğu qış aylarında, başda C vitamini olmaqla bütün vitaminlərin qəbuluna ciddi nəzarət edilməlidir. Əgər gündəlik qəbul etdiyiniz qidaların tərkibində vitaminlər yetərincə deyilsə, o zaman sirop və həb şəklində olan multivitaminlərdən istifadə etməyiniz mütləqdir. Xüsusən də D vitamini bol olan qidalara əhəmiyyət verilməlidir. Çünki bildiyiniz kimi D vitaminini orqanizm, əsasən, Günəşdən alır. Qışda isə Günəşi çox az-az hallarda görmək mümkün olur.

3. Unutmayın! Qış aylarında sizi xəstə edən soyuq yox, mikroblardır. Ona görədə”soyuqdur, bayıra çıxma” ifadəsini unutmağınız lazımdır. Əksinə soyuq havada belətəmiz hava qəbul etmək üçün küçəyə çıxılmalıdır. Araşdırmalar sübut etmişdir ki, aktiv və fəal insanlar, passiv olanlardan daha az xəstələnirlər.

4. İstər yay, istərsə də qış olsun, sağlam qidalanma insan orqanizmi üçün çox əhəmiyyətlidir. Qış ayları xəstəliklərindən kənar qaçmaq üçün orqanizm gərəkli sağlamlığa sahib olmalıdır. Bunun üçün bolluca meyvə-tərəvəz yemək məsləhət görülür. Bir sözlə, orqanizmi təbii yolla mikroorqanizmlərlə təmin etmək və təbii antibiotik hesab edilən qidalara üstünlük verilməlidir.

5. Sağlam olmağın daha bir yolu yuxu rejiminin normal olmasıdır. Orqanizmə daxil olmuş viruslarla mübarizə aparmaq üçün, orqanizm yuxunu doyunca almalıdır. Nə qədər az və vaxtlı-vaxtsız yatarsınızsa, orqanizm xəstləliklərə bir o qədər yaxın olar. Sağlam orqanizm üçün gündəlik yuxu saatı 7-8 saat hesab olunur.

6. Özünüzü qış xəstəliklərindən qorumağın bir yolu da xəstə insanlarla ünsiyyətdən çəkinməkdir. Qış xəstəlikləri daha çox yolxucu və tez yayılandır. Əgər məcburiyyət üzündən xəstə biri ilə ünsiyyət qurarsınızsa, bu görüşə çox zaman sərf etməyin, ayrıldıqdan həmən sonra isə əllərinizi yuyun. Əgər xəstə birisi ilə uşaqların görüşməsi lazım gələrsə, buna əsla yol verməyin. Çünki uşaqlar xəstəliyi həm tez tutur, həm də yaya bilirlər.

7. Orqanizmimizin 60%-i sudan ibarətdir. Gözlər, burun, ağ ciyər kimi orqanlar özünü müdafiə üçün sudan istifadə edir. Su yalnız dərini qorumaq üçün gərəkli deyil, bütün daxili orqanların doğru işləməsi üçün vacib əhəmiyyət kəsb edir. Əgər orqanizmi susuz buraxsaq, o çalışmaq üçün daha çox güc sərf edəcək və xəstəliklərə tutulmaq üçün yol açacaqdır. Ona görə də fəsildən asılı olmayaraq gün ərzində bol miqdarda su içilməlidir.

8. Duz xörəklərə dad verməklə yanaşı həm də təbii bir antibakterial sayılır. Duzlu suyu bir aparat vasitəsiylə burnunuza çəksəniz, boğazınızı qarqara etsəniz yuxarı tənəffüs yolları xəstəliklərinin qarşısını almış olacaqsınız.

9. Xəstəliklərdən qaçmağın daha bir yolu isə gündəlik həyatda daha çox təmasda olduğunuz  yerləri – qapı dəstəyi, telefon, mətbəx, hamam-tualeti vaxtlı-vaxtında dezinfeksiya etməniz gərəkdir.

10. Orqanizminiz bir virusa yoluxubsa, bunun bir siqnalını hər hansı yolla mütləq sizə çatdıracaq. Bu baş ağrısı, halsızlıq, səbəbsiz yorğunluq kimi hallar ola bilər. Orqanizminizə qarşı diqqətli olun və belə bir siqnal almış olsanız tədbir görün. Eyni zamanda əsəb sisteminizi qoruyun, stessdən uzaq durun. Orqanizm stress halında olanda maddələr mübadiləsi pozulur v xəstəliklər üçün yaşıl işıq yanır.

İlin fəsillərindən asılı olmayaraq, həmişə sağlam olmanız diləyi ilə…

 

15/01/2016 tarixində Sağlamlıq içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.

  1. Mən çox tez yoluxuram qrip kimi xəstəliklərə, amma yüngül keçirdirəm, ağırlaşma olmur Əlhəmdulilləh. Vaxtilə o qədər C vitamini içdim ki, guya immun sistemimi gücləndirəcək, heç faydasını görmədim.
    Faydalı xəbərə görə təşəkkürlər, Sevinc.

    Bəyən

  2. Mən də son zamanlar tez yoluxan olmuşam😢😢😢
    C vitamininin özündə problem var, ondandı😂😂😂

    Bəyən

  3. Artıq dekabrda qripləmişdim nədənsə bu dəfə tez sağaldım Ümumiyyətlə qripləyən kimi tez bir stəkan qaynar suya bir limonu sıxıram və bir çay qaşığı bal qarışdırıb içirəm çox köməyi olur

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: