Yeniyetmələrlə davranış tərzi

image

Hər bir ana övladına bəslədiyi sevgi ilə fərqlilik nümayiş etdirir. Bəziləri həddindən çox sevgi və qayğı göstərdiyi halda, bəziləri övladı ilə özünün arasında bir sərhəd qoyur və məsafə gözləməyə çalışır. Lakin buna baxmayaraq, hər bir valideynin qəlbində özəl bir istək, sevgi, məhəbbət olan övlad sevgisi vardır. Bunu kimsəylə bölməz, kimsəni də bu yerə qoymaz əsl valideynlər.

Övlad böyüdüb tərbiyə etmənin necə bir çətin proses olduğunu çoxumuz bilirik və yaşamışıq da. Hələ söhbət ağıllı, xeyirli övladdan gedirsə, o zaman valideynlərin çiyinlərinə daha ağır yük düşdüyü məlumdur. Uşaqlar müəyyən yaş dövrünədək çox fərqli bir dəyişiklik göstərməklə yaş üstünə yaş gətirirlər. İlk yaşlarında dilbilməz, bəzən ərköyün, sonra bir qədər nadinc, söz eşitməyən, daha sonra isə çılğın, əsəbi, çox dəyişkən bir xarakter nümayiş etdirirlər. Ən çətin və anlaşılmaz olan dövrləri də, məhz sonuncu, yəni yeniyetməlik yaş dövrü olar. Yeniyetməlik yaş dövrü qızlar üçün 10-12 yaş, oğlanlar üçünsə, 12-14 yaş arası başlayır və 24 yaşadək davam edir. Qızlar bu yaşda aybaşı dövrünə girmiş sayılırlar və bunla bağlı hormonların inkişaf etməsi sürətlənər. Bu baxımdan da əks cinsə maraq artır. Oğlan uşaqlarında da üzdə tüklərin çoxalması nəzərə çarpır və cinsi istək həvəsi meydana gəlir.

Uşaqların bu yaş dövründə, bir də görürsünüz ki, çox mehriban, anlaşılan bir şəkildə yola getdiyiniz halda, bir də görürsünüz ki, övladınızda nəzərə çarpacaq dərəcədə dəyişiklik baş verir və münasibətləriniz kəskin şəkildə pisləşməyə doğru gedir. Övladınız sizinlə daha az danışır, daha əvəlki kimi ünsiyyət qurmağa can atmır. Daha pisi isə sizi dinləmək və dediklərinizi qəbul etmək istəmir.  Əsəbi, çılğın, hövsələsiz olurlar. Həm kimlər tərəfindənsə bəyənilmələrini istəyirlər, həm də fərq edilməyən biri olmalarından qorxurlar. Bir sözlə, çox ziddiyyətli bir xarakter alırlar. Bu problemlərlə qarşı-qarşıyasınızsa, məsləhətlərə mütləq əməl etməyiniz lazımdır.

Övladınıza sahib çıxmağı bacarın.

Yetkinlik dövründə olan uşaqlarda təkcə fiziki cəhətdən deyil, həmçinin sosial baxımdan da çox ciddi dəyikliklər baş verir. Onların bir növ desək dünyaya baxışı dəyişir. Belə bir zamanda sizin ona böyüklük etməniz vacib şərtlərdən biridir. Əgər övladınızın belə bir vaxtında ona arxa çevirsəniz, onunla maraqlanmasanız, o özünü çox tənha hiss edəcəkdir. Onun suallarına səbirlə cavab verməli, ona tək olmadığını hiss etdirməlisiniz. Çünki uşaqlıqdan yeniyetməliyə atılan addım çox çətin bir dövr hesab olunur.

Əziz valideynlər, unutmayın ki, övladınız üçün sərf etdiyiniz mücadilə heç vaxt boş getməyəcəkdir. Etmiş olduğunuz bu mücadilə ola bilər ki, yeniyetməlik dövründə qarşılıqsız qalsın, amma yaxın illərin birində hökmən təşəkkür olaraq geri qayıdacaq, buna əmin olun.

Üzərinizə düşən əsas problem, övladınızın sizə inanıb güvənərək, yaşadığı problemi sizinlə bölməsidir. Hər hansı bir probleminin olmasından asılı olmayaraq çalışın bütün bunların hamısını bir masa ətrafında çözəsiniz. Həmçinin mövzu sevgi belə olsa. Problemi adi hala gətirmək də, şişirdib böyütmək də məhz sizin reaksiyanızdan asılı olacaq. Doğru addım atın. Öz yeniyetməlik dövrünüzü yada salıb müqayisələr aparın.

” Çox vacib bir işim çıxdı”, “Çox yorğunam”, “Gecdir, yatmaq vaxtıdır, sabah danışarıq”…bu kimi səbəbləri bir kənara qoyun, günün hansı zamanı, sizin hansı halınızda olmanızdan asılı olmayaraq daima övladınızla ünsiyyətə hazır olmalısınız. Çünki içində onu narahat edən suallara cavab tapmaq üçün yeniyetmələr hər an özlərində bu cəsarəti tapa bilmirlər. Danışmaq istəyirlərsə, mütləq dinləməlisiniz. İlk dəfə onu rədd etsəniz, ola bilsin ki, övladınız bir daha sizinlə danışmağa cəhd etməyəcək. Yox,əgər ilk dəfədən onu mehribancasına dinləsəniz, hər gün sizinlə nələrisə bölüşməyə can atacaq, bununla da özünə dərd edəcəyi problemlərdən asılı vəziyyətə düşməyəcək.

 

11/01/2016 tarixində Ailə dünyası içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 8 Şərh.

  1. Ən qorxduğum dövrdür yeniyetməlik-keçid dövrü. Hələ bir neçə ilimiz var düzdür, amma məni indidən narahatçılıq bürüyüb, mən uşağın psixologiyasına qarşı çox vasvasıyam. Allah böyükdür, inşəAllah ki, doğru-dürüst, əxlaqlı övladlar kimi formalaşarlar.
    Faydalı xəbərə görə təşəkkürlər, Sevincim 🙂
    Şəkildəki qız nə gözəldir 🙂

    Bəyən

  2. Qorxma, mələyim. Birincisi sən uşağı necə tərbiyə etməyi gözəl bilirsən. İkincisi sənin uşaqların necə davranmaq lazımdır onu bilirlər. Yaranan təbii proseslər bu ikilikdən qaynaqlanıb doğru yola çıxar inşAllah. Bircə Allah mərdimazardan uzaq tutsun hər kəsi.
    Mən o dövrün sonuncusunu yaşayıram, şükür Allaha heç bir problem yoxdur, digər uşaqlar kimi sonbeşiyim də mənə ciddi problem yaşatmır hələ ki. Mən elə yuxarıda deyildiyi kimi, hədsiz qayğı göstərirəm ona bu dönəmdə. Və o da mənimlə çox gözəl anlaşır.

    Bəyən

    • Sözün düzü, sağa baxıram, sola baxıram bir az təskinlik tapıram ki, iki tərəfdən də nanəcib çıxmayıb, yəqin bunlar da pis olmaz, amma cəmiyyətin də təsirini nəzərə alsaq, uşaqların da ailənin içərisindən çox cəmiyyətdə olmasını nəzərə alsaq, istər-istəməz narahat oluram. Vacibdir ki, ətrafındakı adamlara nəzarət edəsən.
      Sizin təcrübəniz var maşAllah, vaxtı çatanda sizin məsləhətlərdən yararlanacam inşəAllah 🙂

      Bəyən

  3. Bu yeniyetmelik mövzusu evlilik həyatımın ən çətın anlarından olub deyərdim.Böyük oğlum bu etapı keçəndə cox çətinliklərim oldu Bilmirəm bəlkədə mən cox üstünə getdim amma onu bilirəm ki onu ayırdığım çevrədən olan uşaqların dördüdə heç bir sənətin işin sahibi olmamaqla yanaşı Allah uzaq eləsin pis vərdişlərin sahibidirlər Onlardan birinin anası iıə hələdə yaxınlığım davam edir cox əziyyət çəkir yazıq ana Deyir ki mən bacarmadım hər iki evladım puç oldu Düzdü mən uşağın üstünə düşən vaxtlarda o evladın cox müdafiə edirdi ki gəncdirlər onların fərqli dünyaları var amma nədənsə mən bu fəqliliyi qəbul edə bilmədim Məni bu yolda ayıq salan güclü nəzarətimlə bərabər oğlum sinif rəhbəri də oldu dediki sənin uşağın hayıf olacaq ayır onu onlardan
    O vaxelar cox bərk gedən bir qrup vardı HOST, bilmirəm bəlkədə kimsə mənimlə razılaşmayacaq ancaq yeniyetmələri cox uçuruma aparırdı onlar Hətda yadımdadı ki kanalların birində Həyata baxış adlı tərbiyəvi mövzularla bağlı canlı bir verliş gedirdi onun aparıcısından zəng edib xaiş etdim ki onlarla bağlı verliş təşkil etsinlər və etdilərdə hətda qrupun baş üzvünü də dəvət rtmişdilər onlarla bağlantı qurdum və bütün iradlarımı bildirdim hətda əsəblərimə hakim olmayıb ağladımda ki yetər evladlarımızı uçuruma apardız Nəysə cox belə addımlarım oldu hətda oğluma yalan belə danışmağa məcbur oldum
    Amma min yox milyon kərə şükürlər olsun bugünkü günümüzə ki əməli saleh bir evlad oldu hərdən həmin anları gülərək xatırlayırıq)) Amma yəqin elə bu üzdən idi ki bu problemləri çözərkən kiçik oğlumla bu halların heç birini yaşamadım Seva çox təşəkkür mövzuya görə

    Bəyən

    • Əvvəla sən xoş gəldin, Gülüm))) Sənin yazdığın elə özü bir məktəbdir, nəticə çıxarmalı bir nümunədir. Allah uşaqları pis ətrafdan, pis xislətli insanlardan qorusun. Bəzən bu çamura bilmədən batırlar gənclər, çıxmaqları da müşkül olur.
      Allah sənin övladlarının da başını uca etsin həmişə))

      Bəyən

  4. Çox sağ ol bacım

    Bəyən

  1. Geri bildiriş: Yeniyetmə uşaqlarla davranış tərzi | Sevincli Dünya

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: