Mən Ürəyi Ürək Kimi Saxlamadım – Zəlimxan Yaqub

image

Zəlimxan Yaqub 1950-ci il yanvar ayının 21-də Gürcustan Respublikası Bolnisi rayonunun Kəpənəkçi kəndində ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsinin əmtəəşünaslıq şöbəsini bitirmişdir. Ədəbi fəaliyyətə 15 yaşında başlamışdır.
1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Onun yazdığı poemalar əsasında “Aşıq Ələsgər”, “Didərginlər”, “Yunus İmrə”, “Böyük ömrün dastanı”, “Qalx ayağa Azərbaycan” adlı televiziya film və verlişləri hazırlanmışdır.
Zəlimxan Yaqub bu illər ərzində “Saz”, “Göyçə dərdi”, “Cavidan qız balası”, “Şair harayı”, “Sizi qınamıram”, “Vətən yaraları”, “Göyçədən gələn səslər”, “Borçalıdan qalan izlər”, “Yunis İmrə dastanı”, “Ey vətən oğulları”, “Suallar”, “Haqq-ədalət”, “Tanı məni, Amerika”, “Böyük ömrün dastanı”, ”O qızın göz yaşları” və başqa iri həcmli, epik-lirik səpkili poemaları, saz üstündə köklənən şerləri ilə oxucuları sevindirmişdir.
Son illərdə nəşr edilmiş “Bir əli torpaqda, bir əli haqda”, “Bu yaşıl ağacın altı bizimdir”, “Mən sənin qəlbinə necə yol tapım” adlı şer və poemalar kitabı şairin ömür yolunda, yaradıcılıq taleyində ən böyük uğurlardan sayılır.
Qarabağ müharibəsi mövzusunda yazdığı “Şair harayı”, “Vətən yaraları”, “Sizi qınamıram” poemalarına və “Ziyarətin qəbul olsun” kitabına görə 1995-ci ildə N. Z. Tağıyev adına milli mükafata, 1996-cı ildə yazdığı şerlərə görə Məmməd Araz mükafatına layiq görülüb. 2005-ci ildə Türk Ruhunun inkişafındakı xidmətlərinə görə “Vektor” Beynalxalq Elmi mərkəzinin Şahmar Əkbərzadə adına Beynəlxalq mükafatına layiq görülmüşdür… Hörmətlimşairimiz haqqında yazının davamını yazdıqca yazmaq olardı. Lakin…lakin saytların birindən bu xəbəri oxuduqdan sonra, içimdən ancaq bu nida səsləndi: “Heyif!”…

“Azərbaycan prezidenti, dövlət rəsmiləri, mədəniyyət xadimləri xalq şairi Zəlimxan Yaqubun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.

Nekroloqda deyilir: ” Azərbaycan ədəbiyyatına ağır itki üz verib. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub (Zəlimxan Yusif oğlu Yaqubov) 2016-cı il yanvarın 9-da ömrünün 66-cı ilində vəfat edib.

Allah sənə rəhmət eləsin, gözəl şair…

Mən Ürəyi Ürək Kimi Saxlamadım.

Mən bilmədim sına bilər,yana bilər,
Mən ürəyi ürək kimi saxlamadım.
Nə biləydim buz baxışdan dona bilər,
Mən ürəyi ürək kimi saxlamadım.

Qohum gəldi,qonşu yığdı,yad apardı,
Qəmli gələn qismətini şad apardı,
Odu sönən ürəyimdən od apardı,
Mən ürəyi ürək kimi saxlamadım.

“Xeyrə-şərə,toya-yasa yüyür” dedim,
Taleyimə “yaralanmış cüyür” dedim,
“Özün qızdır,harda kim üşüyür” dedim,
Mən ürəyi ürək kimi saxlamadım.

Dərd dağının külüng çalan Fərhadıyam,
Tüstüsüyəm,dumanıyam,fəryadıyam,
Öz qəlbimin qaniçəni,cəlladıyam,
Mən ürəyi ürək kimi saxlamadım.

“Yeri göyə,göyü yerə bağla” dedim,
“Alış” dedim, “tutuş” dedim, “çağla” dedim,
“Yas görəndə hönkür-hönkür ağla” dedim,
Mən ürəyi ürək kimi saxlamadım.

Dövlət yükü,millət yükü,şöhrət yükü,
Bu millətin içindəki zillət yükü,
Bu yüklərin altındakı zəhmət yükü,
Mən ürəyi ürək kimi saxlamadım,

Mən ürəyi çiçək kimi saxlamadım.
Yağ içində böyrək kimi saxlamadım,
Hey əritdim,hey çürütdüm,hey qanatdım,
Saxlamadım,saxlamadım,saxlamadım.

Hönkürən dağ döşündən qaya qopdu,
Ağlayanda boş-boşuna ağlamadım
Mən ürəyi ürək kimi saxlamadım,
Saxlamadım,saxlamadım,saxlamadım

11/01/2016 tarixində Yazılarım içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.

  1. Mən bu qədər söz ehtiyatı olan ikinci bir şair tanımıram, Allah rəhmət eləsin, yeri cənnət olsun!

    Bəyən

  2. Mənim də hötmət etdiym şairlərdən biri idi. Allah o dünyasın versin…

    Bəyən

  3. Xüsusi bir simpatiyam yox idi düzü, amma amma bu yaxınlarda bir sözünü eşitdim “Ağrılarımı Allahdan bir mükafat kimi qəbul edirəm” məzmunlu bir cümləsini çox bəyəndim. Allah günahlarını bağışlasın.

    Bəyən

  4. Çox hörmət etdiyim bir şair idi Ən çox da müdrük kəlamlarını sevirdim

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: