Holland pendirli kotlet
Lazım olan ərzaqlar:
Mal əti – 500 qram
Qoyun əti – 200 qram
Baş soğan – 3 ədəd
Kartof – 1 ədəd+ 5-6 ədəd
Duz, istiot, pul bibər
Zövqə görə göyərti
Pomidor, bibər qarışığından pasta
1 diş sarımsaq
Kərə yağı
Qızartmaq üçün bitki yağı
Hazırlanması:
Əti soğan və 1 kartofla ətçəkən maşından keçirib, göyərti və ədviyyat əlavə edib qarışdırırıq. Bitki yağında qızardırıq. Kartofu da dilimləyib qızardırıq. Sonra tavaya kərə yağı əlavə edib pomidor-bibər qarışığı pastanı və bir diş sarımsağı əzib yağa əlavə edirik. Üzərinə isə kotlet və kartofu düzürük. 10 dəqiqədən sonra holland pendirini sürtgəcdən keçirib əlavə edirik. Zövqə görə üzərinə doğranmış cəfəri də əlavə edilə bilər. Nuş olsun.😘💐🌹🌷
11/01/2016 tarixində Mətbəximiz içində dərc edildi və holland pendiri, kotlet, pendirli kotlet olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 11 Şərh.
Əcəb qəşəng görünür, dadı da hiss olunur lap elə şəkildən. Mən pendiri kotlet edəndə içərisinə qoyuram, elə də dadlı olur.
Əllərinizə sağlıq, Sevinc, süfrənizə bərəkət.
BəyənBəyən
Qəşəng görən gözlərin var olsun, mələyim. :)ALLAH hamımıza bol və halal ruzi yetirsin inşAllah.
BəyənBəyən
Yəqin ki, görünüşü kimi dadına da söz ola bilməz. Əllərinə sağlıq, Seva. Bir şey mənə aydın olmadı, bacı, pendiri əlavə edəndən sonra sobaya qoymaq lazımdırmı?
BəyənBəyən
Çox sağ ol, İrinka, canım. Bu yemek tavada bişir, sobada yox, canım.
BəyənBəyən
Yenə də tam aydın olmadı. Pendiri əlavə edib qazın üstünə qoymaq lazımdır? Şəkildə pendir əriyib görünür, ona görə belə xırdalığına getdim, canım. Belə başa düşmək olarmı, pendiru əlavə edib tavanın qapağını örtmək lazımdır? Düzmü başa düşdüm?
BəyənBəyən
Tava qazın üstündə olur, yəni pomidor pastasıyla kotletlər, kartof mehriban bişdikləri yerdə pendiri əlavə edirik, qapağını bağlayırıq. 2 dəqiqədən sonra da söndürüb nuş edirik😘😘😘💖💐🌹
BəyənBəyən
Belə dəəə, bacı, bunu əvvəlcədən de da bə…
BəyənBəyən
Bəh-bəh cox dadlı bir yemək mənnən olsa hər yeməyə holland pendiri vuraram çox sevirəm pendirli yeməkləri
BəyənBəyən
Mən də səni sevirəm, amma sən adama intizar çox yaşadırsan((((
BəyənBəyən
inşallah çox olmaz belə hallar)))
BəyənBəyən
Çox olmaz, sən etibarlı dostlardansan axı)))
BəyənBəyən