Saçları hər gün yumaq doğrudurmu

image

Saçları hər gün yumaq olarmı? Hər gün saç yumaq zərərlidirmi? Şampunlar saç dərisinə zərər verirmi? – Bu sualların cavabı sizə maraqlıdırsa, yazının davamını oxuyun.

Əsrlərdir gözəllik haqqında müxtəlif fikirlər səslənir, yeni ideyalar, yeni məhsullar istehsal edilərək baxımlı insanların ixtiyarına verilir. Bu mövzu təbii ki, özünü qadınların həyatında daha çox biruzə verir. Yəqin ki, xanımların çoxu müşahidə etmişdir, bir alış-veriş mərkəzində, kosmetika dükanında müxtəlif çeşiddə şampunlara rast gəlmək mümkündür. 80-ci illərdən bu yana isə reklamların və rəqabətin təsirindən hər il müxtəlif markaların istehsalında çox böyük sıçrayış hiss olunur. Hətta demək olar ki, saçların yuyulmasındada fərqli bir irəliləmə, çoxalma qeyd olunur. Elə bil 80-ci illərdən əvvəl saçların yuyulmasına ya fikir verilmirdi, ya da saçlar bu qədər yağlı hala gəlmirdi.

Baxmayaraq ki, kimyəvi tərkibli məhsulların zərərindən də xəbərimiz var, mütəxəssislər də dönə-dönə vurğulayıb daha təbii vasitələri məsləhət görürlər, baxmayaraq ki, su israfını da ortaya atıb buna mane olmağa çalışılır, amma yenə də insanlar gündəlik saç yuma adətlərindən əl çəkmək istəmirlər. Bütün bunların nəticəsi olaraq, sağlamlığı düşünən bir çox mütəxəssislər şampunsuz saç yumanın yollarını arayıb-axtarmağı düşündülər və quru şampunlar istehsalını reallaşdırdılar. Bu isə daha çox işgüzar xanımların işinə yaradı və məmnun da qaldılar.

Gəlin mövzudan uzaqlaşmayaq. Saçlar hər gün yuyula bilərmi? – sualına cavab tapmağa çalışaq. Bu suala cavab verməzdən əvvəl, görək şampun nə üçündür və nəyə yarayır. Bilirsiniz ki, saçlar sebium adlı yağ ifraz edir. Şampun isə saçlardakı çirki təmizləyir, lakin yağ ifrazının qarşısını alır. Saçların gündəlik  yuyulması mövzusunda mütəxəssislər özləri belə fərqli münasibət göstərirlər. Birinci qrup mütəxəssislər saçların hər gün yuyulmasına qarşı çıxırlar. Səbəb olaraq isə, saçlar hər gün yuyularsa yağ ifrazının azalmasını, baş dərisinin quruyaraq qabıq qoymasını göstərirlər. Bu qrupdan olanlar saçları günaşırı, həyya iki gündən bir yumağı məsləhət görürlər. İstisna olaraq, əgər nəmişlik olan yerdə yaşayırsınızsa və ya saç teliniz çox incədirsə, onda hər gün yumanız vacibdir deyirlər.

Bunun əksini söyləyən digər qrup mütəxəssislər isə, saçların hər gün yuyulmasının vacib olduğunu vurğulayırlar. Onların fikrincə, sağlam saçlar, ancaq sağlam baş dərisinin hesabına mümkündür və bunun üçün də baş dərisi təmiz qalmalıdır. Əgər baş dərisində yığılıb qalmış çirki və yağı vaxtında təmiləməsək, saçlar gec uzanacaq və sağlamlığın itirəcəkdir. Deməli, saçların hər gün yuyulması, həm də onun tez uzanmasına səbəb olacaq. Digər fərqli və bir qədər də iddialı səbəblərsə, bunlardır: əgər hər gün duş qəbul edib bədənimizi yuyuruqsa, əllərimizi bir neçə dəfə sabunla yumağa adət etmişiksə və yumağımız vacibdirsə, dişlərimizi gündə iki dəfə olmaqla fırçalayırıqsa, bəs saçlarımızı niyə hər gün yumayaq

Bəzi mütəxəssislər isə, saçları nə vaxt yumaq lazım olduğunu sırf olaraq fərdə bağlayırlar. Yəni saçlarının yağlı olduğunun fərqindəsənsə, təbii ki, yumalısan. Qərar sizindir, dostlar!

10/01/2016 tarixində Sağlamlıq içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 2 Şərh.

  1. Məncə də saçların yuyulması fərdə bağlıdır. Elə adamlar var ki, saçları aşırı dərəcədə yağlanır və bu üzdən o saçını hər gün yusa yaxşıdır. Quru saçlarda hər gün yuyulmağa ehtiyac yoxdur. Mənim saçlarım quru olduğundan bunu əminliklə deyə bilərəm. Son bir-iki ili çıxsaq, mənim saçlarım gün keçdikcə yuyulduğu gündən daha yaxşı olurdu. Yayda məcburən tez-tez yusam da qışda 5-6 gündən bir yumaq kifayət edir. Onu da deyim ki, hər gün saçı yumaq və ukladka etmək həm vaxt aparır, həm boyanı gərək ayda bir dəfə yox, iki-üç dəfə çəkəsən, həm də gündəlik ukladka da saçın “evini “yıxar. O mütəxəssislər belə halları nəzərə alıbmı görəsən?

    Bəyən

  2. Şəhərimizin ekoloji durumunu nəzərə alsaq, açıq başla havada gəzirsənsə, hər gün olmasa da, günaşırı saçları yumaq lazımdır məncə. Mən həftədə 3 dəfə yuyuram.
    Təşəkkürlər xəbərə görə, Sevincim.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: