Mən belə ayrılıq istəmədim ki…
Mən belə ayrılıq istəmədim ki…
Belə ayrılmağa nə var ki, gülüm,
Mən belə ayrılaq istəməmişdim.
Könlüm səndə qalıb, baxışın məndə
O baxış gözümü nəm edib indi.
Nə sənin yolunda bitə bilirəm,
Nə sən öz yolundan dönürsən, gülüm.
Bizi qovuşduran eşqin yelkəni
Ayrılıq yolunda azıbdır indi.
Getmisən geriyə baxışın da yox,
Əllərim yoluna uzalı qalıb.
Əllərin yad əldə üşüyər deyə
Fikrim xəyalında ilişib qalıb.
İndi nə sən səndə, nə mən məndəyəm,
İndi xatirələr bizdə yurd salıb.
Sənin gözlərində sönən eşqimin
Mənim ürəyimdə yarası qalıb.
Gəl qaytar o eşqi yenidən mənə
Gəl bu eşq uğruna bir də and içək.
Ayrılsaq ölümlə bitsin sonumuz
Mən belə ayrılıq istəmədim ki.
Bilirəm yalvarış kar etməz sənə
Qəlbin elə donub, buz bağlayıbdır.
Sənin atəşinlə yanan eşqimin
Sönüb o sinədə külü qalıbdır.
Qaytar gözüyaşlı eşqimi mənə
Qaytar sənli doğan sabahlarımı.
Əlin əllərimdən qopubdu, barı
Yuxusuz gecəmdən çək xəyalını.
Mən belə ayrılıq istəmədim ki,
Sorğusuz, sualsız çəkib getmisən.
Mən ki, vüsalına doymadım, gülüm,
Sən mənə hucranı pay göndərmisən.
Mən belə ayrılıq istəmədim ki…
( Müəllif: Sevincli Dünya)
P.S: İcazəsiz “Copy” edilməsin!!!
08/01/2016 tarixində Sevdiyim şeirlər içində dərc edildi və ayrılıq, Sevgi şeirləri, şeirlər olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 11 Şərh.
Məni tanıyanlar bilir poeziya həvəskarı deyiləm, bəyəndiyim bir-iki şair var və şeir var. Bir də şairə Xatun Xanım var. Nəsə ana səhifədə şeirin bir-iki sətrini oxudum, çox xoşuma gəldi deyə açıb axıra kimi oxudum. Çox gözəlmiş, çox bəyəndim mən, çox duyğulu.
BəyənBəyən
Mələyimsən sən, sənin fikrin, münasibətin mənimçün çox dəyərlidur, biləsən bunu💖💖💐🌹🌷
BəyənBəyən
Əllərinizə, ürəyinizə sağlıq, Sevincimiz :* Allah var eləsin sizi ..
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Çooox gözəl! Mən demişəm də, bu qızın 10 barmağında 10 mərifət var.
Ayrıca hər hansı sevdiyim şair yoxdur, amma gözəl şeirə biganə qala bilmirəm, mütləq oxuyuram.Əvvəldən bir-iki sətir, bir bənd oxuyuram və cəlb edən kimi davam edirəm.
BəyənBəyən
Gözəl günlərin bol olsun, əzizim. Oxuyan gözlərin də var.
BəyənBəyən
AYRILIQ BELƏMİ OLUR…?
Dunyanin yerinə dözən ürəklər
Bir kovrək sevgidən nə tez yorulur?
Gün batir,qar yağır, əsir kuləklər
Bilmirəm, ayrılıq beləmi olur?
Sevməyi oyrətdin mənə sonunda,
Qaldim sənsizliyin qəm qanadinda
Sən yoxsan xəyalin məni ovudur
Bilmriəm, ayrılıq beləmi olur..
Nə bir söz, nə bir zəng
Yoxdur xəbərin
Deyəsən evimə lal sükut dolur
Sevgi qonağıymış demə kədərim
Bilmirem ayrılıq beləmi olur…
Beləmi… Beləmi…
Bilmirəm, ayrılıq beləmi olur…?
Müəllif:Vahidoğlu
BəyənBəyən
Elə ki, gedirsən sən bu şəhərdən,
Şəhərin havası, suyu dəyişir,
Günəşi dəyişir, Ayı dəyişir
Şəhər də səninlə gözəlmiş demə,
Məni ayrılığa öyrətmə belə….
BəyənBəyən
Ay Seva Allah qorusun səni
Qız sənin nə gözəl dünyan varmış Çatdır bu dünyanı yavaş-yavaş bizə
BəyənBəyən
Allah cümləmizi qorusun, Gülüm. Gözəl görən gözlərin var olsun))))
BəyənBəyən
Qeşeng))
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Xoş gəldiniz, Aylin xanım. Təşəkkür edirəm 🙏💐🌷
BəyənBəyən