İlk türk hərbi pilot qadın

image

Səbihə Göyçən 22 mart 1913-cü ildə Bursada doğulub. Bir pilot və yazıçı kimi məşhurlaşıb. Mustafa Kamal Atatürkün səkkiz mənəvi övladından biridir.
Ana və atasını kiçik yaşında itirən Səbihə 1925-ci ildə – 12 yaşındaykən Bursanı ziyarətə gələn ölkə başçısı Atatürkə yaxınlaşmağı bacarıb və bu böyük insana oxumaq istəyini bildirib. Atatürk çətin şəraitdə yaşayan Səbihəni övladlığa götürərək özüylə Ankaraya gətirir.
Səbihə Ankaradakı Amerika qız kollecində təhsil almağa başlayır. Amma xəstəliyi səbəbindən təhsilini yarımçıq qoyub müalicəüçün Viyanada getməyə məcbur olur.
1934-cü ildə Mustafa Kamal Atatürk Səbihəyə Göyçən soyadını verir.
Səbihə Göyçən 1935-ci ildə “Türkkuşu”nun açılış mərasimində pilotların göstərdiyi məharətdən həvəslənib, içində aviasiyaya böyük marağın yarandığını hiss edir. Elə o vaxtdan sonra Atatürkün dəstəyi ilə 1935-ci ildə “Türk Hava Kurumunun, Türk Kuşu Sivil Havacılık Okulu” na qəbul olur.
Göyçən yeddi oğlan tələbə ilə birlikdə Kırıma göndərilir və altı aylıq təcrübə keçir. Bundan sonra təhsilini davam etdirmək üçün Moskvaya getməyi planlaşdırırdı, lakin mənəvi bacısı olan Zəhranın ölüm xəbərini alınca bu arzusundan imtina edib öz vətəninə dönməli olur.


Bir müddət dünyaya küsən Səbihə Atatürkün təkidi ilə yenidən çalışmalarına başlayır. 25 fevral 1936-cı ildə ilk dəfə təyyarə ilə uçmağa start verir.
Göyçənin uçuş təlimində göstərdiyi müvəffəqiyyət üçün Atatürk ona bunları söyləyib:
“Məni çox xoşbəxt etdin… İndi artıq sənin üçün planlaşdırdığım şeyi açıqlaya bilərəm… Bəlkə də dünyada ilk qadın hərbi pilot olacaqsan… Bir Türk qızının dünyadakı ilk qadın pilot olması nə qədər iftixaredici bir hal olduğunu təsəvvür edirsənmi? Artıq səni təyyarə məktəbinə göndərəcəm. Orada xüsusi bir təhsil alacaqsan.”


O illərdə qızlar hərbi məktəblərə qəbul edilmədiyi üçün Səbihəyə özəl bir forma geyindirilərək “Eskişehir Uçuş Okulu”na qəbul edildi və 1936-1937 illərdə, 11 ay boyunca təhsilini davam etdirdi.
1937-ci ildə Tuncəlidə yaranan hava hücumunu yatırtmaq üçün döyüşə qatıldı və dünyanın ilk qadın hərbi pilotu adını qazandı. Bu döyüşdə göstərdiyi müvəffəqiyyətə görə Prezident, Baş Nazir və Baş Qərargah rəisinin də iştirak ilə “İftixar” medalı ilə təltif edildi.
Səbihə Göyçən 1956-cı ildə müsahibələrinin birində: “Canlı nə görsəniz atəş edin!” -əmrini almışdıq. Üsyançıların qidası olan keçiləri belə atəşə tuturduq” – demişdi. 
Mənəvi atası Atatürk öldükdən sonra həyatını yenidən qurmalı olan Göyçən qadınların orduda qulluq etməsi haqqında qanun çıxmadığı üçün ordudan ayrıldı və “Türkkuşu Uçuş Okulu”na baş müəllim təyin edildi. 1955-ci ilə qədər bu vəzifəsini məvəffəqiyyətlə davam etdirdi. Hayatı boyunca 22 dəyişik bombardıman və akrobatik uçuşları reallaşdırdı.


Göyçən 1940-cı ildə işlədiyi məktəbin coğrafiya müəllimi Kamal Esinər ilə ailə qurdu və həyat yoldaşına öz soyadını verdi. Amma üç il sonra, 12 fevral 1943-cü ildə həyat yoldaşı dünyasını dəyişdi.
1953 və 1959-cu ildə ABŞ -na dəvət aldı. Türk qadınını tanıtmaq məqsədi ilə gedən Göyçən üçün büyük bir Amerika səyahəti hazırlanmışdı. 
1996-cı ildə havaçıluq karyerasının ən böyük mükafatını aldı. Amerika Hava Qərargahının Kollecində buraxılış mərasimi üçün hazırlanan “Qartallar toplantısı” nın ən hörmətli qonağı olaraq iştirak etdi, Maksvell Hava Bazasındakı mərasimdə “dünya tarixinə adını həkk etdirən 20 aviatordan biri” seçildi. Səbihə bu mükafata layiq görülən ilk və tək qadın təyyarəçi oldu.
Son uçuşunu 1996-cı ildə – 83 yaşında fransız pilot Daniel Actonun müşayəti ilə keçirmişdir. 
Səbihə Çöycən 2001-ci ildə doğum günündə – 22 mart tarixində Gülhanə Tibb Akademiyasında 88 yaşında dünyasını dəyişdi. 
Ölümündən 2 il öncə Hüququn Aliliyi Dərnəyi tərəfindən şərəfinə verilən təntənəli mərasimdə özünə, adına bəstələnən klassik rok-opera janrında əsər dinlənilib.


Səbihə Göyçənin ölümündən sonra erməni əsilli olduğu iddiaları ortaya atıldı. 2004-cü ildə Antepdən olan Ermənistan vətəndaşı Hripsime Gazalyan Göyçənin onun xalası olduğunu və əsil adının Hatun Sebilciyan olduğunu iddia etdi. Gazalyana görə Hatun bacısı Diruhi ilə birlikdə Şanlıurfanın Saylakkaya bölgəsində yetimxanaya verilmiş, 5-6 yaşlarında ikən Atatürk tərəfindan övladlığa götürülmüşdür.
Səbihə Göyçənin THQ tərəfindən yayınlanan anım mərasimlərində Edirnədən olan atası Hafiz İzzət bəyin gənc türk olduğu və bu səbəblə də Bursaya sürgün edildiyini anladılmişdır. 1925-ci ildə, 12 yaşında Atatürklə tanış olduğunu və övladlığa götürüldüyü bir faktdır. “Səbihə Göyçən üçün “Türk qızı, Göy qızı, Atatürk qızı” adlı sənədli filmi hazırlayan prodüser Gül Budağı Çelikər, “Səbihə Göyçən övladlığa götürüldükdə həqiqətən 5-6 yaşlarında olsaydı, ilk uçuşunu (1935) 15 yaşında reallaşdırması lazım idi” – deyib. Halbuki, Səbihə Göyçən ilk uçuşunu 22 yaşında edib.
Atatürkün diğər mənəvi qızı Ülkü Adatepenin ilk evliliyi Səbihə Göyçənin əmisi oğlu olan Üsteğmen Fethi Doğançay ilə olmuşdur. Ülkü Adatepe və ikinci həyat yoldaşı Öke Adatepe və Göyçəni yaxından tanıyan yazar Orhan Karaveli ilə birlikdə Göyçən haqqındakı ermənilik iddiaları məsələsinə görə bir iclas təşkil edib və bu iclasda Səbihə Göyçən üçün hazırladıqları soy kökü haqqında məlumatı bütün mediyaya yayıblar. 
Keçmiş maliyyə nazirliyi rəhbəri Vural Arıkanın həyat yoldaşı Nevin Arıkan Səbihə Göyçənlə iki qardaşın nəvələri olduğunu bildirərək, Səbihə Göyçənin erməni deyil, Bosniyalı olduğunu bildirmişdir və bununla da bu mövzunun müzakirəsinə nöqtə qoyulmuşdur. Səbihə Göyçən türk əsilli türk qızı, Türk qadınıdır. Çünki bu şücaət ancaq Türk qadınında ola bilər!

07/01/2016 tarixində Maraqlı məlumatlar içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 1 Şərh.

  1. İstanbulun iki hava limanından biri bu Qadının adınadır, indi bildim düzü.
    Maraqlı oldu, Sevinc, təşəkkür edirəm.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: