Ballı tort

image

Ballı tort

Lazım olan ərzaqlar:

Kərə yağı – 60 qram
Bal – 1 x/q
Yumurta – 3 ədəd
Şəkər tozu – 1 stəkan
Çay sodası – 0,5 ç/q
Aparana qədər un

Krem üçün:
Süd – 2 stəkan
Şəkər tozu – 2 stəkan
Yumurta – 2 ədəd
Un – 6 desert qaşığı
Yağ – 400 qram
Vanil – 2 paçka

Hazırlanması:
Əvvəlcə kremi bişiririk. Yumurtanı şəkər tozu, süd ilə çalırıq, un əlavə edib yaxşıca açırıq ki, düyün qalmasın. Sonra bu qarışığı orta odda qaynayanadək əl götürmədən bişiririk. 1-2 dəqiqə qaynayandan sonra söndürürük. Tam soyuduqdan sonra yağ, vanil əlavə edib mikserlə çalırıq.
Xəmir üçün su hamamı hazırlayıb (qazanın içinə ortasına qədər su əlavə edin, qazanın ağzına yerləşə biləcək bir qab əlavə edin) bura balı, şəkər tozunu və yağı əlavə edirik. Şəkər tozu tam əriyəndə kənarda yaxşıca çalınmış yumurtaya soda əlavə edib qarışdırırıq və asta sızıntı ilə isti kütləyə əlavə edirik. Bir əlimizlə də əl götürmədən qarışdırırıq. Qabdakı kütlənin miqdarı xeyli artacaq. Köpüklü kütlə alınan kimi qabı su hamamından götürüb 2 stəkan un, vanil əlavə edirik. Qaşıqla qarışdırıb soyumağa qoyuruq. Kütlə tam soyuduqdan sonra lazım olacaq qədər un əlavə edib yumşaq xəmir alırıq. Xəmirdən kündələr tuturuq, nazik yayıb bişməyə qoyuruq. Çox qızarmamaq şərtiylə bişiririk. Bir kündəni isə bir qədər qızardırıq, bu, üstünün ovuntusu üçün lazım olacaq. Tam soyuduqdan sonra üst-üstə qoyub hər qata krem çəkirik. Sonda isə üstünü ovuntu ilə, istəyə görə şokoladla bəzəyirik. Ballı tortun bəzəyi sadə olmalıdır, ona görə də bu qədəri ilə kifayətləndim. Nuş olsun.💐🌹😘

07/01/2016 tarixində Mətbəximiz içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 13 Şərh.

  1. Əllərinizə sağlıq , Sevincim. Mən bir dilimini yedim artıq 🙂

    tərəfindən bəyənildi 1 şəxs

  2. Aysel, salam, bilirsenmi ki, menim dequstatorluq huquqlarimi pozmusan 😀 Sevinc deyib ki, hemishe birinci dadina sen bax bishirdiklerimin 😉 Zarafat yani 😘 Yaxshi, incime, halalin olsun, men zaten bu tortun dadini bilirem. Tek kelme ile ifade edecem: MUKEMMEL 💐🌺🌸🌻🌹🍂💐🌾🌼
    Gulmeceler Sonaya mexsusdur, muellif huquqlari qorunur 😅
    Yeyenlere nush olsun, eybi olmaz biz baxib doyariq 😢

    tərəfindən bəyənildi 1 şəxs

  3. İnanmıram sənə ciddi rejim lazım ola, sən nə yeyib- içdiyini çox gözəl bilirsən😘😘💖💖

    Bəyən

  4. Sevinc, sizin emailinizə yazmışam, baxın zəhmət olmasa 🙂

    Bəyən

  5. Ayyyy çooooox təşəkkür edirəm, Sevincim 🙂 Salam, Sonayın maması, çox sağolun 🙂

    tərəfindən bəyənildi 1 şəxs

  6. Gözəl bacım, bu nə gözəllik? Əllərinə sağlıq, evin daima ruzili olsun. Yoldaşım ballı tortu çooox sevir, özü də evdə bişirilənini. Doğum günü yaxınlaşır və söz vermişəm ki, bişirəcəm. Mənim reseptim bir az fərqlidir, səninki ondan asan gəjldi. Bu dəfə mütləq sənin reseptinlə edəcəm, əminəm ki, çox yaxşı olacaq. Amma yenə hansı temperaturda bişirilir yazmamısan haaa.

    Bəyən

    • Gözəl görən gözlərin var olsun, canım.💐💖🌹🌷sən bu dəfə sına bunu, amma düzünü yaz)) Temperaturla heç işim yoxdu da mənim. Hardasa 150-160 arası olsun. Amma qeyd edim ki, məndə qaz sobasıdır.
      Yoldaşını da indidən təbrik edirəm. Bir yastıqda qocalın, oğul toyu görün, oğuldan da nəvə qismətiniz olsun.
      Bu tortun qədəmi çox uğurlu oldu deyəsən, ad günlərinə qismət oldu. Allah davamını da xeyirli gətirsin inşAllah…

      Bəyən

  7. Yenə kişinin doğum günü yaxınlaşıb, sabah bu tortdan bişirəcəm.O dəfə niyə nəticəni yazmamışam bilmirəm, amma bu dəfə bişirə bilsəm mütləq yazacam.

    Bəyən

  8. Sözümü tutmadım, Sevinc. Nübarın resepti ilə bişirdim.Bəyənildi.Sağ ol, Nubar.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...