Yumurta haqqında bilmədiklərimiz

image

Yumurtanın təzəsi qida maddəsi kimi olduqca faydalıdır. Yarıbişmiş yumurta qüvvəli yemək sayılır. Yumurtanı qaynar suya salıb 1-2 dəqiqə saxladıqda yarıbişmiş hesab olunur.
Yarıbişmiş yumurta südü əvəz edə bilir.
Yumurtanın qabığı soyuq və quru, ağı isə soyuq və rütubətlidir. Sarısı istilik verəndir. Bədən tərəfindən tam sərf olunur, aztullantı verir, bədəni və ürəyi qüvvətləndirir, mədə və bağırsaq və sidik kisəsi üçün faydalıdır. Qanitirmədən törənmiş zəiflik hallarında yumurta yemək münasibdir.
Sidik kisəsi iltihabı zamanı çiy yumurta sarısı yemək münasibdir. O səsi təmizləmək baxımından da yaxşıdır. Çox yemək mədəyə ziyandır, böyrəkdə daşlaşma verir. Çox bişmiş halda yeyilən yumurta gec həzm olunur.
Gül və çobanyastığı yağı ilə yumurta sarısının qarışığından təpitmə qoymaq şişləri yatırır, yumşaldır.
Yumurta ağını və sarısını içmək orqanizm üçün çox faydalıdır.


Yumurta ağının təpitməsi göz ağrısını, od və isti sudan olan yanıq üçün, yanığın yerinin sulanması zamanı və gündən olan yanıq yerinə sürtmək üçün faydalıdır.
Yumurta qabığı təmziləyici və quruducu xüsusiyyətə malikdir. Onun külə çevrilməmiş (qaralmaq həddinə çatana qədər) yanığı narın toz halında nəfəslə buruna sovrulduqda burundan qanaxmanı kəsir.
Yumurtanın sarısından alınan yağ istilikverici xassəyə malikdir. Babasil və diş ağrısı üçün münasibdir. Bu yağ baş tükünün tökülməsini saxlayır, yeni tük yaranmasına kömək edir. Yumurta sarısının yağını almaq üçün onu dəmir tavaya töküb od üzərində bişirirlər. Bu zaman ondan alınan yağ dənəciklərini toplayırlar.

İndi isə şəklə diqqət edin. Bu şəkil vasitəsilə siz də aldığınız yumurtamln təzə bə ya köhnə olduğunu asanlıqla yoxlaya bilərsiniz.

image

 

04/01/2016 tarixində Sağlamlıq içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.

  1. Men de ne kimi faydali qida var onu sevmirem de 😔. Ushaqlar shukur Allaha sevirler, Elhemdulilleh evimizden eksik olmur. Faydali, hem de el chatan yemekdir yumurta. Faydali xebere gore Sevince teshekkurler 💐🌺🌸

    Bəyən

  2. Hələ az yazdım, lap çoxsan💖💖💖💖

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: