Uşaqlarda qəbizlik problemi

image

Uşaqların ən sıx yaşadığı sağlamlıq problemlərindən biri olan qəbizlik valideynləri cin atına mindirən bir problemdir desək yanılmarıq. Qəbizlik körpələrin nəcis xaric etmə tezliyində azalmaya, sərt və ya ağrılı xaric etmə halının baş verməsinə, temperatur, qusma, nəcisdə qan, çəki itkisi kimi problemlərin yaranmasına da gətirib çıxarır. Oyun oynayarkən tualet ehtiyacını gecikdirmə, yanlış qidalanma, ilkin tualet öyrədilməsində yanlışlıq kimi amillər qəbizlik əmələ gəlməsində əaas rol oynayır.
Uşaqlarda qəbizliyin bir çox səbəbi var:
Uşaqların gündəlik nəcis xaric etmələri düz bağırsaqda təkrar ifrazat yığımının qarşısını almaq, qalın bağırsağın sağlam bir quruluşa sahib olmasını təmin etmək baxımından çox əhəmiyyətlidir. 1-4 yaş arasındakı uşaqların bağırsaq hərəkətləri normaldırsa, gündə 1-2 dəfə, bir qismi isə günaşırı olaraq bu tələbatlarını ödəyərlər. Ancaq bəzi səbəblər üzündən körpələrdə və uşaqlarda qəbizlik inkişaf edir, bununla da gündəlik nəcis xaric etmə miqdarı azalır.
Valideynlər uşaqlarının ayaqyolu vərdişlərini təqib edərək qəbizliyin qarşısını ala bilərlər. Ağrılı bağırsaq hərəkətləri olan uşaq, ağrıdan qaçmaq üçün tualet ehtiyacını ödəməkdən çəkinəcək və zamanla ifrazatı saxlamağı vərdiş halına salacaqdır. Bu isə uşaqlarda tədricən xroniki qəbizlik inkişafına yol açacaqdır. Uşaqların tualet ehtiyacını təxirə salmasını əngəlləmək məqsədilə valideynlər uşaqlarını təqib etməli və bu mövqeyini dəyişdirməsi üçün səy göstərməlidirlər. Ana və ya ata uşağın ifrazatının gəldiyini ayaqlarını çarpaz etməsindən, dəyişən üz ifadəsindən anlamalıdırlar. Qəbizlik, həmçinin ifrazatını gecikdirməyə alışan uşaqda bir müddət sonra düz bağırsağı genişləndirəcək və qaz yaranmasına səbəb olacaqdır. Bu zaman isə qazla birlikdə nəcis uşağın alt paltarına bulaşacaqdır. Ailə uşağın çirklənən alt paltarını görəndə onu danlamamalı, hətta günahı özündə axtarmalıdır.
Həmçinin uşaqların tualetə öyrədilməsi də qəbizlik inkişafında mühüm rol oynayır. İlkin tualetin başa salınması uşaqda tualetini etməyi vərdiş halına gətirə bilər.
Qidalanma uşaqların bağırsaq sağlamlığında təsirlidir.
Maye qida qəbulundan qatı qida qəbuluna keçildiyi dövrdə də qəbizlik yaşana bilər. Lifli qida qəbul edilməsi bağırsaq hərəkətlərinin normal axarına yardımçı olur. Ailə ilə birlikdə səfərə çıxmaq, dərmanlar, inək südünə olan allergiya, genetik amillər də qəbizliyin yaranmasına yol açan amillərdəndir. Qəbizliyin müalicəsi üçün, qəbizliyin müddəti, alınan dərmanlar, tualetə getmə tezliyi, nəcisin forması, qanaxma olub olmaması qiymətləndirilir. Xroniki qəbizlik müalicə edilmədiyi hallarda, başqa sağlamlıq problemlərinə də yol aça bilir. Uzun müddət qəbizliyi olan uşaqların etinasızlıq edilmədən mütəxəssis bir həkimə göstərilməsi lazımdır. Uşaq xəstəlikləri mütəxəssisi tərəfindən qarında şişlik, kütlə, qanaxma olub olmadığına baxılır. Sonra keçiriləcək rentgen müayinə ilə bağırsaqların vəziyyəti, nəcisin yeri və miqdarı təhlil olunur. Müayinə və rentgen görüntüləmə nəticələrinə görə müalicə planlaşdırır.

04/01/2016 tarixində Sağlamlıq içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 2 Şərh.

  1. Çox şükür mən belə problem yaşamamışam uşaqlarla. Bildiyim, eşitdiyim qədəri ilə yaman əziyyətli prosesdir. İnşəAllah yararlanan valideynlər olacaq. Təşəkkürlər Sevincimizə 🙂

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: