Ürəyinizdə bu xəyanətin izi qalsa belə, bağışlamağı bacarın…

image

Bir çox cütlüklərin kabusuna çevrilən xəyanət artıq geniş şəkildə araşdırmalara səbəb olub. Araşdırmalarda “Kişi və qadın nədən bir-birini aldadır və necə aldadır”, “Hansı vəziyyətlərdən yoldaşınız və ya sevgiliniz şübhələnə bilər və bu halda siz necə davranmalısınız” kimi suallara cavab tapmağa cəhd edilir. Texnikanın inkişafı demək olar ki, xəyanətin “yollarını” daha da asanlaşdırıb desək, yanılmarıq. Məsələn, kimsə telefonuna gizli gələn zəngi və ya mesajı silməyi unudub, bu, haqlı olaraq şübhə toxumlarının cücərməsinə səbəb ola bilər. Başqa bir misal, yoldşınız son zamanlar işdən gec qayıdır, “iclas var idi”, “iş görüşməsi idi”, “əlavə işə ehtiyac var idi” kimi bəhanələr gətirir, amma məvacibi əvvəlki qaydasındadır, bu əlavə işlərə görə heç bir artım yoxdur. Deməli, şübhələnməyə əsas var. Daha bir bəhanə isə cinsi həyatla bağlı ola bilər. Əvvəlki kimi sizlə yatağını paylaşmır, tez-tez idman salonlarına gedir, özünə baxımı artırıbsa, mütəxəssislər “aman, diqqət!” deyirlər.

Ümumi olaraq mütəxəssislərin gəldikləri bir neçə qənaət var ki, onları da sizin nəzərinizə çatdırmaq istərdim. Məsələn, kişilər aldatmağa niyə meyilli olurlar? Qadınlar bir ömür boyu bir kişiylə yaşamağı düşünüb, onu bacardıqları halda, niyə kişilər bunu etməkdə çətinlik çəkirlər?
Aldatmalar hər zaman evlilik dönəmində problemlər yaşanır deyə baş vermir. Çoxları etdikləri seçimlə, öz həyat yoldşları arasında gözəllik fərqini əsas götürür və ya cinsəl həyatda “başa düşülməməyi” əsas gətirirlər. Yeni bir macəra yaşayacaqlarını düşündükcə “yox” deyə bilmirlər.

Başqa bir səbəb isə kişilərin yaşlandıqca onların daha gənc və yaraşıqlı bir qadına yaxınlaşmaq istəyinin artmasıdır.
Qadınlara aldadılmaq mövzusunda nə məsləhət görülür?
Aldanıb- aldanmamağı öyrənmək və ya bilmək əslində çox çətindi. Şübhənizdə tam qərarlı deyilsinizsə, kəskin addım atmaqda tələsməyin. Həmin andaca yoldaşınızı günahlandırmağa qalxıb, gərginlik yaratmayın. Şübhələnirsinizsə, bütün addımlarını ciddi nəzarətdə saxlayın, daha sonra qərar verin. Unutmayın … aldadan kişilər, bir andaca dəyişməyi bacarır, tamam başqa birinə çevrilirlər. Bir məsləhət daha, heç vaxt şans verməkdən çəkinməyin. Ola bilər ki, verdiyiniz bu şansla yoldaşınız əvvəlkindən daha sıx sizə bağlana bilsin…Ürəyinizdə bu xəyanətin izi qalsa belə, bağışlamağı bacarın…

04/01/2016 tarixində Ailə dünyası içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 2 Şərh.

  1. Mənim ən sərt mövqedə olduğum mövzudur xəyanət 😦
    Ümumiyyətlə, əgər kişinin təbiətində xəyanətə meyl varsa, gözəllər gözəli, ən sözə baxan qadın olsan da, dünyanın nazını-nemətini hazırlayıb, süfrəsinə də qoysan, yenə bir qəmbərqulu tapıb, xəyanət edəcək. Ona görə də, özünü günahlandırmağa dəyməz 🙂
    Amma bu bağışlamaq məsələsi ki, bir balaca qəliz məsələdir, bir dəfəyə bir söz demirəm, amma ikinci, üçüncü, dördüncü,… mümkünsüzdür mənim aləmimdə.
    Təşəkkürlər, Sevinc, mnədən bu qədər. Görək digər istifadəçilərimizin fikri necədir?

    Bəyən

  2. Bunu tam doğru söylədin, mələyim. Qızıldan don geyinib, qızıl qablarda yemək versən də, ağzından da söz əvəzinə dürr də tökülə xeyri yoxdur, gedən gedəcək…
    Bağışlamaq ancaq birinci dəfədə mümkündür, ikinci dəfə bağışlasan da yoluna qaytara bilməyəcəksən.
    Nə olardı dünyamız xəyanətdən uzaq olsaydı?!😠😏😏

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: