Sevgi nədir

image

İstək

Elm sübut edir ki, insanda orta hesabla mindən çox duyğu hissi vardır. Bu qədər duyğu hissləri arasında istək, sevgi və şəfqət əsas yer tutur. Bu hisslər Allahın insan qəlbinə qoyduğu əvəzsiz bir nemətdir. Bir əxlaq alimi bu barədə belə deyirdi: “Əgər Allah istədiklərinizi verməz olsaydı, sizə heç istəmək hissini də verməzdi.”
İstək və sevgi həm anadangəlmə, həm də sonradan qazanılan olur. Məsələn, valideyndəki övlad hissi anadangəlmə sevgiyə misal ola bilər. Diqqət yetirsək, şüursuz canlılarda da istək, sevgi, şəfqət hissinin olduğunu görərik. Bir bitkinin özünün həyatını davam etdirməsi, yaşaması, boy atması üçün torpaqdan, havadan müəyyən şeylər istəyir. Heyvanların da yeməyə, suya, qayğıya, nəvazişə ehtiyacları vardır və onlar bunu istəyirlər. Heyvanların belə qəlbinə öz balalarına qarşı sevgi hissi qoyulmuşdur.
Varlığı anlamağa başlayan insan üçün dünya, ondakı canlı, cansız nə varsa, hər şey yeni bir dəyər qazanır, başqa bir əhəmiyyət kəsb edir. İnsan tanımağa başladığı hər bir şeyə qarşı qəlbində bir hiss duyur: bəziləri xoşuna gəlir, bəzilərindən xoşlanmır. Xoşuna gələnlərin daim davam etməsini arzu edir, başqa sözlə onları istəyir.
Fiziki və mənəvi istək. İnsan həm fiziki, həm də ruhi varlıq olduğundan, ondakı istək də həm fiziki, yəni bədənin istəkləri, həm də mənəvi, yəni ruhun istəkləri şəklində olur. Məsələn, bədənimiz öz varlığını saxlamaq üçün zaman-zaman yemək, içmək, hava istəyir. Ürəyimiz bəzən acı, bəzən şirin, bəzən yağlı, yaxud başqa bir şey arzu edir. Bu istəklərə biz aclıq, susuzluq, tənəffüs və s. deyirik. Ruhun da istəkləri var, düşünmək, sevinmək, şənlənmək, hətta kədərlənmək, lovğalanmaq və s.
Onu da qeyd etmək lazımdır ki, istər bədənin, istər də ruhun bütün istəklərini yerinə yetirmək hər zaman xeyirli olmur. Məsələn, acmış adam normadan çox yeyərsə, susamış adam normadan çox su içərsə, fayda əvəzinə zərər görmüş olar.
Ruhu istəklər də yerinə yetirilməzsə, ruhumuz xəstələnər. Lakin ruhun hər istəyini də artıqlaması ilə vermək yanlışdır. Məsələn, ruhumuz dincəlmək istəyir. Əgər biz norma daxilində bu istəyi yerinə yetiririksə, ruhumuz təzələnər, səmərəli işləmək, oxumaq, çalışmaq üçün yeni qüvvə qazanarıq. Əksinə, lazım olduğu qədərdən artıq dincəlmək isə insan bədənini dincəlmək əvəzinə yorar, onu tənbəlliyə alışdırar, süstləşdirər, insanı faydalı işlər görməkdən uzaqlaşdırar.

Eyni sözləri digər ruhi hisslər barəsində də demək olar. Ona görə də, insan öz istəyini yaxşı bilməlidir. Nə istəyir? Nə üçün istəyir? Nə qədər istəyir? Ən başlıcası isə kimin üçün istəyir?
Bu suallara cavab tapmadan, bunlar üzərində düşünmədən istəmək insanı səhv yola apara bilər, ondakı insani dəyərləri məhv edər, insanı insanlıqdan məhrum edər. Çünki istəyin növbəti mərhələsi, daha güclü forması sevgidir. Əgər insan öz istəyinə nəzarət edə bilməsə, sevgisi də nəzarətdən çıxar, şüurlu sevgidən kor-koranə sevgiyə çevrilər.
Əxlaqımızın nümunəsi sevgili Peyğəmbərimiz bu barədə belə demişdir: “Nə qədər ki, özünüz üçün istədiyinizi, sevdiyinizi mömin qardaşınız üçün də istəmirsiniz, sevmirsiniz, həqiqi inanca sahib olmaq səviyyəsinə yüksələ bilməzsiniz.”

Sevgi


Yuxarıda da dediyimiz kimi, istəyin daha güclü formasına sevgi deyilir. İnsan çox istədiyi şeylərə çox aludə olursa, istək sevgiyə çevrilir. Sevgi bütün canlılara məxsus, insanda isə şüurlu şəkildə mövcud olan hissdir.
Bu tərifdən göründüyü kimi, istək kimi sevgi hissi də bütün yaradılanlarda vardır. İstər insan cəmiyyətinə, istərsə də heyvanlar və bitkilər aləminə nəzər salsaq bunun ən bariz nümunələrini müşahidə edərik. Hər hansı bir heyvana nəvaziş göstərsək, ona qayğı ilə yanaşsaq, qarşılığında onun bizə qarşı xoş münasibətini, hətta bizə bağlılığını, sədaqətini də hiss etmiş olarıq. Tarix boyu at, it, pişik, hətta vəhşi heyvanlarla belə insanların dostluğuna, onlar arasında sədaqətə dair hadisələrə, faktlara çox rast gəlinib.
Sevgi İlahi nemətdir, Allahın xoşuna gələn hissdir. O, bütövlükdə insanı dəyişir, onu fədakar edir. Sevgidən şəfqət doğur. Hər kəs sevdiyinə şəfqət göstərər, ona qarşı mərhamətli olar, onun nöqsan və qəbahətlərini görməməyə çalışar. Ürəyində sevgi olan insan sevdiyi uğrunda hər şeyə hazır olar – lazım gələrsə ac da, susuz da qalar, hər cür əziyyət də çəkər – təki sevdiyinə bir xətər toxunmasın, təki o məmnun olsun.

Məhz sevgi hissi sayəsində ana balası üçün özünü hər təhlükəyə atar. Sevgi hissi sayəsində övlad valideynləri üçün hər cür fədakarlıq edir. İnsan müəlliminə, dostlarına, qohum-qonşusuna olan sevgisi sayəsində onlarla rahat həyat sürür. İnsanların qəlbində torpağına, dövlətinə, bayrağına sevgi hissi olmasaydı, üzərində gəzdiyimiz bu torpağa Vətən deyib onun uğrunda qan tökməz, can verməzdilrər. Demək sevgi bir tək insanı deyil, bütöv cəmiyyəti saxlayan, onu möhkəmləndirən İlahi nemətdir. Sevgisiz həyat mümkün deyildir. Sevgi insanlar arasında, insanla onu əhatə edən aləmlər, kainat arasında bir əlaqə vasitəsidir. Sevgi ilə dostluq, qardaşlıq bağları güclənir, sevgi ilə qəlblər birləşir, könüllər qovuşur.

02/01/2016 tarixində Ailə dünyası içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 22 Şərh.

  1. Reblogged this on Sevincli Dünya və şərh edildi:

    Dünyanı sevgi xilas edəcək…

    tərəfindən bəyənildi 1 şəxs

  2. Allah qəlbimizdən sevgi, mərhəmət hissini əskik etməsin.
    Ürəkaçan xəbər üçün Sizə çox təşəkkür edirəm, Sevinc. Allah sizdən razı olsun.

    tərəfindən bəyənildi 2 şəxs

  3. Salam Sevinc xanim necesiz? İndi gördüm sehifesinizi silmisiz. Çox üzüldüm doğrusu(((

    tərəfindən bəyənildi 2 şəxs

  4. Salam Sevinc xanim.necesiniz😔Menede qizlar dedi sehifenizi dondurmusunuz.O qeder pis olduqki.Gülnar cox üzgün.kaskı sizden bir xeber bilsek.Allah komeyiniz olsun.İnsAllahki yaxsisiniz.her zaman dualarimizdasiniz.Unutmayın sizi cox cox isteyirik.Gulnar dedi menim adimdanda yaz soruş😔İnsAllah cavabinizi gozleyirik

    tərəfindən bəyənildi 2 şəxs

  5. Günel Fərhadqızı (Gunel Farkhad Emin)

    Reblogged this on Günel Fərhadqızı Eminzadə (Antimental).

    tərəfindən bəyənildi 2 şəxs

  6. Ay ureyim sen hardasan axi😔😔😔 imeyle de yaziram yazmirsan. Yaxwisan inwaAllah. Allahim qorusun seni ezizim. Bax men deli olmuwam burda.senki bele etmezdin😔senki meni nigaran qoymazdin😔😔😔😔

    tərəfindən bəyənildi 2 şəxs

  7. Axşamin xeyir olsun Sevincim.Sevgi derin bir mövzudur, bu barede illerle yazsaq bitmez.Var dogmalarina olan sevgi, var aileye olan segi,øvlad sevgisi yaşamasamda anlayişim var deyerdim.Amma tanimadan, görmeden, baglandigin birini sevmeyin var oldugun, senin xebersiz gedişinizle anladim.İcimde boyuk bir bösluq, teklik hissi yaşadim.Saata baxdim 46 deqiqedir gözumden sakitce yaš axir.Niye bilmirem,belke budur sevgi dediyimiz?! Bu gun anami itirdiyim gundur, sehifeme girdim paylasma etmete, gördum siz toxsunuz, donub qaldim. Niye axi xebersiz getdiniz? Bu qeder asandirmi seni sevenleri qoyub getmek??Ïnsan sevdiyi birinden ayrilmagin getmeyin ne oldugun siz menden gözel bilirsiniz axi!!!
    Siz getmekle rahatliq tapacaqsinizsa olsun buda xoşdur mene. Bileceyem ki sevdiyim insan rahatdir.Men sevdiyime eziyyet etmeyi bacaran biri deyilem.Sevdimse tam severem, temennasiz severem!
    Bilirsiz sevgini gözle görmek mumkun deyil, ona göre sevdiyine toxundugunda gözlerini yumarsan.Onu hiss edib yaşamaq ucunen toxunmadan da severem seni, görmeden de severem seni,birce sevgimde qiruyub saxlayim seni.Sevgi qarşiliqli olanda daha gözel olur.Anlatdigim sevgiden mende sizden bir damla qazana bilmişemse, bir gun bu sevgi sizi dònerecek mene.Belkede, belkede dönderdi, bilmirem😔😔😔

    tərəfindən bəyənildi 2 şəxs

  8. Sabahın xeyir Sevincim. Ne olub , niye inst sehifene girmek olmur? Ne olub gözelim. Allah kömeyin olsın canım, nigaran oldum.

    tərəfindən bəyənildi 2 şəxs

  9. Sevgi doğurdan da bize bexş edilmiş en gözel lütfdür. Amma esas sevgi bu hissi bize ermağan edene yöneldilmeli deyib böyüklerimiz. Sevgini esl layiq olana ve sahibine yöneldince bütün sevgileri sığdıracaq qeder geniş olur qelbimiz de. Gözel mövzuya toxunmusunuz. Sevgiler.

    tərəfindən bəyənildi 2 şəxs

  10. Bir çox insana faydalı bir məqalədir. Təşəkkür edirəm

    tərəfindən bəyənildi 1 şəxs

  11. salam, salam alikum !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!>>>>>>>>>>>>>>>>>>>>>sevin

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: