Həmrəylik – Ümumdünya birlik günü

image

Həmrəylik günü…nədir həmrəy olmaq? Haradan başlayır həmrəylik? Kökü, təməli nəyə söykənir bu fikrin? Həmrəy olmasaq nələr baş verə bilər?
Sadə dillə izahını verməyə çalışacam. Həmrəy olmaq həmfikir, yekdil olmaq deməkdir. Həmrəy olmaq çəkici eyni mərkəzə döyməkdir. Həmrəy olmaq əl-ələ addımlamağı bacarmaqdır, həmrəy olmaq məqsədə doğru gedən yolları ayırmamaqdır. Həmrəy olmaq keçilməz yollarda birgə addımlayıb büdrəməmək, həmrəy olmaq dağları aşmaq, həmrəy olmaq zirvələrə ucalmaqdır…
İnsan necə həmrəy ola bilər? Həmrəy olmaq ilk öncə ailədən başlayır. Çəkici eyni mərkəzə vurmaq misalını boşuna çəkmədim. Bəli, bir ailənin daxilində həmrəylik olmazsa, o ailənin nə ruzisi olar, nə də o ailəyə xoşbəxtdir deyilə bilər. Dünyaya göz açan körpə ağlı kəsəndən görməli, bilməlidir ki, ailədə söz birliyi var. Yaşı irəliləyib yaşının üstünə yaş gəldikcə hiss etməlidir ki, ailədə vahidlik hökm sürür. Əgər iynə ucu boyda olsa da hiss etsə ki, ailə üzvləri arasında bir parçalanma var, ata pulunu evdəkilərdən gizlədir, ana atadan xəbərsiz pul xərcləyir, bacı, qardaş əyri yollarla pul əldə edib gizlətməyə çalışırlar, o zaman onun özü də buna meyilli olacaq. Və nəticədə nə həmrəylik, nə həmcanlıq olacaq. Burada ancaq anarxiyadan nümunələr özünü göstərəcək.
Bu kiçik dövlət olan ailənin timsalında çəkdiyim misaldır. Davamı olaraq isə böyük dövlət, yəni yaşadığımız Azərbaycan dövləti, Vətənimiz üçün də müqayisə apara bilərik. Çoxunuz şahidsiniz, həm də deyərdim ki, son illərin ən aktual mövzusuna çevrilib – “haralısan, hansı bölgədənsən?” ifadəsi. Bir Vətənin övladları ola-ola az qalırıq düşmən kəsilək bir-birimizə. Dinimiz bir, dilimiz bir, Ana Vətənimiz eyni – həmrəy olmaq üçün bizə başqa nə lazımdır ki?! Azərbaycanın hansı bölgəsindən olmaq sənin milliyyətinimi dəyişəcək?
İndi gəlin Azərbaycandan kənarda yaşayan, qürbətdə Vətən həsrəti ilə yaşayanları düşünək. Dinləri ayrı, dilləri ayrı, adət-ənənəsi yad bir məkan. Küçədə, bazarda, dükanda doğma söz eşidib, doğma sima görəndə az qalırlar kimliyindən asılıı olmayaraq qucaqlayıb doğmalıq qoxusunu duyalar. Onların çoxu müəyyən və qeyri-müəyyən səbəblərdən doğma yurdlarından aralı düşməyə məcbur olublar. Lakin hamısının ürəyində də bir vətən nisgili var. Vallah dünyanın cənnət bildiyiniz guşəsi insanın doğma bildiyi vətəninin bir qarış quru torpağından belə qiymətli deyildir.
Əslində həmrəylik günü necə yaranıb bilirsinizmi? Bu günün əsası 1989-cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhədinin (SSRİ – İran sərhəddinin) dağıdılması ilə qoyulub. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan millətinin Arazın hər iki sahilində sərhəd yürüyüşü – Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, o taylı – bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Sonra bu təşəbbüs mərkəzi hakimiyyətin də dəstəyini qazandı və artıq bütün Azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir.
Deməli, həmrəylik birləşmək, gücü, qüvvəni, elmi, biliyi bir araya gətirmək deməkdir. İstər ailədə, istər dövlətdə, istərsə də vətəndən uzaqda yaşayan doğmalarımız arasında bir birlik, bir həmrəylik olmasa biz millət kimi millət olarıqmı? Yox, birmənalı olaraq yox!
Dövlətimizin bütövlüyü, torpaqlarımızın azad olması, o taylı-bu taylı Azərbaycanın bütövlüyü xatirinə, Dünya Azərbaycanlıları, gəlin həmrəy olaq!

Həmrəy olaq ki, gücümüzü üstümüzdə ağalıq etmək istəyən dövlətlər də görsün. Həmrəy olaq ki, cənnət qədər gözəl Qarabağımız gözüyaşlı düşmən əsirliyində inləməsin! Həmrəy olaq ki, Arazın o tayındakı soydaşlarımızın taleyinə biganə qalmayaq. Həmrəy olaq, həmrəy ola bilsək, həm də xoşbəxt olarıq…

31/12/2015 tarixində Tariximiz, Yazılarım içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 5 Şərh.

  1. Həmişə həmrəy olaq

    Bəyən

  2. Çox gözəl yazı….

    tərəfindən bəyənildi 1 şəxs

  3. Mən bir söz soruşmaq istəyirdim, hansı fontdan istifadə edirsiniz?

    tərəfindən bəyənildi 1 şəxs

  4. Çox gözəl

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: