Səhər yeməyi uşaqlar üçün çox vacibdir

image

Anaların uşaqlara yemək yedizdirməsi problemi hər zaman aktual olaraq qalacaq. Bizim bu mövzuda bir neçə xəbərimiz olsa da, yenidən müraciət etmək qərarına gəldik. Çünki səhər yeməyini yemədən evdən çıxan uşaqlarda böyüyüncə bir çox problemlərin yaranacağı faktdır. Uşaqları səhər yeməyinə alışdırmaq vacibdir. Xüsusən də məktəbli uşaqları. Bu mövzuda hər iki tərəfin narazılıqları olar. Analar uşağın səhər yeməyi yeməməsindən şikayətçi olar, uşaqlar doyunca yata bilməməkdən. Yemək niyə yemirsən, deyəndə də: vaxtım çatmadı, gecikirəm deyə, cavab verərlər. Halbuki, səhər yeməyi inkişafda olan orqanizm üçün ən vacib olanıdır. Bütün bunları əsas tutaraq, bu günkü mövzumuzla analara yardımçı olmaq istəyirik. Bir neçə sadə, həmçinin uşaqların imtina edə bilməyəcəyi resepti diqqətinizə çatdırmaqla işinizi yüngülləşdirəcəyik, əziz analar! Təqdim etdiyimiz reseptlərdən istifadə edərək uşaqlarda səhər yeməyinə həvəs və maraq yaradın.

 

Meyvəli, yulaflı püre

Lazım olan ərzaqlar:

• 1 stəkan çiyələk
1 ədəd banan
Qabığı soyulmuş yarım şaftalı
1 stəkan süd
1 stəkan yulaf əzməsi

Hazırlanması:

Bütün ərzaqları blenderə qoyun və eyni hala gələnə qədər qarışdırın. Bir qaba boşaldın, üzərini bəzəmək üçün bir az kakos və təzə nanə yarpağı qoyun.

 

Tərəvəzli omlet

Lazım olan ərzaqlar:

• 2 ədəd yumurta 
4 ədəd göbələk
1 ədəd soğan 
Yarım stəkan yaşıl noxud
1 çay qaşığı zeytun yağı

Hazırlanması:

Göbələyi və soğanı xırda doğrayın. Zeytun yağı tökdüyünüz tavada soğanı, göbələyi, noxudu qovurun. Yumurtanı bir qabın içinə qırıb köpüklənincə çalın. Tərəvəzlər qovrulduqdan sonra yumurtanı əlavə edib bişirin.


Asan pizza

Lazım olan ərzaqlar:

4 dilim çörək
1 ədəd iri pomidor
1-2 ədəd bibər
6-7 ədəd zeytun
Holland pendiri
Kərə yağı

Hazırlanması:

Pomidoru kub şəklində doğrayın. Zeytunun çəyirdəyini çıxarıb dilimləyin. Bibərləri xırda doğrayın. Hamısını bir qabın içində qarışdırdıqdan sonra çörəyin üzərinə yayın. Daha sonra rəndələdiyiniz pendiri bura əlavə edin. Hər dilimin üzərinə kiçik parça kərə yağı qoyun, 180 dərəcədə pendir əriyincə bişirin.

30/12/2015 tarixində Sağlamlıq içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.

  1. Allaha çox şükür bizim belə problemimiz yoxdur. Səhər hamı süfrə başına toplaşır və normal səhər yeməyi yeyirik uşaqlı-böyüklü, bir az Sonay cığallıq edir hərdən. Onun da yola gəlməsini bilirik. Asan pizza xoşuma gəldi, həftəsonları üçün eləmək olar İnşəAllah.
    Faydalı xəbərə görə təşəkkür edirəm, Sevinc.

    Bəyən

  2. Seher yemeyi coox xeyirlidi.Evveller problemimiz olurdu .Cox sukurki usaqlar bir az boyuyub deye seherler nahar etmemis derse getmirler.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: