Səhnəmizin sönməyən Günəşi — ZEYNƏB XANLAROVA

image

Əziz dostlar, bu gün dünya şöhrətli müğənnimiz, incəsənətimizin sönməyən Günəşi Zeynəb Xanım Xanlarovanın doğum günüdür. Bu münasibətlə Zeynəb Xanımı ürəkdən təbrik edib, ona uzun ömür, can sağlığı arzulayaq. Və gəlin Zeynəb xanım haqqında bilmədiklərimizi birgə öyrənək.

Zeynəb Yəhya qızı Xanlarova 1936-cı il dekabrın 28-də Bakı şəhərində anadan olmuşdur. Bakı Məktəbəqədər tərbiyə məktəbini və Asəf Zeynallı adına Musiqi məktəbini bitirmişdir.
SSRİ-nin və Azərbaycanın xalq artistidir. Azərbaycan Dövlət mükafatı laureatı, Ümumittifaq “Qızıl val” mükafatı laureatıdır. “İstiqlal” və “Şöhrət” ordenləri ilə təltif edilmişdir. Əlcəzairin və Özbəkistanın fəxri vətəndaşıdır. Müğənni (lirik soprano), SSRİ xalq artisti, 1961-ci ildə Bakı Musiqi Məktəbində S. Şuşinskinin sinfini bitirib.
Zeynəb Xanım haqqında qısa məlumatdan sonra yazıma elə Zeynəb Xanımın öz sözü ilə başlamaq istərdim: “Mən Zeynəbəm, Zeynəb kimi çıxmışam həmişə səhnəyə, Zeynəb kimi qalmağıma səbəb də xalqıma olan sevgim, sənətim qarşısında olan məsuliyyətimdir…”

Bu gün sənətin zirvəsində duran, dünyanın böyük səhnələrindən alqışlanan Zeynəb Xanım keçmişə boylanıb baxarkən ötüb keçən uşaqlıq illərini xoş bir xatirə kimi vərəqləyir. Vaxt var idi kiçik bir məhəllədə qaçıb-yüyürən balaca bir qızın, indi dünya ölkələrindən sorağı gəlir. Musiqi məktəbində Seyid Şuşinskidən aldığı dərslər, ilk dəfə Leyli rolunda çıxış etməsi…bütün bunlar artıq çox arxada qalmış şirin xatirələrdir Zeynəb xanım üçün…

1965-ci ildən başlayaraq Zeynəb Xanım sovetlər birliyinin paytaxtı Moskvada konsert proqramı ilə çıxış etdi.
Bundan sonra şöhrəti yavaş-yavaş xarici ölkələrə yayılmağa başladı. İlk səfəri isə Dəməşqin Hələb şəhəri oldu. İlk səfərindəcə dahi Nəsiminin məzarını ziyarətə getdi.
Dahi muğam ustadları olan Seyid Şuşinskidən, Əhməd Bakıxanovdan dərs alan Zeynəb Xanım, opera səhnəsində də sözünü vaxtında deyə bilmişdir.

Sənətinə olan sevgisi Zeynəb Xanımı bir dəqiqə olsun belə dayanmağa qoymurdu. Hər zaman yeni mahnılar, musiqilər arayır, həm ifasında, həm səhnədə yeniliyə can atırdı. Etiraf ediləsi haldır ki, muğam, xalq mahnısı ifaçısının Yapon musiqisi ifa etməsi xüsusi istedad tələb etməli idi. Bunu da ancaq Zeynəb Xanım bacara bilərdi…

Çoxunuz Zeynəb Xanımın dənizi nə qədər çox sevməsini onun mahnılarından bəlkə də hiss etmisiniz. O özünü Abşeronun səmasının, dənizinin ayrılmaz bur parçası hesab edib həmişə.
Hansı ölkənin konsert salonlarında çıxış edibsə, içində vətən sevgisi, ürəyində el məhəbbəti ilə çıxıb. Elə bir konserti olmazdı ki, Zeynəb Xanım sürəkli alqışlarla, güllə, çiçəklə qarşılanmasın.

Vətənin adını, bayrağını uca tutan Zeynəb xanım hara getsə vətənin dərdini də özüylə aparardı. 20 yanvar faciəsiəsi onu sarsıtdı, il yarım heç kim bu sənətkarın yeni lent yazısını, musiqilərini eşidə bilmədi. Zeynəb Xanım şəhidlərin yasını saxladı, şəhid analarının dərdinə şərik çıxdı…

Möhtəşəmliyi ilə hamını heyran qoyan Amerika…Azərbaycan incəsənətini dünyanın hər nöqtəsinə çatdlrmağı bacaran, bunun öhdəsindən şərəflə gələn Zeynəb Xanım okeanın o tayında da öz ölkəsini tanıtmağa qadir oldu. Zeynəb Xanım qürbətdə yaşayan həmyerlilərini hər gördükcə özünü doğma Vətəndəymiş kimi hiss edərdi.
Dünyanın tək-tək tanınmış müğənnisi olardı ki, Amerikada, BMT-nin dünyanın 32 dövlətinin siyasətçiləri üçün nəzərdə tutulan binasında konsert vermək üçün dəvət alardı. Burda oxumaq böyük hörmət sahibi olmaq demək idi. Zeynəb Xanım rəngarəng mahnı çələngi ilə burada da çıxış etdi. Ona yönələn alqışlar Azərbaycan incəsənətinə ünvanlanmış ehtiram idi.

Dünyada hər bir ananın arzusu olan oğul toyu… Zeynəb Xanım iki oğul anasıdlr. Sənətində uğur qazandığı kimi ailə hətatında da xoşbəxtliyin zirvəsində olmağa layiq idi və oldu da…Tanrı ona şirin nəvə payını da qismət etdi. Bu gün Zeynəb Xanımın adını daşıyan balaca Zeynəb böyüyür o ocaqda. Kim bilir, bəlkə illər sonra səhnəmizin sönməyən Günəşi adının davamçısı olacaq bu gül bala…

Əlbəttə ki, yazını Zeynəb Xanımın ifası ilə bitirmək hər birimiz üçün çox xoş olacaq.

Advertisements

28/12/2015 tarixində Yazılarım içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 5 Şərh.

  1. Reblogged this on Sevincli Dünya və şərh edildi:

    Dünya şöhrətli müğənni Zeynəb Xanlarova

    Bəyən

  2. Axşamınız xeyirli olsun Sevinc xanım.Men de böyük senetkarı ad günü münasibetile tebrik edirem. Can saglıgı, işlerinde ugurlar arzulayıram. Zeyneb xanım öz seneti ile xalqımızı dünyaya tanıtdıran, ifa etmiş oldugu mahnılara öz möhürünü vurmuş deyerli senetkardır. Azerbaycanın fexridir🌷🌷🌹🌹Bu mahnısını çox sevirem, ellerinize saglıq gözel paylaşımdır😘❤️

    tərəfindən bəyənildi 1 şəxs

  3. Danılmaz faktdır ki, Zeynəb xanım dünya şöhrətli bir müğənnidir.Allah cansağlığı versin. Amma mən bu xanımın ifasını 1-2 mahnısından başqa heç bəyənməmişəm.

    Bəyən

  4. Allah uzun ömür versin , evezolunmaz senetkarımıza ! Neğmelerile böyüdük ,yaddaşımıza hopdu sesi.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: