2016 — Meymun ili nələr vəd edir?

image

Əziz dostlar, əslində, mən nə fala, nə də falçıya inanıram. İnandığım, möcüzəyə qadir bircə varlıq var, o da Uca Yaradandır. Amma hamınıza bəllidir ki, bir çox insanlar inanmasalar belə, bəzən fala maraqla yanaşırlar. Necə deyərlər: “Fala inanma, faldan qalma”.
Bu gün türk saytlarının birindən üzümüzə gələn Meymun ili üçün astroloqların bəzi fikirlərini tərcümə edib sizinlə paylaşmaq istərdim. İnananlar maraqla, inanmayanlar da sadəcə maraqla ☺️ oxuya bilərlər.
Çin təqvimini görə çox təmkinli keçin 2015 Keçi ili yerini 8 fevral 2016- cı ildə Meymun ilinə verəcəkdir. Bu o deməkdir ki, içimizdəki gücün ortaya çıxacağı və çox hərəkətli bir ilin bizi qarşılayacağı gözlənilir. Qarşıya qoyulan məqsədə doğru inamla irəliləmək zamanıdır. Əsla geri çəkilmək, yerində saymaq olmaz. Bu Meymun ilinin bizə verdiyi bir şans olacaq.
Bu ili həm də səyahətlər ili kimi də qarşılamaq olar. Fərqli yerlər, fərqli görüntülər, maraqlı günlər keçirmək istəyirsinizsə, mütləq yeni məkanlar kəşf edin və səyahətə çıxın, hər şey ürəyinizcə olacaq.
Xüsusən, Siçan, Öküz, Əjdaha, Xoruz, At, Meymun ilindən olanlar üçün çox uğurlu bir il olacaq. Pələng, İlan, İt və Donuz ilindən olanların bir az daha təmkinli olmaları lazım olacaq. Dovşan ilindən olanlar maddi durumlarına, Keçi ilindən olanlar isə sağlıq durumlarına fikir verməlidirlər.

Çin təqviminə görə 2016-cı ilin uğurlu rəngləri bunlardır: gilənar rəngi, ağ, çəhrayı və qızılı sarı.

Təqvimə görə münasibətlər necə olacaq:

2016-cı il gözləmədiy sürprizlər və həyəcan dolu bir ili Siçanlar üçün vəd edir. Siçan ilindən olanlar Meymun ilində həyatlarının ən gözəl ilini yaşayacaqlar. Subay Siçanlar üçün yeni tanışlıqlar uğur vəd edəcək. Onlara uyğun olanlar isə Əjdaha, Pələng, Donuz ilindən olanlar olacaq. Xüsusilə, Donuz ilindən olan biri ilə yaranacaq münasibəti daha ciddi hesab edə bilərlər. Dovşan və Xoruz ilindən olanlarla isə münasibət qurarkən ehtiyatlı olmaları məsləhətdir.

Öküz ilindən olanlar üçünsə, dostlarla bağlı çox maraqlı bir il yaşanacaq. Çətin keçən Keçi ilindən sonra Öküz ilindən olanlar daha çox diqqət mərkəzində olacaqlar. Sakit və sabit həyatı sevən bu ildən olanlar, çevik Meymun ilində özlərinə daha çox fikir verməli, illə ayaqlaşmaq üçün arada dərindən nəfəs almalıdırlar. Ailəli olan Öküz ilinin adamları yataq otaqlarının cənub qisminə sevgi, sadiqlik nümunəsi olan heyvan cütlərinin simvolunu qoymalıdırlar.
Bu il subay olan Öküz ili nümayəndələri üçün ən münasib olan İlan ilindən olanlardır. Evdə rahat bir vaxt keçirməyi üstün sayan İlan ili ilə Öküz ili xoşbəxt bir il yaşaya bilərlər. Hətta bu iki ilin nümayəndələri xoşbəxt olmaq üçün ən şanslılar sırasındadırlar.
İlandan başqa, Öküzlər Pələng və Siçanlar ilə də münasibətdə şanslı olacaqlar.
Meymun, Əjdaha və At Öküzlə doğru anlaşmaya bilərlər.

Çin təqviminə görə Meymun ili Pələnglər üçün dönüş ili olacaq. Bununla yanaşı onlar üçün səbir və təmkinin test olunacağı bir il olacaqdır.
Həyat yoldaşları ilə sakit və soyyqqanlı olmaları məsləhətdir. Kiçik bir hadisəni böyüdüb peşiman olacaqları addımı atmasınlar.
Subay Pələnglər isə dostluğa başladıqları bir münasibəti romantik bir duruma çevirmə şansı qazanacaqlar. Subay Pələnglər, dost seçərkən diqqətli olun, dost dediyiniz gələcək həyat yoldaşınız ola bilər. Mart ayı münasibət üçün ən münasib ay hesab olunur. Ən uyğun il isə İt və Meymun ilinin özü sayılır. Meymun ilindən olanlarla macəra və əyləncə yaşaya biləcəyi halda, İt ilindən olanlarla sadiq və güvənilə biləcək bir münasibət qura biləcəklər.
Keçi, Xoruz və Pələnglərlə qurulacaq münasibətdə isə ehtiyatlı olmaları tövsiyyə edilir. İlanlarla qurulacaq iş ortaqlığı isə uğur gətirəcək. Ümumiyyətlə, Pələnglər Meymun ilində özlərini inkişaf etdirmək və dönüşlər yaratmaq üçün bir fürsət əldə edəcəklər.

Dovşan ilindən olanların sosial həyatında irəliləyiş olacaq. Həmçinin Meymun ili onlara romantika da vəd edir. Subay Dovşanlar üçün yeni tanışlıqlar mümkündür. Donuz, Əjdaha, Keçi, Meymun və Öküzlərlə romantik bir əlaqə gözlənilir. Demək olar ki, Meymun ilində Dovşanlar bütün illərdən olanlarla çox yaxşı anlaşa biləcəkdir.

Əjdahalar isə yaxınları və ailələri ilə münasibəti bir qədər də yaxşıya doğru istiqamətləndirəcəklər. Neqativ insanlardan uzaq durmaq onlara xoş təsir bağışlayacaq.

Əjdahalar üçün 2016-cı il bərəkət və sevgi ili kimi başlayacaq. Ailəli Əjdahalar ailədaxili münasibəti daha da yaxşılaşdıracaqlar. Subaylar isə, artıq onlara məhəl qoymayan köhnə tanışlara əlvida deyib, yeni münasibətlərə başlayacaqlar. Siçan, Xoruz və Meymunlarla münasibət ən uğurlu sayılacaq.

Meymun ilində İlanlar özlərini sevməyi öyrənəcəklər. Onların sevgi aləmləri 2015-ci ildə olduğu kimi, yenə də zəngin olacaq. Amma bu dəfə özlərinə dəyəri artırdıqları üçün, münasibətləri uzunmüddətli ola biləcək.
Lakin özlərinə diqqəti artırdıqları üçün maliyyə durumlarını özbaşına buraxmaları tövsiyyə edilmir. Öküz, Meymun, Xoruz ilindən olanlarla münasibət çox əlverişlidir. Lakin cəhd etsələr Əjdahalarla da müəyyən münəsibətlər yarada bilərlər.

At ilindən olanlar üçün öz evləri rahatlıq tapdıqları ən münasib məkandır. Bu il Atlar özlərini öz evlərində kral, kraliça hiss edəcəklər. Qarşı tərəfə diqqətli və hörmət bəsləyən olduqları üçün, bu qarşılığı ala da biləcəklər. Bir rahatlıq və firəvanlıq yaşayacaqlar.
İt, Keçi, Donuz və Dovşanlarla çox gözəl münasibətlər gözlənilir. Amma ətrafdakı insanlardan və ailədən gələn qərarlara diqqət yetirməlidirlər. Yoxsa ən yaxşı bildiyi münasibəti belə korlaya bilər.
Atlar üçün, azadlıq, sədaqət və dürüstlük vacib amillərdəndir. Bu keyfiyyətləri daşıyan birini taparlarsa, çox romantik bir il onların olacaq.

Keçi ilindən olanlar bu il ən çox axtarılanlar arasında olacaqlar. Çox hərəkətli və enerji dolu bir il olacağı üçün, Keçi ilindən olanlar hərəkətlərini tam diqqətdə saxlamalı, qərar verərkən tələsməməlidirlər. Belə olsa, Meymun ilindən yetərincə faydalanacaqlar. Meymun ilində Keçilər daha çox Əjdahalarla münasibət qurmaqda şanslı olacaqlar. Daima lider olmağı sevən Əjdaha ilə yola getməkdə çətinlik yaratmayan Keçi çox xoşbəxt bir ortam yarada biləcəklər. Donuz, At, İlan və Dovşanlarla da münasibət uğurlu sayılır. Lakin Çin astroloqları Pələng və Keçi ilindən olanlarla çətinlik yaşayacaqlarını vurğulayırlar. Meymun ilində pul da, sevgi də Keçilər üçün bol-bol gələcək.

Meymun ilindən olanlara isə öz illərinin bir çox mücadilədən sonra bir rahatlıq və fərahlıq gətirəcəyi deyilir. Hər istiqamətdə inkişaf edərək, zirvəyə doğru gedəcəkləri vəd edilir. Qarşılarına çıxan əngəl bildiyi mövzularda belə özlərini inkişaf etdirməyə fürsət tapacaqlar.
Subay Meymunlar bir çox illərin nümayəndələri ilə münasibət qurub, sonda, nəhayət ki, birində qərar alacaqlar. Dovşan, Əjdaha və İlanlarla ən uğurlu münasibət mümkündür.

Xoruz ilindən olanlar isə bu il diqqətlərini daha çox ailəyə yönəldəcəklər. Bu il onların lider olmaq xüsusiyyətləri ortaya çıxacaq. Evli Xoruzlar ailədə mehribanlığı daha da artıracaq, həm də sevgi görəcəklər. Bu da ətrafdakılarda bir qısqanclıq yaradacaq.
Xatirələrlə yaşamağı sevən Xoruzlar onları olduğu kimi qəbul edən biriləri ilə çox xoşbəxt bir yola çıxa biləcəklər. Subay Xoruzarın bu il ailə qurma şansları çox böyükdür.

İt ili Çin astroloqları üçün sədaqət və dostluqda ən vəfalı olan biriləri hesab olunur. Özlərində bu xüsusiyyət olduğu üçün, qarşı tərəfdən də güvən, sədaqət və etibar gözləyərlər.
İt ilindən olanlar çox vaxt illərlə qazandıqları etibarı bir kəlmə ilə itirə biləcək biriləri olduqları üçün Meymun ilində danışıqlarına çox diqqət etmələri gərəkdir.
Yataq otaqlarına balıq simvolu yerləşdirməklə sevgilərini daha da artırmış olacaqlar.
İtlər bu il ətrafdakılara yox, daha çox özlərinə diqqət ayırmalıdırlar. İt ilindən olanlar üçün ən uyğunu Siçanlar və Atlar olacaq. Pələng ilindən olanlarla da münasibət qurmaq məsləhətdir, amma münasibətin uzun olması üçün gərək hər iki tərəf hisslərində bir qədər sakit olsunlar.

Donuz ilindən olanlar, nəhayət ki, bu il romantik bir münasibət yaşaya biləcəklər. Ağıllı, bacarıqlı və sakit olan Donuzlar həyatın gözəlliklərini yaşamaq şansı qazanacaqlar.
Əjdaha, İlan, Öküz, At və İtlərlə çox gözəl münasibət gözlənilir. 2016-cı ilin dekabr, 2017-ci ilin yanvar ayı sevgi üçün ən uyğun zaman sayılır.

2016-cı Meymun ilində hər kəsə xoş, firəvan, sevgi və bərəkət dolu bir il diləyi ilə…

25/12/2015 tarixində Maraqlı məlumatlar içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 12 Şərh.

  1. İnşaAllah 2016 hər birimiz üçün düşərli olar, eləcə də xalqımız üçün. Dollar aşağı düşsün :), xəstələr şəfa tapsın, uşaqlar anasız- atasız qalmasın, terror hadisləri, təbii qəzalar ölkəmizdən uzaq olsun, millətimiz bir -birinin ətini didməsin, biraz mehriban, sülhevər olsunlar. Ən əsası uca Allahım hər birimizin köməyi olsun, bizi qorusun. Ammmmmmiiiiiiin .

    tərəfindən bəyənildi 1 şəxs

  2. İnşaallah 2016 uğurlu gəlsin.Hər biri ailəyə xoşbəxtlik,ruzi bərəkət gətirsin .Aminnn.Ayselin arzularına da qoşuluram.Mənim qızım Ayseldə meymun ilidi .😙Allah hamının köməyi olsun

    tərəfindən bəyənildi 1 şəxs

  3. Menim ilim gelir😄 inshallsh düz olar deyilenler. Amma çinliler yalan danişibee 2015 dünya üçün heç de sakit keçmedi 😢 inşAllah 2016 dünyaya emin amanlıq,sakitlik getirer özüyle.🎅
    Ellerine saglıq can😘

    Bəyən

  4. Gedişatları nezere alsaq aldatmır hislerin senı Sevam😧😦😦

    Bəyən

  5. Diliniz Türkçeye o kadar cok benziyor ki. Hepsini okumaya çalıstim. neredeyse tamamini okudum. Yazdiklariniz cok guzel. 👍

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: