Olduğun kimi görünməkmi, yoxsa göründüyün kimi olmaqmı

image

Hz. Mövlana nə gözəl söyləmişdir: “Ya olduğun kimi görün, ya göründüyün kimi ol”. Qısaca olaraq, insanlara daxili və xaricinin bir olmasını arzulamışdır.
Olduğumuz kimi görünməmiz üçün, ilk əvvə,l kim olduğumuzu bilməyimiz lazımdır. “Yaxşı bir insanam” deyib, müştəbehlikdənsə, şəxsiyyətimizi mühakimə edərək, əskiklərimizi tamamlamağımız daha doğru olardı. Saxta məndənsə, gerçək mənimizə yol açmaq üçün səy etməliyik. Əsl insan olmaq budur! Bir müdrik: “Bir insanın gerçək təkamül səviyyəsi, hər zamanki göründüyü halı deyil. Qarşılaşdığı hər hansı bir hadisədə hara qədər gedə biləcəyi, düşdüyü yer, onun gerçək səviyyəsidir” – deyir.

Cəmiyyətə bəyənilmə səyi üzündən, insanların xətrinə, könüllərini almaq və gözlərindən düşməmək üçün qürurunuzun və şəxsiyyətinizin zədələnmə bahasına da olsa, saysız güzəştlər verməyin. İnsanların tərifi, istəyi, qorxusu və düşüncəsinə şəxsiyyətinizi satmayın! Düşünün, götür-qoy edin, amma gerçək mənliyinizdən güzəştə getməyin, çünki etibar hər zaman öz mənliyinizdədir!

Olduğumuz kimi görünmək və ya göründüğümüz kimi olmaq. Görəsən bunu bacaran neçə insan var?

Bir çox insanın bacara bilmədiyi bir faktdır bu. Mən başqalarının fikrindən əvvəl öz ağlıma baxaram. Qarşımdakının anladığı qədər biri olduğumu düşünmək meylində deyiləm. Daha çoxu və ya azı ola bilərəm. Zidd olan uc nöqtələrdə gəzişən bir şəxsiyyətə sahib olduğumdan, yeri gələr bəyənilməyə bilərəm, yeri də gələr olduğum kimi qəbul edilərəm. Əslində, hər ikisinin də mənim üçün heç bir əhəmiyyəti yoxdur. Ayın ətrafında hansı planetlərin döndüyü məni maraqlandırmır. Nə olduğumuz ətrafdan gələn reaksiyalarla bəlli olar. Cəsur şəxssinizsə, bunu sonuna qədər hər hərəkətdə ifadə etməlisiniz, əgər cəsur görünməyə çalışırsınızsa, əmin olun, boynuna götürdüyünüz rol sizi yoracaq, səhv etmənizə səbəb olucaqdır. Ya həmişə, ya heç olmayın. Həyat nə qaradır nə də şəbəkə. Əsl olan bozdur…. Olduqları kimi görünməyən insanların üzlərinə keçirdikləri dindarlıq, dürüstlük və sonradan əldə edilən müxtəlif sifətlər maskalardan ibarətdir!

Hansı birimiz istəmərik ki, cəmiyyətdə və ətrafımızdakı insanlar tərəfindən doğru bir insan olaraq qəbul edilək? Bütün insanların iki tərəfi vardır, biri xaricə göstərdikləri, o biri yalnız özlərinin bildiyi. Zəif tərəflərimizin və qorxularımızın kəşf edilməsini istəmirik. Əslində, “bir stəkan su qədər şəffaf olmalıyıq”, anlamında necə göründüyümüz deyil, necə görmələri əhəmiyyətli deyil. Əhəmiyyətli olan bilirsiniz nədir? Qabın içində nə varsa, çölə o sızmalıdır. Hər kəsdən də belə görünməsini gözləyirik. Peyğəmbərimiz Hz. Məhəmməd hədisi-şərifində “adam dilinin altında qorunub” deyir. Siz nə qədər səy göstərirsiniz- göstərin, hər şey əslinə dönər. Buna görə əslinizi inkar edə bilməzsiniz. Düşüncə ilə sözün birliyi, düşüncə ilə davranışın birliyi, davranış ilə sözün birliyi dürüstlüyün son nöqtəsidir. Davranışın nə isə, sən osan, söz hərəkətlə uyğunlaşmazsa, sən ikili bir kəs olaraq görünəcəksən.

Bədənimizə xas olan hərəkətlərimizdə bəzən ruhi olaraq, bəzən də eqoist davranışlar olur. Bunun da tək səbəbi prioritet olaraq tərbiyə olmamış nəfs, məlumatsızlıq, çatışmazlıq, riya və özünə inam əksikliyidir. Olduğumuz kimi görünmək, içimizlə xaricimizin bir olması demək, içimizdəki nəfsə görə xaricimizi istiqamətləndirmək deyil, düşüncədəki hərəkəti mənəviyyata istiqamətləndirmək anlamındadır. Xeyirli insan imicini ruhumuza işləyərək canlandırmalıyıq. Maska ​​taxaraq riyakarlıq etsək, iki fərqli aləm, fərqli bir iç aləm və fərqli bir xarici aləm yaşayarıq ki, bu da şəxsiyyət qarşıdurmasından başqa bir şey deyildir. Əvvəlcə içimizi gözəlləşdirəcəyik, sonra da xaricimizə daşıyacayıq bu gözəllikləri. Bir insan, heyvan kimi görünə bilərmi? İnsan insandır və insanlığın gərəyini yerinə yetirməlidir. İnsan əvvəlcə həmişə özünə, öz-özünə, bir tək özünə, özünə, şəxsinə, doğru olmalıdır. Həm olduğumuz kimi görünək, həm də göründüğümüz kimi olaq!

 

22/12/2015 tarixində Yazılarım içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.

  1. Seva, həmişə olduğu kimi çox gözəl mövzuya toxunub gözəl də yazmısan. Çooox sağ ol. İnsanlıq o qədər cılızlaşəb ki, kimin necə olduğunu ayrıd etmək çox çətindir, bacı.
    Mən öz payıma əminliklə deyə bilərəm ki, olduğum kimi görünməyə çalışıram. Göründüyün kimi olmaq da lazımdır, amma çox vaxt insanın görünüşü onun olduğunu əks etdirmir.

    Bəyən

  2. Çox sağ ol, əzizim. Sənin kimi ziyalı bir xanımın bəyənməyi mənə çox xoşdur. 😘😘😘
    Belə bir ifadə işlənir son zamanlar: o qədər çoxüzlü insanlar gördüm ki, ikiüzlü birini görəndə sevinirəm….

    Bəyən

  3. Hə çox insanlar görmüşəm amma mox təsüfki olduqları kimi görünmürlər.Sevinc canım mən də o qədər yüzüzlü insanlar görürəmki ikiüzlü insan görəndə çoooox sevinirəm.Gözəl mövzuya toxunmusan😙

    Bəyən

  4. Telefonla yazıram deyə hərflər hərdən səhv gəlir üzürlü sayın

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: