Gənc analara məsləhətlər – Uşaqların aylıq inkişafı

image

Məşhur fransız yazıçısı V.Hüqo necə gözəl deyib: “Dünyada uşaq qığıltısından böyük himn yoxdur.”Doğrudan da belədir. O evdə ki, uşaq səsi yoxdur, uşaq gülüşləri eşidilmir, ulularımız onu susuz dəyirmana bənzədib. O evdə ki, şirin-şəkər balalar yoxdur, o evdə həmişə bir soyuqluq hökm sürür, narazılıq olur.
Bir körpəni 9 ay bətnində böyüdüb-bəsləyən ananın zəhmət və nigarançılığını, daha sonra ta ömrünün sonuna kimi daşıdığı qayğıları heç bir cihazla çəkmək, ölçmək mümkün deyildir. Bu müqəddəs adı daşımaq hər bir qızımızın arzusudur. Bizim bu yazımız da elə bu arzunun bir davamıdır. Ana olmaq istəyən qızlarımızı, eləcə də gənc anaları maarifləndirmək, onları ailə həyatına aid bilik və bacarıqlara hazırlamaqdır. Yazımızda bir aylığından tutmuş daha sonrakı dövrlərdə də uşalarla bağlı məsələlər yer almışdır. Bu yazılar silsilə şəklində olacaqdır. İlk yazımızda sizə bir aylıq körpə həyatı ilə bağlı maraqlı məsələləri təqdim edəcəm.
Nələr edə bilər?
– Ağzını açıb , məmə başını axtarar, əmmə və udma hərəkətləri edər .
– Əllərini yumruq edib ağzına aparar.
– Oyanıq olduğunda sizin üzünüzə baxar və səsinizi dinlər.
– Oynarkən ayaqları və əlləri hərəkət edə bilər.
-Kürək üstündən yana dönməyə çalışar .
– Barmağınızı əmməyə çalışar.
– Ac, narahat və sıxıntılı olduğunda ağlayaraq əlaqə yaratmağa çalışar.
– Günün böyük əksəriyyətində yatar, 2-3 saatda bir oyanıb qidalanmağa çalışar.
– Oturar vəziyyətdə başını, hərdənbir dik tuta bilər.
– Üzüstə yatırılınca başını titrədərək qaldıra bilər.
– Ovcuna qoyulan barmağı möhkəm-möhkəm tutmağa çalışar.
– Zınqırov və zəng səsinə reaksiya duyar.
– Baxışlarını yanına gələn adam üzünə çevirər.
Dəyişikliklər:
-Göz əzələləri inkişaf etdikcə, göz hərəkətlərini daha idarəli etməyə başlar. Göz əzələləri hələ tam olaraq inkişaf etmədiyi üçün zaman- zaman göz hərəkətləri idarəsiz ola bilər.
– Bəzi körpələr digər körpələrdən sakit və səssiz ola bilər.
– Birinci ayın sonuna doğru, sizin danışmaga, səs və toxunmanıza cavab olaraq gülümsəməyə başlar. Bu , körpənizin ictimailəşməyə başlaması deməkdir.
eməkdir.
– Qidalanma gedişi getdikcə daha nizamlı olmağa başlar.

20/12/2015 tarixində Ailə dünyası içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 6 Şərh.

  1. Analarımız bizi ne güzel büyütmüş. Hakları asla ödenmez. Her zaman ki gibi güzel bir konuyu ele almışsınız. Çocuk büyütürken dikkat etmesi gerek unsurları bir bir sıralamışsınız.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Allah hər ailəni xeyirli övladla sevindirsin. Düzdür körpə uşaq saxlamaq çətindir, məsuliyyətlidir, əziyyətlidir, amma çox da maraqlıdır.
    Faydalı xəbərə görə təşəkkür edirəm, Sevinc.

    Bəyən

  3. Eləmi??????? Düzü heç kim ağlıma gəlmədi 😦 Qulağıma deyərsiz, zəhmət olmasa.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: