Yeməmisən qaz ətini…

image

Əziz dostlar, yəqin ki, çoxunuzun yadından çıxmayıb, axı mən sizə qaz ətinin hazırlanmasını söz vermişdim. Nəhayət, həmin qaz uçub biz tərəfə qona bildi. Qaz əti quş ətləri içərisində çox fərqli bir dada malikdir. Elə atalar sözü olan: “Yeməmisən qaz ətini, nə biləsən ləzzətini?” ifadəsi də buradan yaranıb. Məsləhət görərdim ki, yeməyənlər bir sınaqdan keçirsinlər, peşiman olmazlar☺️

Lazım olan ərzaqlar:

2-2,5 kq çəkidə qaz

2 ədəd yaşıl alma

Ailə üzvlərinin sayına görə kartof

Kəklikotu

Sirkə

Duz, istiot, sarıkök

1 x/q mayanez

Duru yağ

Hazırlanmaı:

Təmizlənib yuyulmuş qazın üzərinə 2-3 xörək qaşığı sirkə əlavə edib qazana qoyuruq, sərin yerdə 6-7 saat saxlayırıq. Duz vurmuruq ki, ət bərkiməsin. Sonra yaxşıca duz, istiot vururuq, dərisinin altına yeritmək şərtiylə. Daha sonra almanı dilimləyirik, kəklikotu vurub qazın içinə doldururuq. Qazın ayaqlarını çarpaz keçirib folqa kağıza bükürük. 1-1,5 saat orta odda olmaqla sobaya bişməyə qoyuruq. Bu arada kartofu dilimləyib kəklikotu, duz, istiot, sarıkök vurub hər iki üzünü qızardırıq. Vaxt tamam olduqda folqanı açırıq, qazın üzərinə mayanez qarışdırılmış duru yağ çəkirik, kartofu əlabə edib yenidən sobaya qoyuruq. Həm kartof tam bişir, həm də qaz qızarır. Nuş olsun😘💐🌺

Advertisements

17/12/2015 tarixində Mətbəximiz içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 10 Şərh.

  1. Ev quşlarından bircə xoşladığım qazdır, düzdür o biriləri də yeyirəm, amma ləzzətlə yox. Qaz ətini həmişə bolluca soğanla qızartmışam kartofla. Amma sobada heç vaxt bişirməmişəm. Yəqin indən belə gələr qazlarımız, onda yoxlayacam, dadlı olacağına inanıram inşəAllah.
    Allah süfrənizə bərəkət, ailənizə mehribançılıq, ağzınıza dad qismət eləsin. Əlləriniz yorulmasın.

    Bəyən

  2. Yalan nə deyim, düz 25 il bundan əvvəl yemişdim qaz ətini. Bu gündən mənim də sevimli yeməyim olacaq, qaz tapsam amma. 😀😀😀
    Bahəm, mələyim, cümləmizin inşAllah.😍😍😍

    Bəyən

  3. Çok güzel görünüyor ellerinize sağlık. Siz böyle yemekler yapıp tarifler koyunca hep acıkıyorum. Bol Bol baktım yemiş gibi oldum 🙂

    tərəfindən bəyənildi 1 şəxs

  4. Mən də çoxdandır qaz əti yemirəm, amma olsaydı bir bacımızın reseptini sınayardım. Allah süfrənə bərəkət, canına sağlıq versin, əminəm ki, sənın əlindən çıxdığı üçün xüsusilə dadlıdır.

    Bəyən

  5. Salam, şirin pandam)) elə mən də unutmuşdum😂😂😂

    Bəyən

  6. Menim uchun qaz tapmaq problem deyil, Elhemdulilleh. Pencereden baxanda bele qaz gorurem😊.Amma ki, yememishem indiye kimi. Bu il kechdi. Ureyim istemir bezi sebeblerden dolayi. InsheAllah gelen ile sag qalsaq, alariq dadariq. Teki can sagligi olsun. Her sheye chare var
    Elleriniz var olsun, ezizim

    Bəyən

  7. O qazları uçurt biz tərəfə, olurmu, gözəlim?😂😂😂😂

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: