Dur gəl, nazlana-nazlana (Qadınlar mövzusunda II yazı)

image

Boyun uca, belin incə
De, kim səni sevər məncə?
Sən Qurbandan küsmə bircə,
Dur gəl, nazlana-nazlana,
Sən gəl, nazlana-nazlana….

El sənətkarı Aşıq Qurban qadın adının gözəlliyini görün necə də incəliyinə vararaq çatdırıb. Yerişindən, duruşundan, gəlişindən bəlli olmalıdır qadının xanımlığı….Qadın…Kimdir qadın? Yaradılanlar içərisində ən zərifi, ən həssası, ən sevimlisi, yoxsa?… Niyə tərddüddə qaldım deyə fikirləşə bilərsiniz. Elə mövzunun mahiyyəti də mənim bu tərəddüd etdiyim məqamdan doğacaq.
Əslində qadın kişi kimi güclü deyil, yəni fiziki baxımdan bunu deyirəm. İstisna hallar var ki, qadın özünü həmin mövzuda kişidən qat-qat üstün və güclü göstərə bilir. Güclü deyil, amma ürəyinin, sevgisinin, səbrinin və ağlının hesabına güclü olan çox şeyi qazana bilməyə qadirdir. Məsələn, özünü güclü hesab edən kişilər qadın gözəlliyinin, sevgisinin qarşısında çox vaxt təslim olub ağ bayraq qaldırmırlarmı?
Qadın həyatdır, qadın bütün insanlığın yaşama səbəbidir. Həyatın bütün yaşantılarında qadın əli olmasa hər şey marağını da, mənasını da itirəcək deməkdir. Gəlin bu nüansa bir kişi gözü ilə baxaq. Təsəvvür edin, bir kişi çay içmək istəyir. O çayı bir qadın əlindın alması daha yaxşı olar, yoxsa özü süzməsi? Birmənalı olaraq bütün kişilər birinci variantı seçəcəklər. Bu bir tənbəllik əlaməti deyil. Bu həmin çaya bir qadın sevgisinin qeyri-real yolla daxil olub ona sevgi, dad qatmasıdır. Zənnimcə bu fərqi anlaya bilən dah çox olacaq.
Qadını qadın kimi ucalardan ucaya qaldıran müstəsna bir məqam da var – Analıq adı. Bu haqda keçən yazılarımızdan birində söhbət açmışdım. Növbəti yazılarda buna yenidən toxunacam.
Qadın sevgidən, şəfqətdən, mərhəmətdən, vicdandan yaradılıb deyirlər. Bir körpəyə ən yaxşı necə onun anası baxarsa, bir kişinin də dərdinə, qayğısına ən yaxşı qalan onun qadınıdır.
Qadın bir uşaqdır həm də. Onunla bir uşaq kimi rəftar edilməsini istəyər. Uşaq atasından sevgi umduğu kimi, o da kişidən şəfqət gözləyər hər zaman. Kişi bunu qəbul edəcək, yəni icazə verəcək ki, qadın uşaqlıq etsin, amma onu uşaq kimi görməyəcəkdir…
Qadın bəzi xüsusiyyətləri ilə kişidən güclüdür. Amma edə biləcəyi bəzi işləri istəyər ki, kişi görsün. Çünki o işdə ancaq kişi ruhu formalaşıb, kişiyə xasdır. Ağıllı qadınlar heç vaxt bunu mənimsəmək istəməz. Deyəsən yavaş-yavaş mövzuya yaxınlaşıram axı.
Bir az da toydan, toy adət-ənənələrindən danışım. “Bəyin oğurlanması” filmində deyildiyi kimi: “Xalqımın toy kimi xoş adəti vardır”. Gözəl adətlərimizdən biridir toy. Tariximizdən süzülüb bu günə qədər gəlib çıxsa da, həm inkişaf baxımından, həm yeniliklər, həm də avropaya inteqrasiya cəhətdən bəzi adətlərimiz unudulub desəm, yanılmaram. Siz də mənimlə razılaşarsınız yəqin ki.
Fikrim toylardan yazmaq deyil. Fikrim toyun əsas elementlərindən olan rəqsdən danışmaqdır bu gün. Xüsusən də bəy anası, bacısı üçün toy, toyda rəqs etmək əvəzedilməz bir sevinc, xoşbəxtlik qaynağı hesab olunur. Bununla yanaşı, həmçinin bir əhd də sayılır. Beşikdəki oğulunun boyunu sevən bir ananın ən duyğusal duasıdır bu: “bircə balamın toyunu görsəm, qol qaldırıb doyunca süzsəm, heç dərdim olmazdı”.
Gözəl arzudur, kaş bütün analara qismət olaydı bu xoşbəxt günü görmək və bir gözəl rəqs havası ilə rəqs etmək. Amma…hə, bax bu “amma”dan danışacam bu gün.
Çoxumuz toylarda son zamanların “dəbi” olan kişisayağı rəqsi izləmişik. Dəb sözünü dırnaq arasında ona görə verdim ki, bu müəyyən bir qisimin qəbul etmədiyi haldır. Yəni, o kəslərin ki, sözün həqiqi mənasında qadın adının nə olduğunu bilir və bu ada hörmət etməyi bacarırlar. Bəzi xanımlarımız isə bu “dəb”in korkoranə əsiri olub deyəsən. Ya da kişilərə xas bu elementi də onlardan alıb mənimsəmək üçün əl-ayağa düşüblər.
Bir qədər keçmişə qayıdaq. Qadınların kişilərdən nələr oğurladıqlarına bir nəzər salaq. Papaq – çoxdan qadınların sevimli geyim əşyasına çevrilib.
Şalvar – elə şalvarın da mənimsənilməsi az bir zaman sayılmır. Qalstuk – tarixən kişiyə məxsus olub, amma qadınlar bu geyimi də özününküləşdirə biliblər. Maşın, idman üslubunda geyim – bunlar da əldən çıxıb artıq. Məncə davam etməyə ehtiyac yoxdur.
Geyimi qəbul edirik, avtomobili də həmçinin, bəzi narazılıqlar olsa da, pis və qəbahət bir iş olmadığı ilə razılaşıb susuruq. Amma bircə özünüzdə kişi elementlərini əks etdirən görüntülər yaratmayın, əziz xanımlar! Öz gözəlliyinizi, xanımlığınızı hansısa kobud bir hərəkətə, əmələ dəyişməyin, Allah xatirinə. Alın kişilərin geyimini, malını-mülkünü əlindən, bircə eyni hərəkəti etməkdən kənar durun.
Tarix boyu qəhrəman qadınlarımız çox olub. Silah götürüb, at belində düşmənə qarşı mübarizədə iştirak edib. Amma yenə də xanımlığını qoruyub saxlaya bilibdir. Doğrudur, xanımlıq əsilzadəlik tələb edən xüsusiyyətdir. Bu hər qadına da qismət olmur, amma olan-qalanını da itirməyin barı, ay xanımlar! Qadın təkcə geyimi, xarici görünüşü ilə əks cinsdən fərqlənməməlidir. Qadın qadınlığını biruzə verən elementlər var, onları hər addımda qorumağı bacarmadısa, qadın xanımlığından da çıxacaq, gözdən də düşəcəkdir.
Kişisayaq rəqs etməklə, heç bir qadın, heç bir ağıllı kişidən alqış gözləməsin. Ayaqyalın, bütün əzaların yerindən oynadığı bir tərzdə, saç-baş dağınıq düş ortaya ki, nədi mən rəqs edirəm? Olmaz, əsla olmaz! Qadına yaraşmayan bir haldır bu. Bir qadının ki, yerişindən, duruşundan, gülüşündən, hərəkətindən xanımlıq yağmadı, onda niyə qadın olsun?! Unutmayın, kişilər qadınları qadın olduqları üçün sevirlər, yoxsa niyə sevsinlər ki?!..

Advertisements

16/12/2015 tarixində Yazılarım içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 12 Şərh.

  1. Yazdığınız bu yazı çok anlamlı ve bir çok güzel mesajı bize veriyor hele ki: “Qadın…Kimdir qadın? Yaradılanlar içərisində ən zərifi, ən həssası, ən sevimlisi, yoxsa?… “bu ifadeniz ile “Unutmayın, kişilər qadınları qadın olduqları üçün sevirlər, yoxsa niyə sevsinlər ki?!.”. ifadeleri çok manalı cümlelerdir. Yüreğiniz, elleriniz dert görmesin Sevinç Hanım…

    tərəfindən bəyənildi 1 şəxs

  2. Ben teşekkür ederim. Güzel şeyler paylaşıyorsunuz.

    tərəfindən bəyənildi 1 şəxs

  3. Maddi və mənəvi cəhətdən nə qədər güclü olsa da, hər bir qadının kürəyini söykəyə biləcəyi bir kişiyə ehtiyacı var. İnanmıram kimsə desin ki, mənim ehtiyacım yoxdur, var sadəcə öz-özlüyündə etiraf edə bilmir. Sevinclə tamamilə razıyam, qadın harda, nə zaman, kiminlə olmasından asılı olmayaraq qadınlığını unutmamalıdır. Ümumiyyətlə, qadının özünü kişiyə, kişinin də özünü qadına bənzətməsi dinimizdə də haram sayılır. O ki qala düşəsən ortaya ki, nə var, nə var mən kişi kimi qızam, kişi kimi də oynayıram 🙂 Heç qadın haqqında “Kişi kimi qeyrətlidir” ifadəsinin də tərəfdarı deyiləm, qadın elə qadın kimi qeyrətli olmalıdır.
    Uzun sözün qısası özümüzü, qadınlığımızı unutmayaq, onda həm Rəbbimiz, həm özümüz, həm də ətrafdakılar razı qalacaq bizdən.
    P.S. Amma o çay süzmək məsələsi əksinə olsaydı nə gözəl olardı 🙂 Xəyal etməsi belə xoşdur bircə günlük olsa belə 🙂

    tərəfindən bəyənildi 1 şəxs

  4. Sevinc də elə qəşəng qızlar seçir ki 😦

    Bəyən

  5. Əziz bacım, nə lazımdırsa elə gözəl yazmısan ki…Bəli, qadın bütün hallarda qadınlığını, zərifliyini, xanımlığını qorumalıdır. Kişi qeyrətli olsun, amma kişi kimi davranmasın. Sən deyən kimi, düşür ortaya, azı 200 adamın qarşısında bütün əzalarını tərpədərək oynayır. Bəs onunla qabaq-qabağa oynayan həyat yoldaşı hara baxır, niyə onun belə oynamağına göz yumur? Kişilərin çoxunda “kişilik”qalmayıb, kişilərin sözünün kəsəri azalıb, qadında bir kişi “qorxusu”olar. O da çox təəssüf ki, artım tendensiyası ilə irəliləyir. Hara gedir bilmirəm. Allah axırını xeyir eləsin.
    Deyəsən mövzudan yayındım haaa.

    tərəfindən bəyənildi 1 şəxs

  6. Reblogged this on Sevincli Dünya və şərh edildi:

    Mövzuya yenidən qayıtmaq istədim.

    Bəyən

  7. Axsamin xeyir ureyim.Gòzel bir mövzudur.Belkede hec kim razilasmayacaq menimle niye bu qeder gunahin sahibi kisilerdi ki???? Qadin qadin olmalidir, niye kisiler seni sirkeleyib yolunu azma desinler????Ola bilmez ki, men oz hereketlerimle kisilere burda bir xanim oturdugunu bildirim? Olmazmi men öz davranišimla her kesin ehsen sözun qazanam.??? Bir xanim xanimligin ilk yeridiyi yerisiyle bildirer, yeni ele sessiz yerimelidir ki her kes hesed aparmalidir.Ve senin hereketlerinden özlerine ölcu götursunler… Kece reqse…. O reqsi alqislayan beyin alqişina sevinmeyin ay bedbextler!!! Onlar eslinde senin ne oldugunu etrafa gösterir demek.Qadin kisi yox ele qadin qeyretli olmalidir.Šalvara geldikde, mende şalvar geyinirem. Bunu menden sorusanlarda olu, siz hemisemi şalvar geyinirsiz??? Ezalarini göstermek basqadir!!! Onlari hec kim qadin adlandirmir vallah… Qadinin kişi, kişinin qadin işi görmekde ayib hec ne yoxdur.Bunu bezen heyat mecbur eliyir.Eks cinsin islerini bacarsaqda xanimligimizi itirmeyek gelin.İnsan bir baxišiyla basqa bir insani terbiye etmeyi bacarmalidir.Bu menim tecurbeden kecirdiyim tek fikrimdir.

    tərəfindən bəyənildi 1 şəxs

    • Sabahın xeyir, mələyim. Nə gözəl dedin…
      Amma mənim şalvar geyinənlərə münasibətim mənfi deyil, əsla, bunu belə qəbul etməyin. Qadın şalvar da geyinə bilər, papaq da qoyar, amma kişiləşməsin gərək…
      Təşəkkür edirəm, o qədər uzaq yoldan bloqa da baş çəkdiyin üçün 😘😘😘😍😍😍🌹❤️❤️❤️☺️☺️☺️

      Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: