Xəyalda yaşayan gerçək…

image

…Yenə fikirli, yenə qayğılı oyanmışdı…Hər səhər yatağından qalxıb dənizin masmavi suları arxasından boylanan günəşə baxar, onun mehriban şüalarından içindəki buza dönmüş hisslərinin donunu açmağa çalışardı…Yox, onun hissləri buz tutmamışdı, sadəcə, içindəki duyğu da, gələcəklə bağlı bütün ümidləri də qaranlığa sürüklənmişdi…Sısqa bir işığa möhtacdı ki, bütün qaranlıqları apaydın, süd kimi bir gündüzə çevirsin. …İnsanı ümidləri yaşadar deyiblər…Hər səhər obaşdan oyanıb günəşin  doğuşunu seyr etdikcə, günəşin doğuşu ilə ümidləri arasında bir uyarlıq, əlaqə axtarırdı. Günəş görünəndən itənədək ümidlərinin yolunu gözləyirdi…Hər an ümid edirdi ki, xəyallarında, qəlbinin dərinliklərində əlləri uzanılı qaldığı ümid sahibi zühur edəcək və onun bütün xəyallarını gerçəyə döndərəcəkdir…
Yorulmuşdu…içindəki dərdlərini kiritməkdən, onların əsiri olmaqdan çox yorulmuşdu… Nəfəs aldıqca, udduğu hava belə yanar kürəyə dönmüş, içini bir az da göynədirdi.
…Gecənin qaranlığını heç sevmirdi…Hər yan lal süküta çevrilib vahimə dolu qorxuyla üstünə çökürdü elə bil…Heç açılmayacaq bir səhərin gəlməsindən qorxurdu…Gecələrdən qorxurdu… Onun qaranlıq ömrünü zülmətə çevirəcəyindən qorxurdu…Ümidlərinin hər səhər doğan günəşin şəfəqlərində qayıtmayacağından qorxurdu…Axı o günəşi gözləyirdi…
Axı onun pənahı açılacaq səhərlərdə idi…Axı o gözləyirdi, xilaskarı gəlməliydi onun… xəyallarının, ümidlərinin parlaq günəşi doğmalıydı, onu qaranlıqlardan xilas etmək üçün hökmən gəlməliydi…
..Səni gözləyirəm, ey mənim xəyal dünyamın sultanı…Səni gözləyirəm, mənim ümidlərimin şahı…Səni gözləyirəm, doğan günəşim…Tut əlimdən apar məni özünlə sonsuz asimana…sənlə batım, sənlə doğum yenidən… Apar məni özünlə, ya yaşat, ya da birdəfəlik odunda əridib yox et. Qoy səni gözləməklə bitib tükənməyim…Qoy ümidlərim puç olmasın, bilim ki, gəldin…bilim ki, gözləməyə dəyərmiş…Bilim ki, sən varsan, xəyal deyilsən…xəyalımda yaşatdığım gerçəksən…

Gəl, ömrümün xilaskarı, mən səni gözləyirəm…
Gəl, arzu qanadında uçur xəyallarımı…
Mənə sirli- sehirli bir dünya vəd etmisən,
Gəl, dünyama qovuşdur…mən səni gözləyirəm…

Nəyin gələcəyindən xəbərsizdi, amma gözləyirdi…

15/12/2015 tarixində Yazılarım içində dərc edildi və , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 3 Şərh.

  1. İnanmaram ki, elə bir adam olsun ki, bu hissləri yaşamasın. Çox içdən gələn bir yazıdır və mən çoxxxxxxx bəyəndim. Duyğu dolu xəbər üçün təşəkkür edirəm, aşkımmmmmmm.

    Bəyən

  2. BƏLKƏ DƏ HEÇ ZAMAN GƏLMƏYƏCƏKSƏN

    Səni gözləyirəm günlər uzunu
    Saatlar uzunu anlar uzunu.
    Zaman da daş kimi donub yerində
    Buludlar ötüşmür küləklər əsmir.
    Ayrılıq hökm edir yer üzərində
    Mən günü qovsam da günlər tələsmir

    Kədər karvanıdır ömürdən gedən
    Dünyanın dağında düzündən həsrət
    Tək məni ayrılıq üzürsə nədən
    Bütün adamların gözündə həsrət.

    Yollar şahidimtək durur üzümə
    Deyir ki axtarma, arama, anma!
    Onu mən apardım mən qaytararam,
    Sənə yanmayana sən belə yanma!

    Səni gözləyirəm səni tək səni
    Ağaclar çiçəyi gözləyən kimi.
    Məhbus azadlığın ilk səhərini
    Dünya gələcəyi gözləyən kimi…

    Baxışım döşənib uzaq yollara
    Min gedənə dözür bir gələn üçün.
    Ən uzaq ayrılıq ağrılarından
    Ümid zirvəsitək yüksələn üçün.

    Bəlkə, gələcəksən günün birində
    Bəlkə də, heç zaman gəlməyəcəksin.
    Sənin həsrətin də xoşbəxtlik imiş
    Sən bu xoşbəxliyi bilməyəcəksən.

    NƏRİMAN HƏSƏNZADƏ

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: