Sobada kotlet

image

Əziz xanımlar, yəqin ki, çoxunuz bilirsiniz ki, yağda qızardılmış yeməklər orqanizm üçün bəzən ciddi problemlər yaranmasına səbəb olur. Xüsusən də mədə-bağırsaq problemi olan şəxslərə, qızardılmış yeməklər qəti məsləhət görülmür. Bu dəfə sizə sobada hazırlanan çox dadlı və faydalı bir yeməyi təqdim edirəm.

Lazım olan ərzaqlar:

Mal əti

5-6 tikə quyruq

Baş soğan

Kartof

Pomidor

Bibər

Duz, istiot

Zövqə görə göyərti

Hazırlanması:

Bildiyimiz kotlet əti hazırlanır. Kartof dilimlənir, soba listi azca yağlanır, duzlanıb istiot vurulub listə düzülür. Üzərindən kotlet, sonra yenidən kartof və kotlet əlavə olunur. Görünüş gözəlliyi üçün pomidor və bibərlə bəzədilir. Folqa kağızla bağlanır.  150 dərəcəyədək qızdırılmış sobaya qoyulur. 30-40 dəqiqədən sonra folqa kağız açılır, üstü azacıq qızardıqdan sonra sobadan çıxarılır, sumaq əlavə olunur. Nuş olsun😘

14/12/2015 tarixində Mətbəximiz içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 9 Şərh.

  1. Hazırlayan əllər heç yorulmasın, çox ləzzətli yeməkdir. 1 kotlet, 3 dilim kartof mənimdir 🙂 Axır vaxtlar mən də qaçıram yağda qızardılmış yeməklərdən, nəsə mədəm götürmür, özümü pis hiss edirəm yağlı yeyəndə. Mən eyni bu qaydada, amma tavada edirəm, qazan kotleti kimi. Sadəcə su vurmuram, pomidorun öz suyunda bişir. Vam odda öz suyunda bişən yeməkləri çox sevirəm.
    Sevinc, süfrəniz bərəkətli, halal nemətli olsun həmişə.

    Bəyən

  2. Bu nədi belə
    udqundum əməllicə,
    əl uzatdım, götürüncə
    baxım ki, bişibdi necə,
    deyəsən bişməyib, məncə
    mən burda fikirləşincə
    Sonayım yedi , gizlicə
    mənə qoymadı sadəcə,
    gərək söyləyim Sevincə
    bir əncam çəksin bu işə….

    Bəyən

  3. Biri mələyim, biri sarışınım, indi mən necə yeyim bu yeməyi onlarslz?!
    Əzizlərim, məmuniyyətlə qonağım olmanızı istərdim, həm də çoxxxx😘😘😘😍😍😍💖💖💖

    Bəyən

  4. Seva bu yemək tez tez hazırladığım bir yeməkdir Amma boynuma alım ki heç vaxt bu cürə dizayn verməmişəm Yeməyin elə bil çiçək açıb Əllərinə sağlıq

    Bəyən

  5. Son illər əksər vaxtlar mən də kotleti sobada bişirirəm, amma folqaya bükmürəm. Pomidor, bibəri yayda istifadə edirəm, kartof isə həmişə. Amma bacım kimi dizayn verməyi heç düşünmürəm, çünki, tənbələm. Gözəl reseptlər, gözəl əllərə məxsusdur. Əllərin heç zaman belə dadlı yemək hazırlamaqdan yorulmasın, süfrən həmişə bol ruzili olsun, Seva.

    Bəyən

  6. Men de tez tez hazirlayiram,usaqlarin sevdiyi yemekdi .Sufreniz bereketli olsun hemisee ezizlerim

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...