Bu dəfə dəniz çimdi, anaların göz yaşlarıyla…

image

Mən anayam, bu səsimdə yerin, göyün ahı var,
Sülhə gəlin, ey insanlar, yoxsa dünya məhv olar…

Nə acımız bitir, nə də ağrımız dinlənir. Yanğınlar, qəzalar, düşmən gülləsi can almaqdan yorulmur. Həm ölkə daxilində, həm dünyada baş verən hadisələr yeni səhəri açan hər insanın ürəyində bir səksəkə yaradır. Hansısa bədbəxt hadisənin olacağı xəbərini almaqdan qorxur daha insanlar. Qara xəbər tez duyular deyiblər, neft daşlarında yaşanan faciənin acısı bitməmiş, cəbhə bölgəsindən gələn xəbərlər acımıza acı qatır: bu gün daha bir əsgərimiz şəhid oldu…
Bitsin daha bu göz yaşları! Bitsin anaların ərşə ucalan naləsi! Çəkdiklərimiz yetər, çiyinlərimiz bir ömür daşıyacağımız dərdlə yüklənib, çəkməyə gücümüz qalmayıb. Daha artığını yaşatma, Allahım! Dinsin gözlərdəki yaşlar, kəsilsin evlərdən gələn ayrılıq fəryadları. Analar ağlamasın, analar övlad itirməsin, analar ağı deməsin artıq…Dünya gülüstana dönsün istəyirik. İnsanlıq naminə insanlığa qayıdın, ey insanlar…

07/12/2015 tarixində Yazılarım içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 12 Şərh.

  1. Amin. Allah ölənlərə rəhmət eləsin 😦
    Neçə- neçə ailə başçısını itirdi, neçə övlad artıq dayaqsız qalıb bu dünyada, neçə qadın yarını, neçə ana gözünün ağı -qarası, canından əziz balasını itirdi:( Bu itkilər hərgün var, dediyiniz kimi hərgün bir şəhid xəbəri eşidirik. Allahım bu son olsun, tökülməsin günahsız qanlar. Nəolar:( AMİN!

    Bəyən

  2. Neçə gündür ki, bu hadisənin təsiri altındayam. Allah xəstələrə şəfa, ölənlərin ailələrinə səbir versin, itkin düşənlər də sağ-salamat tapılsın, Allah böyükdür.
    Qəzada dünyasını dəyişən müsəlman qardaşlarımıza Allah rəhmət etsin, günahlarını bağışlasın.

    tərəfindən bəyənildi 1 şəxs

  3. Dəniz, danış neylədin,
    sən balamın atasın,
    Məgər sən bilməyirdin ?
    Çox sevirdi balasın….

    Balam atasız qaldı,
    Dəniz, dinləyirsənmi
    İndi ona nə deyim,
    Dənizdədir, söyləyim?

    Ver balamın atasın,
    Gözü nəmli qalmasın,
    Daha bir də dənizlər
    qoy günahkar olmasın…

    tərəfindən bəyənildi 1 şəxs

  4. Amin, amin!Bitsin artıq bu acılar! Qəzada həlak olanlara Allah rəhmət eləsin! Neçə gündür bu acının təsiri altındayam, söz tapmıram deməyə. Allah ailələrinə səbir versin.

    Mənim atam neftçidir
    Neft çıxarır Xəzərdən.
    Görəsən heç əlləri donur külək əsəndə?

    Mənim atam neftçidir
    Nəfəsi də neft qoxur.
    Sahilə baxa-baxa hər gün mahnı oxuyur.

    Mənim atam neftçidir
    Həyatı neft içində.
    Hər gün gözləyirəm ki, evə gəlsin işindən.

    Mənim atam neftçidir
    Günəş platformasında.
    Ruhu dənizə baxır mühəndis formasında.

    Bu şeir 10 yaşlı oğlanın qələmə aldığı şeirdir, əlimə keçmişdi, burda yazmaq içimdən gəldi.

    .

    Bəyən

  5. Mən dənizdən həmişə qorxmuşam, əsasən də dalğalı olanda. Mən uşaq olanda bir qohumumuzun oğlu Xəzərdə batdı, ananın bütün həyatı alt-üst oldu, elə o vaxtdan dənizdən qorxuram. Bu yay isə keçmiş şagirdim boğuldu dənizdə. Beləliklə, qorxu nədir, sən demiş, Seva, lap gözümdən düşüb dəniz.

    Bəyən

  6. İlahi mən hələdə özümə gələ bilmirəm .Allah rəhmət etsin.

    Bəyən

  7. Bizim evimiz dənizə çox yaxındır Hərdən küləkli gündə dalğalarından çox qorxuram Bizim qəsəbədən tanıdığım bir cavan gəlinin də yoldaşı itgin düşənlər siyahısındadı Dünən yaxınlarından eşidirəm ki o yoldaşının sağ salamat gəlməsinə ümüd edir Allahım səbr versin nə etməli belə hallarda adam hətda təsəlli verməyə belə acizlik çəkir

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: