Əyləncəli riyaziyyat və məntiq

image

1. Hansı üç ədədi topladıqda və ya vurduqda nəticə eyni alınır?

2. Həcmi 18 litr tutan çəllıkdən 2 ədəd 7 litrlik vedrənin və 1 ədəd 4 litrlik qazanın köməyi ilə 6 litr suyu necə tökmək olar?

3. Elnarənin riyaziyyatdan “5” qiymətlərinin sayı “4” qiymətlərinin saylndan 2 dəfə çoxdur. Elnarənin “4” və “5” qiymətlərinin birlikdə sayı 12-yə bərabərdirsə, onun neçə “5”-i və neçə “4”-ü var?

4. 666 ədədini heç bir hesab əməli aparmadan bir yarım dəfə necə artıra bilərsən? 

5. İpi 3 hissəyə böldülər, sonra bu hissələrdən birini daha 4 hissəyə böldülər. Neçə hissə alındı? İpi neçə dəfə kəsdilər?

6. On nəfər salamlaşdı. Neçə salam oldu?

7. Tavaya yalnız 2 dilim çörək yerləşir. Dilimin bir tərəfi 1 dəqiqəyə qızarırsa, 3 dəqiqəyə 3 dilim çörəyin hər iki tərəfini necə qızartmaq olar?

8. Dairəvi zəncirin 3 qonşu olmayan halqasını çıxartsaq bu zəncir neçə hissəyə bölünəcək?

9. Mən fikrimdə bir ədəd tutdum və onun dörddə bir hissəsini götürüb üzərinə 26 əlavə edərək 30 aldım. Mən fikrimdə hansı ədədi tutmuşdum?

10. Dörd pişiklə 3 pişik balasının kütləsi 15 kq, 3 pişiklə 4 pişik balasının kütləsi isə 13 kq-dır. Pişiklərin kütləsi bir-birinə bərabər, pişik balalarınln kütlələri də bərabər olarsa, hər pişiyin və pişik balasının ayrılıqda kütləsi nə qədər olar?

 

 

04/12/2015 tarixində Birlikdə öyrənək içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.

  1. Qız, bu riyaziyyatı heç həzm edə bilmirəm dəəə. Ona görə də üzülü hesab elə özümü yormayacam.

    Bəyən

  2. Yorma, canım, yorma🙋🏻🙋🏻🙋🏻

    Bəyən

  3. Bəzilərini Aysellə tapdıq.Məntiq insanın beynin çox yorur.Təşəkkürlər canım

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: