Heyva cemi ilə piroq

image

Lazım olan ərzaqlar:

Xəmir üçün:

1 stəkan süd

125 qram duru yağ

700 qram un

1 ç/q maya

1 ç/q duz 1 x/q şəkər tozu

2 ədəd yumurta

Üzəri üçün: 1 yumurtanın sarısı qara çörəkotu

İçlik üçün:

Heyva cemi

Darçın

Hazırlanması:

Xəmiri yoğurub acımağa qoyuruq. 1 saatdan sonra acımış xəmiri iki eyni, bir nisbətən balaca kündəyə bölürük. İri kündənin birini yayırıq, şəkildəki kimi, kasanı ortaya qoyub kənarlarına darçın əlavə olunmuş cem əlavə edirik. Sonra ikinci iri kündəni yayıb üstdən qoyuruq. Ortadan kənara doğru bir neçə yerdən kəsirik. Kəsilmiş hissələri geriyə, xəmirin üstünə qatlayırıq. Balaca kündənin içinə cem əlavə edib ortaya qoyuruq. Üstünə yumurtanın sarısını və çörəkotu əlavə edib əvvəlcədən 180 dərəcəyədək qızdırdığımız sobaya qoyuruq və dərəcəni 150-yə endiririk. 20-25 dəqiqə bişiririk. Nuş olsun😘

image

01/12/2015 tarixində Mətbəximiz içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 12 Şərh.

  1. Nə gözəl görünüşü var, nuş olsun 🙂

    tərəfindən bəyənildi 1 şəxs

  2. İnşəAllah mən də sınayacam, bəyəndim. Heyva cemi də Sevincə baxıb zatən eləmişdim. Forma da asan başa salınıb.
    Allah süfrənizə ruzi-bərəkət versin, Sevincim.

    Bəyən

  3. Ay piroqun gözəlliyi elə göz oxşuyur Əllərinə sağlıq Seva

    Bəyən

  4. Nə qəşəng piroqdur. Əllərinizə sağlıq, əzizim. Mən ötən il heyva cəmi hazırladım, bəyənilmədi. Heç özüm də. Heyva lətli deyildi, bəlkə də ondan. Əlavə su da tökmədim. El arasında bir söz var ey “çayın gecəsi “.😁Baxın, ona bənzəmişdi, qupquru. Siz öz metodunuzu deyin, görüm fərqlilik varmı. Varsa, alıb hazırlayım. Hazır sezonundayıq. Zəhmət olmasa, əzizim 💖

    Bəyən

  5. Qəşəng günlərin bol olsun, canım, çox sağ ol. Mın bu üsulumu Sonaya da demişəm hazırlayıb bəyənib. Sənə də deyim.
    Heyvanı yu, dilimlə, ətçəkən maşından keçirt. Bu proses çox çətindir, istədim azca isti suda saxlayım sonra edim, düşündüm ki, yox, qoy təbiiliyi qalsın. Sonra az odda ocağa qoy, suyu tamam çıxsın, tez-tez qarışdır. Çox quru olsa 5 kq heyvaya bir stəkan su əlavə edə bilərsən. Suyu çıxıb qaynadı, baxdln ki, yumşalmağa az qalıb şəkər tozunu əlavə et. Mən kiloya kilo şəkər tozu tökdüm. Qatılaşan kimi söndür. Bu da sənin heyva cemin, çox ləzzətli😘😘

    Bəyən

  6. Təşəkkür Seva Cemlərdə ən cox qoruduğum özəllik rənglərinin qəşəmg şəffaf qalmasıdır Heyva cemi etmişdim amma rəngin bəyənmədim ona görədə arada elə mürəbbəsin maşından keçirib istifadə edirəm ki təki rəngi göz oxşasın Bu üsuldan isə mütləq istifadə edəcəyəm Bağımızda hələki heyvalarımız cox qalıb Mən də atırdım heyvanın üstünə ki yəqin cox bərkdi ona görə rəngi istədiyim kimi alınmir Sora da fikirləşırəm ki bərklikdən olsa bəs mürəbbəsinin rəngi niyə göyçəkdi Sən demə problem üsuldaymış))

    Bəyən

    • Dəyməz, Gülüm. Cemlərin rəngi tünd olmasın deyə şəkər tozunu başdan əlavə etmək lazım deyil. Bu heyva cemi sırf özümün icadımdır, xahiş edirəm bəyəndiyiniz halda harda söhbət düşsə, müəllifi vurğulayın😂😂💖💖💖💖

      Bəyən

  7. Bu qızın on barmağında on mərifət var, vallah. Mən sənə heyranam, Seva, əllərin yorulmasın, canın dərd görməsin, süfrən həmişə halal ruzili olsun. Asan bir reseptdir, bunu da bir sınayacam, baxmayaraq ki, yenə özümə şirniyyat qadağası qoymuşam. Mən çoxdandır cem bişirmirəm, çünki yeyən yoxdur. Elə ki, cem lazım olur, əncir, şaftalı, heyva, ərik mürəbbəsini maşından keçirdib istifadə edirəm. Bunu da bişirəndə sözsüz ki, heyva mürəbbəsinin canını acıdacam.

    Bəyən

  8. Çox sağ ol, canım. ALLAH hamımıza bol və halal ruzi qismət eləsin. Xoş sözlərin üçün də 😘😘😘😘

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: